Qız və üç ayı

Bir ölkədə balaca bir qız yaşayırdı. Onun qızılı saçları var idi. Qız balaca mələyə bənzəyirdi, amma çox dəcəl idi.

Günlərin birində balaca qız meşəyə getdi. O, gözəl güllər dərmək istəyirdi. Meşə çox gözəl idi. Qız kəpənəklərin ardınca qaçırdı. O, çoxlu qaçdı. Qız çox uzağa getdi və kimsəsiz bir yerə düşdü. O, balaca taxta ev gördü. Taxta evdə üç ayı yaşayırdı. Böyük, ortancıl və balaca.

Qız evin qapısını açdı. Evdə heç kim yox idi. Balaca qız evə daxil oldu. Masanın üzərində üç kasada sıyıq var idi: böyük, orta və xırda. Qızılsaçlı qız əvvəlcə böyük kasadakı sıyığın dadına baxdı. Böyük kasa böyük ayının idi. Sıyıq çox soyuq idi. Qızın xoşuna gəlmədi. Qız indi də orta ölçülü kasadakı sıyığın dadına baxdı. Sıyıq çox qaynar idi. Qız bunu da bəyənmədi. Sonda qız balaca kasadakı sıyığı yedi. O, isti və dadlı idi.

Qızılı saçlı qız başqa otağa keçdi. O, üç kətil gördü. Ən böyük kətildə otura bilmədi. Orta ölçülü kətil də enli idi. Balaca kətil tam qızılı saçlı qızın ölçüsündə idi. Amma qız kətili sındırdı. O, kətilin üzərinə çox möhkəm hoppandı.

Qız çox yoruldu və yuxarı qalxdı. Qız üç çarpayı gördü. Çox böyük, orta və kiçik. Qız əvvəlcə böyük çarpayıya uzandı, sonra orta ölçülü çarpayıya. Heç birini bəyənmədi. Sonda isə balaca çarpayıya uzanıb yuxuya getdi.

Qızılı saçlı qız yuxuya getdi. Ayılar evə qayıtdılar. Onlar ac idilər. Masa arxasında sıyıq yeməyə oturdular. Böyük ayı dedi: “kimsə mənim sıyığımın dadına baxmışdır!” Eyni sözləri ortancıl ayı dedi. Balaca ayı isə dedi: “kimsə mənim sıyığımı tam yemişdir!”

Ayılar kətillərində oturmaq istədilər. Böyük ayı dedi: “mənim kətilimdə kimsə oturmuşdur”ş Eyni sözləri ortancıl ayı da təkrarladı. Balaca ayı isə dedi: “kimsə mənim kətilimi sındırmışdır!”

Sonda ayılar yuxarı qalxdılar. Böyük ayı nərildədi: “kimsə mənim çarpayımı pozmuşdur!” Eyni sözləri ortancıl ayı da təkrarladı. Balaca ayı isə dedi: “ kimsə mənim çarpayımda yatır!”

Qızılı saçlı qız ayıların səsindən qorxub qalxdı. Pəncərədən tullanıb çox sürətlə qaçdı. Bundan sonra qız üç ayının evinə qayıtmadı. Sakit və rahat bir qız oldu.