Paraşüt

Giriş

Nə vaxtsa uçmaq arzusunda olmusanmı? Ola bilsin ki, arzulamamısan, amma yuxunda görmüsən. Yuxunda görmüsən ki, göydən sakit, yavaş-yavaş yerə enirsən. Bu, xoş bir hiss olmalıdır.

Yüksəklikdən paraşütlə enmək olar. Paraşüt havada müqavimət yaradan böyük çətirdir. Bu çətirdən müxtəlif məqsədlər üçün istifadə edilir. Onun əsas funksiyası yenə də insan həyatının qorunub saxlanmasıdır. Ondan hava qəzası zamanı istifadə edilir. Paraşüt hərbi işdə də istifadə edilir. Bəziləri üçün bu, idman növü və həyat tərzidir. Bəlkə də idmanın bu növünü eşitmisən – paraşütizm. Amma yaxşı olardı ki, hər şeyi əvvəlcədən danışaq.

Birinci paraşütlər

Leonardo da Vinçi haqqında nə isə eşitmisinizmi? Onun şəkillərini görmüsünüzmü? Məsələn, “Mona Liza”-nı. Onun ixtiraları haqqında eşitmisinizmi? Leonardo Da Vinçi hələ 16-cı əsrdə elmi və mühəndislik ixtiraları üzərində işləyirdi. Onun çertyojları arasında birinci uçan aparat və müxtəlif döyüş alətlərinin eskizlərini görmək olar. Eləcə də Leonardonun adı ilə qayçı, velosiped, hava nasosunun ixtirası bağlıdır.

Paraşütün ilk şəkli də Leonardoya aiddir. O, paraşütün rəsmini 1514-cü ildə öz dəftərində çəkmişdi. Leonardo tərəfindən çəkilmiş paraşütün ölçüləri və iş prinsipi indikindən çox da fərqlənmir.

Leonardo da Vinçinin

paraşütünün eskizi

Hələ bir neçə əsr öncə insanlar çalışırdılar ki, yüksəklikdən yavaş-yavaş aşağı ensinlər.Bunun üçün çoxlu çətirə bənzər alətdən istifadə edirdilər. Bir çox hallarda bu cəsarətli insanların istəkləri pis nəticə ilə bitirdi. Bəziləri hətta ölürdülər də. Uçmaq istəyi və çətir formalı alət yerə yavaş-yavaş enməyə kifayət etmirdi. Leonardonun anlamış olduğu havanın müqavimət prinsipi paraşütün əsas sirri idi.

Paraşütün növbəti eskizi daha bir italiyalıya, Fausto Veransioya aiddir. O, 1595-ci ildə paraşütü təsvir etmişdi. Təsvirə əsasən, bu paraşüt həqiqətən də işləməli idi.

İlk paraşütü fransız Levan 17-ci əsrin əvvəlində sınaqdan keçirdi. Levan məhbus idi. O, öz döşəkağılarından və qalın qaytanlardan çətir tipində alət düzəltdi. Bu alətin vasitəsilə məhbus həbsxana pəncərəsindən uça bildi. O xilas olub qaçdı.

İkinci oxşar hadisə 1777-ci ildə baş verdi. Fransız Dümye də məhbus idi. O, ölümə məhkum edilmişdi. Amma onun düzəltdiyi “uçan plaş” böyük maraq oyatdı. Ona icazə verdilər ki, qüllənin zirvəsindən “uçan plaşın” vasitəsilə uçsun. Məhbus yerə sağ-salamat endi. Qorxmaz məhbusa həyat bəxş edildi.

Sonrakı paraşüt da fransız Lenormana aiddir. O, 1783-cü ildə paraşüt düzəltdi.Lenormanın paraşütünün təyinatı yanğından xilas idi. Onun paraşütü ilə alov bürümüş evdən tullanmaq olardı.

