Pul

İnsana həyat üçün qida, içki, geyim və müxtəlif əşyalar lazım olur. Bütün bu əşyaları pulla əldə etmək olar.

Qədim zamanlarda pulun əvəzinə insanlar alış-veriş üçün müxtəlif əşyalardan istifadə edirdilər. Məsələn, çanaqlardan, qəhvə dənələrindən, bahalı daşlardan və s.

Sonra insanlar çanaqların əvəzinə qızıl və gümüşdən istifadə edirdilər. Qızıl və gümüş bahalı metallardır. Onların qiyməti bahadır. Bunun üçün də alış-veriş qızılla və gümüşlə olurdu. İlk dəfə pul sikkələr şəklində idi. Sikkələr qızıldan, gümüşdən, bürüncdən və dəmirdən hazırlanırdı. İnsanlar sikkələrlə yemək, mal, pal-paltar və s. alırdılar.

Metal ağırdır. Metal sikkələr da ağır idi. Çox varlı insanların çoxlu sikkələri var idi. Çoxlu sikkələrin gəzdirilməsi ağır iş idi. Buna görə də on yeddinci əsrdən insanlar qızılı bankda saxlamağa başladılar. Qızılın əvəzinə bank onlara kağız nişanələr verirdi. Məhz bu, kağız pul idi. Kağız pul qızıl və gümüş pulları əvəz edirdi.

Kağız pulu dövlət buraxır. Müxtəlif ölkələrdə pulun müxtəlif adı var: Gürcüstanda – lari; Azərbaycanda – manat, Ermənistanda – dram; Rusiyada – rubl; İngiltərədə - girvənkə sterlinq (funt); Amerika Birləşmiş Ştatlarında – dollar....

Kredit kartı

Kredit kartı balaca lövhəcikdir. Kredit kartlarını banklar iyirminci əsrdə buraxmağa başladılar. Kredit kartına onun sahibi haqqında məlumat daxil edilmişdir. Kredit kartında pul saxlanılır. Kredit kartına pul köçürülür. Kredit kartı pul sənədini təqdim edir. Mağazalarda kredit kartı ilə ödəniş edə bilərsiniz, kağız pul xaricində.

Gördüyünüz kimi, insanlar müxtəlif zamanlarda müxtəlif vasitələrlə alış-veriş edirdilər. Pul müxtəlif zamanlarda müxtəlif şəkildə ola bilər:

Çanaqlar, qəhvə dənələri, qiymətli daşlar;

Sikkələr;

Kağız pullar;

Kredit kartı.

Yeni pul xüsusi hallarda yaradılır.

Məsələn, Yeni Zelandiyada yeni pul “Hobit” pulları buraxılmışdır. Hobitlər uydurulmuş varlıqlardır. Onları yazıçı Con Tolkien fikirləşmiş, rejisor Piter Cekson isə film çəkmişdir. “Hobit” dünyada böyük nailiyyət əldə etdi. Bunun üçün də Yeni Zelandiyada sikkələr yaradıldı. Sikkələrin qiyməti 24 dollardan 3000 dollara qədərdir. Ən bahalı sikkə qızıldan düzəldilmişdir.

Gürcü larisi

Gürcüstanın milli valyutası lari adlanır. Lari kağız puldur. Birlik, beşlik, onluq, iyirmilik, yüzlük, ikiyüzlük əskinazlar var. Onların üzərində məşhur gürcülərin şəkli əks olunmuşdur.

Bu, birlik laridir. Birlik laridə Niko Pirosmaninin şəkli həkk olunmuşdur. Niko Pirosmani gürcü rəssamı idi.

İkilik laridə Zakaria Paliaşvilinin şəkli həkk olunmuşdur. Zakaria Paliaşvili gürcü bəstəkarı idi. O, “Daisi” operasını yazmışdır.

Bu, beşlik laridir. Beşlik larinin üzərində İvane Cavaxişvilinin foto-şəklidir.

İvane Cavaxişvili gürcü tarixşünasıdır. O, Gürcüstanda ilk universitetin əsasını qoymuşdur. Bu universitet İvane Cavaxi-şvilinin adınadır.

Onluq larinin üzərində Akaki Seretelinin fotoşəklidir. Akaki Sereteli gürcü yazıçısı və şairi idi.

Akaki Sereteli xalq arasında xüsusilə sevilirdi. Onu “xalq şairi” adlandırırdılar.

Akaki haqqında iki gürcü filmi çəkilmişdir. Akaki Seretelinin uşağlığı haqqında çəkilmiş“Akakinin beşiyi” və “Akakinin Raça-Leçxumiyə səfəri”.

Bu, iyirmilik laridir. İyirmilik larinin üzərində İlya Çavçavdzenin fotoşəkli var.

İlya Çavçavadze gürcü şairi və yazıçısı idi. Eləcə də İlya Çavavdze Gürcüstanda “Yazı və oxunu yayımlayan cəmiyyəti” və ilk bankı yaratmışdır.

İlya Çavçavadzeni Gürcüstan kilsəsi müqəddəs elan etmişdir.

Əllilik laridə çariça Tamarın şəklidir.

Çariça Tamar Birləşmiş Gürcüstanın çarı idi. Onun çarlıq dövrünü “Qızıl dövrü” adlandırırlar.

Çariça Tamar müqəddəs elan edilmişdir.

Bu, Şota Rustavelidir. Şota Rustaveli gürcü şairi idi.

O, “Pələng dərisi geymiş pəhləvan” poemasını yazmışdır.

Şota Rustavelinin adı bütün dünyada məşhur-dur. O, böyük mütəfəkkir idi.

İkiyüzlük laridə Kakutsa Çoloğaşvilinin fotoşəklidir.

Kakutsa Çoloğaşvili Gürcüstanın milli qəhrəmanıdır. O, Gürcüstanın müstəqilliyi uğrunda mübarizə aparırdı.