Gürcü xalq musiqi alətləri
Gürcü xalq musiqi alətləri müxtəlifdir. Hər bir alətin özünün yaranma və yayılma tarixi vardır. Gürcü xalqı musiqini çox sevir. Onlar yasda və şadlıqda, iş zamanı və ya istirahət edərkən mahnı oxuyurlar. Buna görə də Gürcüstanın bütün bölgələri gürcü musiqi alətləri ilə zəngindir. Burada həm zərb və eləcə də simli, nəfəsli və klavişli alətlərə rast gəlmək olar.
Simli alətlər
Simli alətlər üç qrupa bölünürlər. Bu qruplardır:
Simli, barmaqla çalınan və yaylı alətlər. Simli alətlərə panduri və çonquri aiddir.
Pandurinin üç simi var. Ona Gürcüstanın bütün bölgələrində rast gəlmək olar. Panduridə qəhrəmanlıq, zarafat və sevgi mahnılarını ifa edirlər. Panduri musiqisinə rəqslər də ifa edirlər. Bu zaman panduriyə uyğun olaraq tamaşaçılar ritmik əl çalırlar. Belə bir rəqs və musiqini “taşpandura” (əlçalma və panduri) adlandırırlar. Panduri gürcü xalqı üçün çox sevimli alətdir. Qədimlərdə Gürcüstanda elə bir gürcü ailəsi yox idi , hansında panduri olmayaydı.
Çonqurinin isə panduridən fərqli olaraq dörd, bəzən də beş simi vardır. O, əsasən Qərbi Gürcüstanda yayılmışdır. Çonquri və panduridə əsasən qadınlar ifa edirlər, xüsusilə də iş zamanı. Onlar mahnı oxuyur və xoş musiqi ilə başqalarını da əyləndirirdilər. Çonqurinin hazırlanmasına ən azı üç gün lazımdır. Onun mərkəzi hissəsi mütləq küknar ağacından hazırlanmalıdır ki, çonqurinin səsi cingiltili və təmiz olsun.
Qədim gürcü barmaqla çalınan üçsimli alət çanqidir. Çanqi əsasən Svanetidə yayılmışdır. Çanqi xarici görünüşünə görə oxa çox bənzəyir, onun üzərinə simlər bərkidilmişdir. Çanqini iynəyarpaqlı ağaclardan hazırlayırlar, xüsusilə də şam ağacından hazırlanmış çanqi məşhurdur. Çanqini Svanetidə kədər və dərd aləti də adlandırırlar. Svanların onun yaranması haqqında əfsanələri də vardır. Əfsanəyə əsasən, çanqini gənc oğlu ölmüş bir qoca kişi hazırlamışdır. Çanqinin qulpu onun oğlunun qoludur, simləri isə - barmaqlarıdır. Çanqinin cingiltili səsi qocanın göz yaşlarıdır – svan əfsanəsi belə nəql edir...
Çanqidən başqa, Svanetidə daha bir simli alət saxlanılmışdır. Onu Çuniri adlandırırlar. O, simli alətdir. Onun ortası dairəvidir, qulpuna simlər bərkidilmişdir. Alətdə simlərin vasitəsilə ifa edirlər. Çunirinin təmiz və cingiltili səsi var. Onu svanlar tez-tez havanı əvvəlcədən öyrənmək üçün istifadə edirlər. Əgər yağışlı hava gözlənilirsə, o zaman çunirinin səsi təmiz olmur və sakit çıxır. Çuniridə svanlar əsasən qəmli mahnılar oxuyurlar. Çanqiyə bənzər olaraq onu da kədərli alət hesab edirlər.