Növbəti paraşütün sərnişini it oldu. Onun fransız sahibi iti paraşütlə hava şarından tulladı. İt sakitcə yerə endi. İtin sahibi özü də paraşütdən atıldığını təsdiq edirdi. Onun həqiqətən də ayağı sınmışdı. Lakin həqiqətən də paraşütdən yıxılmışdı və ya yox, heç kim dəqiq bilmirdi.

Sonrakı cəsur paraşütist – fransız Qarner idi. O, paraşütdən atıldığını nümayiş də etdirdi. Nümayiş 1797-ci ildə Parisdə baş tutdu. Qarnerin paraşütü möhkəm, ağ parçadan düzəlmişdi və çətir kimi yumru idi. Bu paraşütün vasitəsilə fransız 600 metrdən artıq yüksəklikdən hoppandı. Bu qədər yüksəklikdən enmək həmin dövr üçün sensasiya idi. Qarner nümayişlərini başqa ölkələrdə də təşkil edirdi. O, məşhurluq qazanmışdı.

Dümye hava şarından iti paraşütlə buraxır

Zamanla paraşüt daha da inkişaf etdi. 1834-cü ildə daha bir alim – Koninq paraşütün formasını bir qədər dəyişdi. Yeni formalı paraşütü idarə etmək daha asan olmalı idi. Amma alimin sınağı pis nəticə verdi. O, öz paraşütü ilə tullandı və həlak oldu. Sonralar məlum oldu ki, Koninqin mülahizəsi doğru idi. Onun başladığı işi başqa alim – Laland davam etdirdi. O, ənənəvi paraşütə hava çıxması üçün deşik əlavə etdi. Bu sistem daha əlverişli idi. Paraşüt düzəldiyində indi də ondan istifadə olunur.

1912-ci ildə amerikalı kapitan Beris paraşütlə təyyarədən atıldı. Onun paraşütü vaxtında açıldı və kapitan da sakitcə yerə endi.

Sonrakı cəsur paraşütist qadın idi. Onun adı Corcia Tompson idi. O, 1913-cü ildə təyyarədən paraşütlə yerə enən ilk qadın idi.

Paraşütlərin inkişafına daha çox vaxt lazım gəldi. Onun ölçüsü, çəkisi, açılma sistemi uzun zaman yaxşı deyildi. Amma paraşütün məşhurluğu azalmırdı. Paraşütün təkmilləşməsi üçün bir çox alim və mühəndis işləyirdi. Yavaş-yavaş paraşütləri hərbi məqsədlər üçün də istifadə etməyə başladılar.

1951-ci ildə paraşütlər üzrə ilk dünya çempionatı keçirildi. Hal-hazırda bu idman növü çox məşhurdur. Paraşüt idman növü paraşütizm adlanır. O, bir neçə kateqoriyadan ibarətdir. Enişin dəqiqliyi, akrobatika, qrupda eniş – bu idman növünün kateqoriyalarıdır.

Müasir paraşütlər

Müasir paraşütlər öz formaları, ölçüləri və təyinatları ilə bir-birindən çox fərqlənirlər. Onların sistemi çox təhlükəsizdir. Müasir paraşütlərin çoxunda ehtiyat sistemi vardır. Bu onu bildirir ki, əgər paraşüt vaxtında açılmasa, o zaman ehtiyat sistemi işə başlayır və insanı güclü yerə enmədən qoruyur. Müasir paraşütlər köməkçi qanadların vasitəsilə istiqamətə də nəzarət edirlər. Paraşütlərin istifadəsi günü-gündən daha da çoxalır. Ondan evlərdən, körpülərdən tullanmaq üçün istifadə edirlər. Bir çox müəssisələr üçün paraşüt təhlükəsizlik sisteminin bir hissəsidir.

Son soz

Necə düşünürsən, paraşütdən enmək qorxuludur? Və ya çox maraqlıdır? Əsas odur ki, paraşütlə enmək üçün məlumatlı olmaq lazımdır. Özünü icad etdiyin paraşütü sınamayasan. Paraşüt artıq vardır. Paraşütlə enmək Gürcüstanda da mümkündür. Mən də bir dəfə paraşütlə enmişəm.