Qış

Qışda günəş yeri işıqlandırır, amma çox az isidir. Göydə günəş çox az qalır: gec qalxır, tez düşür; gün çox qısa olur, gecə isə - uzun. Buna görə də qışda soyuq olur. Gürcüstanda qış uzun olmur, ən çoxu üç ay davam edə bilər: dekabr, yanvar və fevral. Amma bizdən şimalda yerləşən başqa ölkələrdə qış uzun olur. Məsələn, Rusiyada qış beş-altı ay davam edir və bərk şaxtalar olur.

Ölkəmizdə qışda mülayim soyuq olur: bəzən qış elə keçir ki, cəmi iki-üç dəfə qar yağır, amma bu cür quru qış məhsul üçün pisdir. Qarlı qış faydalıdır; qarın altında daha istidir, qar torpağa şaxtanı keçirmir; bunun üçün də cücərtinin üzərini qar örtdüyündə daha isti qalır və yayda da yaxşı məhsul gətirir. Soyuq qışda çaylar tam buz bağlayır və insanlar buzun üzərində hərəkət edirlər. Bu zaman çöl tam çılpaq olur və onun üzərində soyuq külək sərbəst əsir. Payızda ağacların yarpaqları tökülür və qışda çılpaq qalırlar. Budaqlarda, yarpaqların əvəzinə, qar və buz salxımları asılı olur. Meşədə yalnız küknar və şam ağacı yaşıl olur.

Qışda meşə və çöl yetim qalır. Bu zaman həşəratlar tamamilə olmurlar: milçək, ağcaqanad, müxtəlif qurdlar ətrafda heç yerdə görünmürlər. Haradadırlar? Bəziləri məhv olmuş, amma öz yumurtalarını torpaqda gizlətmişlər, bu yumurtalar yaz günəşi ilə çıxacaqlar. Bəziləri torpağın dərinliyinə gizlənmiş və bütün qışı burada yaşayır. Qarışqalar və başqa həşəratlar da belə edirlər. Canlı həşəratlar bütün qışı yatır və yalnız yaz günəşi çıxdıqda oyanırlar .

Quşların əksəriyyəti bu zaman isti ölkələrdə yaşayırlar. Bəzi quşlar bizimlə qalır, amma onlar da rahat və isti yer axtarır və nadir halda çölə çıxırlar. Soyuq və aclıq quşların adi sevincini və dəcəlliyini tamamilə yox edir. Quşların çox hissəsi kədərli və qanadları aşağı düşmüş olur. Quşlar çöldə yem tapa bilmədiklərinə görə, kəndlərin yaxınlığında dayanırlar. Sağsağanlar, qarğalar və quşlar samanlığa soxulurlar. Nə üçün? Çünki samanlıqda samana çörək qırıntıları da qarışmışdır: samanı dimdikləyir, çörək qırıntılarını tapır və onunla qidalanırlar. Amma yem axtarmaq onlara baha oturur: kənd uşaqları samanlığın kənarında tələ qurur və quşları tuturlar..

Soyuqda oxuyan sərçələr yazıq görünürlər. Onların yayda çevik fırlanmaları, sərbəst hoppanmaları, şux uçuşları və şən civiltiləri haradadır? Soyuq hər şeyi unutdurur; quşlar samanlığın damında büzüşmüş və ac vəziyyətdə oturur və yazıq səslə cikkildəyirlər. Ağılla hərəkət etmirlər ki, başqa quşlarla birlikdə cənub ölkələrinə uçub getsinlər...

Heyvanların bir çoxu qışda yuvalar, mağaralar və ağacın koğuşlarını axtarırlar. Onlar burada uzunmüddətli soyuqlar zamanı yatırlar; məsələn, kirpi, ayı, siçovul və s. Dələ isə qışdan heç qorxmur və özünün çevik həyatını soyuqda da pozmur. Yayda bolluca qoz toplamışdır – indi isə ağacın koğuşunda oturur, şənliklə onları qırıb gəmirir.

Ev heyvanları bu zaman isti tövlələrdə bağlanmışlar. Atlar, camışlar, öküzlər, inəklər və qoyunlar qışda çöldə yaşasaydılar soyuqdan və aclıqdan ölərdilər.

Çöl yırtıcısı böyük kədər içindədir. Soyuq və aclıq yayda şirin-şirin keçirdiyi vaxtını korlayır. Aclıqdan quduzlaşmış canavar bütün gününü və gecəsini çöldə qaçır, amma heç nə tapa bilmir; çoban qoyunları, donuz saxlayan donuzları tövlədə saxlayır, buna görə də canavar çəpiş və do

nuz ətini yeyə bilmir; bütün gecəni çöldə gəzir ki, bəlkə haradasa at və ya ev heyvanlarını görsün.... Əgər kəndlinin qaramalı çöldə qalarsa, onun sağ qalmasına ümid olmayacaqdır: haradasa ac canavar yeyəcəkdir! Aclıq canavarın cəsarətini artırır: gecələr kəndə soxulur və donuz yaxud da quzu oğurlamağa çalışır. Bu zaman canavar kəndliyə çox zərər verir. Kəndli də əvəzini verir: bir çox canavarlar insan əli ilə məhv olur.

Qışda kəndlinin işi başqa vaxtlarda olduğu kimi çox olmur, amma yenə də boş durmur. Qış düşən kimi hazırlığa başlayır. Yayda və payızda çörək və şərab hazırlayır, indi odun da gətirməlidir... Əgər qar yağmamışdırsa, kəndli araba ilə gedir, əgər qar yağmışdırsa, o zaman xizəklə gətirir. Odun gətirmək çox əziyyət tələb edir, xüsusilə də çox soyuq olanda. Bəzən yolda yazıq kəndlini çovğun yaxalayır və çox əziyyət çəkir: evə ya donmuş vəziyyətdə gedir və ya ola bilsin ki, tam donsun.... Soyuq ölkələrdə belə hallar çox olur və bizdə də baş verir. Qış kifayət qədər çörəyi, şərabı, odunu olan və isti evlərdə yaşayan kəndlilər üçün istirahət vaxtıdır. Amma bədbəxtçilikdən kəndlilər arasında bu cür xoşbəxtlər azdılar....