Qarışqalar
İndi barəsində danışmaq istədiyim varlıq dünyada ən balaca, amma ən güclüdür: o, asanlıqla özündən 25 dəfə böyük yükü çiyninə alıb gəzdirə bilər...
O, çox zəhmətkeşdir: cəmi üç-dörd saat yatır, qalan vaxtlar isə çalışır: ev tikir, balalarına qulluq edir, qış tədarükünü görür, döyüşə gedir...
Onlardan bəziləri uça da bilir, bəziləri isə üzə bilir..
Sən onu mətbəx masasının üzərində, şəkərqabının, mürəbbə və bal balonunun, pəncərənin çərçivəsinin üzərində, ağacın dibində, rəngli güllərin, maykanın üzərində görmüsən...
Nəinki görmüsən, dəfələrlə əlini basaraq öldürmüsən də, heç fikirləşmədən... Bir çox hallarda isə kibrit dənəsi ilə və ya çay qaşığı ilə onun evinə gedən yolun qarşısını kəsib ona əziyyət vermisiniz...
Doğrudur, dəfələrlə görmüsünüz, amma ola bilsin ki, heç bir dəfə də fikir verməmisiniz ki, onun balaca və yumru başı, yaxşıca dartılmış bığları və altı yorulmaz ayaqları var.
O, ən zərərsiz həşəratdır və onun adı qarışqadır.
Qarışqalar necə yaşayırlar
Qarışqalar torpağın dərinliklərində bir-biri ilə yeraltı cığırla əlaqələnən tikdikləri yuvalarında yaşayırlar. Hər bir yuvada balaca “otaqlar” var, burada qarışqalar yatır, yemlərini saxlayır, yumurtalarını yerləşdirir və saxlayırlar, hansılardan xırda qarışqalar çıxmalıdırlar. Onların ailələrində qəribə qayda var: işi bölüb və çalışırlar. Onlardan bəziləri işçidir, bəziləri –döyüşçü, ovçu, qul....
Hər bir yuvada əsas ana qarışqa var, onu insanlar “kraliça” adlandırırlar. O, həqiqətən də kraliça kimi yaşayır: daim yuvadadır və heç vaxt işləməyə çıxmır. Ailənin digər üzvləri ona sədaqətlə qulluq edirlər. Yemi işlək qarışqalar gətirirlər. Onlar dağı və aranı gəzirlər ki, çörək və ya şəkər qırıntılarını, bitki toxumlarını, yuva qurmaq üçün materialı tapıb gətirsinlər...
Evə gətirilən toxumlar və qırıntılar xüsusi otaqlarda qış üçün saxlanılır. Əgər təsadüfən bu ehtiyat yaş olarsa və ya ona su dəyərsə, o zaman işlək qarışqalar tənbəllik etmir və günəşli havada ehtiyatı çölə sərir, açır, yaxşı qurudub yenə də saxlayırlar.
Qarışqalar insanlardan yaxşı sinoptiklərdir: hər zaman dəqiq bilirlər ki, günəşli hava gözlənilir və ya yağışlı.
İşlək qarışqalar evi yığıb-təmizləməkdə də tənbəllik etmirlər: hər zaman bütün otaqları səylə təmizləyirlər.
Ayrıca “dayələr” var, onlar balaca qarışqalara qulluq edirlər.
Döyüşçülər isə yad qarışqalarla döyüşürlər. Mübarizə meydanından onlar əliboş dönmürlər: düşmən yumurtalarını öz yuvalarına gətirirlər, onlardan çıxan yumurtaları isə qula çevirir və işlətdirirlər və ya da döyüşə aparırlar....
Doğrudur, düşmənlə amansızcasına rəftar edirlər, amma öz qardaşları qarışqalara çətinlikdə hər zaman sədaqətlə köməklik göstərirlər. Onlar hər növ işi razılıqda, yekdilliklə yerinə yetirirlər.
Əgər yollarına “uçurum” çıxarsa, qorxmadan onunla mübarizə aparır, bir kənardan ikinciyə qədər canlı körpü qurur və bu körpüdən öz “ordularını” keçirirlər. Bəzi qarışqalar ola bilsin ki, yoldaşlarının xilası üçün özlərini qurban da versinlər.
Əgər təhlükəni hiss etsələr, mütləq başqalarını da xəbərdar edirlər və əgər ləzzətli yem tapsalar, o zaman onu da gizlətmirlər...
Bir-biri ilə “söhbəti” isə onlar xırda bığları ilə və özünəməxsus iyi vasitəsilə bacarırlar.
Nəyisə “demək” istədikdə, bir qarışqa bu iyini buraxır, qalanları isə öz bığlarının vasitəsilə hiss edir və başa düşürlər ki, onların dostları nəyi “söylədi”.