Ananın ad günü
Sabah anamın ad günüdür. Mən, atam və qardaşım anama hədiyyə etmək istəyirik. “Ana, sənə nə hədiyyə edək?” – anadan soruşuruq.
“Mən hədiyyə istəmirəm, mənim hədiyyəm sizsiniz!” – ana deyir.
Amma mən, atam və qardaşım anaya hədiyyə etmək istəyirik.
Mən, atam və qardaşım fikirləşirik.
Ötən il anama papaq hədiyyə etdim. Ötən il qardaşım anama kitab hədiyyə etdi. Ötən il atam anama çiçəklər və şokolad hədiyyə etdi.
“İndi nə hədiyyə edək?” – ata soruşur.
“İndi nə hədiyyə edək?” – qardaşım soruşur.
“İndi nə hədiyyə edək?” – mən soruşuram.
Atamın ağlına bir fikir gəldi. Biz şirniyyat mağazasına getdik. Biz anamıza böyük çiyələk tortu aldıq. Çiyələk tortunun üzərində 30 şam vardır. Anam 30 yaşındadır.
Şamları yandırdıq. Anam ürəyində arzu tutdu və şamları söndürdü.
Anam çox xoşbəxtdir. Anamın 30 yaşı tamam oldu.