Nəfəsli alətlər
Salamuri cingiltili səsli nəfəs alətidir. O, Kartlidə, Kaxetidə, Mesxetidə, Tuşeti və Pşavidə yayılmışdır. Alimlər qədim şəhərlərdə qazıntılar apardıqda Qərbi Gürcüstanda da salamuri tapmışlar. Bu salamuri xüsusilə bahalı idi, çünki onu hazırlamaq üçün qu quşunun sümüyündən istifadə edilmişdir. Hal-hazırda salamurini ərik ağacından və ya qamışdan hazırlayırlar. Ərik ağacından dilsiz salamuri hazırlanır, qamışdan isə - dilli. Balaca, nazik taxta lövhəni salamurinin dili adlandırırlar. O, salamurinin boğazında yerləşmişdir. Dilli salamuri daha kiçikdir və o, daha çox səs çıxarır. Dilli salamurinin hazırlanması daha mürəkkəbdir, nəinki dilsiz. Salamuri çobanların sevimli alətidir. Bu gün də musiqi qruplarında salamuridə musiqi alətləri ilə birlikdə tez-tez ifadə edirlər.
Salamuriyə oxşar olaraq düdük də nəfəsli alətdir. Amma salamuridən fərqli olaraq, yalnız bir simləri deyil, qapağı və səs tənzimləyicisi var. Düdüyün yaranmasına haqqında mübahisə uzun zamandır var və bu gündə həllini tapmışdır. Bəzi alimlər hesab edirlər ki, düdük şərq alətidir, bəziləri də hesab edirlər ki, qədim gürcü xalq alətidir. Bu alətin meydana gəlməsi haqqında mübahisə ona görə aparılır ki, onun səsi zurnanın səsinə bənzəyir. O, həqiqətən də şərq alətidir. Bunun haqqında gürcü yazıçısı Mixeil Adamaşvili yazırdı: “Camaat düdük və zurnanı bir-biri ilə səhv salır. Bu sonuncu həqiqətən də buraların deyil. Bir çox ölkə gəzmişəm, amma heç bir yerdə bu aləti görməmişəm. Zurna isə hər yerdə var idi”. Düdüyün müşayiəti ilə ifa edilmiş mahnılar çox kədərlidir, düdüyün də çox kədərli və zərif səsi var. Acarıstanda düdüyə bənzər musiqi aləti var, onu pilil adlandırırlar. Onun da düdüyə oxşar olaraq gövdəsi və qapağı var. Pilil Acarıstanda nağa-ranın müşayiəti ilə ifa olunur.
Nəfəsli alət kimi qudastviri xüsusilə məşhurdur. O, Gürcüstanın müxtəlif guşələrində yayılmışdır. Raçada onu ştviri çağırırlar, Acarıstanda – çibon, Mesxetidə tulum, Kartli və Pşavidə isə - stviri. Qudastviri iki əsas hissədən ibarətdir: dəridən və buynuzdan. Dəri qoyunun dərisindən hazırlanır. Buynuz və dərini bir-biri ilə qamış boru əlaqələndirir. Qudastviri ilə rəqs mahnıları ifa edilir. Tez-tez onu nağara səsi də müşaiət edir. Qudastvirinin ifaçılarını mestvire adlandırırlar. Əvvəllər raçveli mestvirelelilər bütün Gürcüstanda məşhur idilər. Onları səyyar musiqiçilər də adlandırırdılar. Onların şənliklərə və toylara gəlişinə hamı sevinirdi.
Nəfəs alətlərindən xüsusilə gürcü çoxlu simləri olan salamuri maraqlıdır. Onu Sameqreloda larçemi adlan-dırırlar, Quriyada isə soinari. O, altı, müxtəlif uzunluğu olan millərdən ibarətdir. Quriyanın soinarisi daha balacadır, nəinki meqrel larçemi, başqa tərəfdən onların arasında fərq yoxdur. Çoxlu simləri olan salamuri əsasən çobanın həyatı ilə əlaqədardır, necə ki adi salamuri. Sonralar onu toylarda və şənliklərdə də istifadə edirdilər. Bu gün isə bu alətdə xalq musiqi qrupları çox tez-tez ifa edirlər. Alətin borularını ifadan yarım saat öncə su ilə doldururlar ki, səsləri daha təmiz olsun.
Zərb alətləri
Gürcü zərb alətləri də müxtəlifliyi ilə seçilirlər. Onların sırasına aiddirlər: dəf , daira, dəf-dəf yəni nağara, diplipito, tsintsila və s.
Nağara Gürcüstanın aranında yayılmış musiqi alətidir. Onu taxtadan hazırlayırlar, başına və ucuna isə dəri çəkilmişdir. Dəri qaytanlarla bərkidilir. Nağara daha çox əllə ifa olunur, bəzən isə çubuqlardan da istifadə edilir. Rəqs zamanı nağaranın səsi rəqsin ritmini vurğulayır. Onu tez-tezi müxtəlif musiqi aləti ilə birləşdirirlər.
Nağaradan fərqli olaraq dairə alçaq və kiçik ölçüdədir. O, taxta dairədir. Onun üzərinə nazik qoyun dərisi çəkilmişdir. Dairənin içərisindən zınqırovlar və xırda lövhələr asılmışdır. Bəzi hallarda dairənin taxtası gözəl şəkillərlə bəzənir. Belə bir bahalı dairələr əvvəllə yaxşı musiqiçilərdə və ya zəngin ailələrdə olurdu. Yaxşı dairə ifaçıları toylarda, ziyafətlərdə, məclisl rdə və sairədə iştirak edirdilər. Dairəyə Sameqrelo və Raçada, Şərqi Gürcüstanın aranında və Tuşetidə təsadüf edilir. Xarici forması ilə müxtəlif guşələrin dairələri arasında fərq yoxdur. İfa zamanı dairə hər iki əldə tutulur və onda əlin barmaqları ilə ifa edilir.
Dairə və nağaraya uyğun olaraq diplipito da zərb alətidir. Onu əsasən musiqi ansambllarında ifa edirlər. Diplipito müxtəlif endə və eyni uzunluqda iki gil qabdan ibarətdir. Qabların üzərinə çəpiş dərisi çəkilmişdir. Onlar bir-birinə qaytanla bağlanmışdır. Diplipito əsasən Şərqi Gürcüstanın şəhərlərində yayılmışdır. Onun üzərində xırda çubuqlarla ifa edirlər. Bu çubuqları “keçi ayaqları” adlandırırlar.
Zərb alətlərindən tsintsila çox qədimdir. O, boşqab formalı, yuxarı tərəfindən qabarıq, dəstəkli alətdir. Tsintsila Modinaxe və Armazi qəsrlərinin ərazisində tapılmışdır. İfa üçün iki tsintsila lazımdır, biri böyük, digəri isə nisbətən balaca. Tsintsilalardan bu gün də istifadə edilir. Onda əsasən təntənəli hərbi yürüşlər zamanı başqa alətlərlə yanaşı ifa olunur.
Klavişli alətlər
Xalq klavişli alətlər arasında ən çox Gürcüstanda buzika yayılmışdır. O, dağlı gürcülərin həyatında xüsusi rol oynayır. Deyilənlərə əsasən, bu alət qadınlara aid idi. Onu ifa etməklə qadınlar tez-tez özlərini bəyəndirirdilər. Qadın ərə getdikdə, onun üçün hədiyyə olaraq buzika gətirilirdi. Buzika qarmona çox bənzəyir. Qarmon Gürcüstana Rusiyadan gətirilmişdi. Gürcü xalqı qarmonun səsini çox bəyənmişdir. O, xüsusilə də Tuşetidə məşhur idi. Bu gün isə qarmondan nağara ilə birlikdə müxtəlif şəhər mahnılarının ifası zamanı istifadə olunur.
Son söz
Gürcüstanda musiqi alətlərinin müxtəlifliyi gürcü xalqında musiqiyə sevgini yaratdı. Müasir gürcülər məmuniyyətlə həm qədim gürcü musiqi alətlərində, eləcə də müasir, başqa xalqlar tərəfindən yaradılmış alətlərdə ifa edirlər.