Çərpələng necə hazırlanır

Çərpələngin tarixi

Çərpələng ən qədim uçan aparatdır. O, Çində və Yaponiyada 4000 il əvvəl yaranmışdır. Şənliklərdə çərpələnglərə kəpənəklərin, quşların və balıqların formasını verirdilər. Ən çox təəssürat verən əjdaha-çərpələng idi. Uçan əjdahanı təsəvvür edin! Əjdaha Çində və Yaponiyada hökmranlıq rəmzidir. Çində və Yaponiyada xalq şənliklərində bu gün də səmaya rəngarəng əjdahalar buraxılır. Rəngbərəng əjdahalar səmada uçurlar. Bu, çox gözəl mənzərədir.

Alimlər 18-ci əsrdə çərpələngin vasitəsilə atmosferi öyrənirdilər. Təyyarənin ixtiraçısı – Mojayski 1873-1876-cı illərdə səmaya çərpələnglə səmada gəzintiyə çıxırdı. Radio icadçısı çərpələngi radioqəbuledici üçün çərpələngdən antenna kimi istifadə edirdi.

19-cu əsrin sonunda çərpələnglərin vasitəsilə meteorologiyada küləyin sürətini və temperaturunu öyrənirdilər.

Çərpələng hərbi işlərdə önəmli rol oynamışdır. Birinci Dünya müharibəsi zamanı hərbçilər çərpələnglərin vasitəsilə kiçik yükləri yuxarıdan paylayırdılar.

Çərpələngin buraxılması uşaqların sevimli əyləncəsidir.

Çərpələng haqqında nəyi bilməliyik

Çərpələngin fərqli forması var. Bəzi çərpələngin hazırlanması çətindir. Bəzi çərpələnglərin hazırlanması isə asandır.

Əgər heç vaxt çərpələng düzəltməmisənsə, o zaman əvvəlcə sadə çərpələngi düzəltməlisiniz.

Gəlin, sadə çərpələngin düzəlməsini öyrənək. Çərpələngin düzəlməsinə qədər bir neçə qızıl qaydanı öyrənək.

Çərpələng bərk bağlanmalıdır. Əgər çərpələng möhkəm bağlanmayıbsa, havada açıla bilər.

Çərpələng yüngül olmalıdır. Əgər çərpələng yüngüldürsə, o zaman hündürlüyə uçur. Əgər çərpələng ağırdırsa, o zaman aşağıdan uçur.

Çərpələng asanlıqla açıla bilməlidir. Açılan çərpələng az yer tutmalıdır. Çərpələng asanlıqla saxlanıla bilməlidir.

Nə lazımdır?

Çərpələngin düzəldilməsi üçün lazımdır:

1. İki taxta çubuq

2. Möhkəm kağız

3. Yapışqan və ya skoç

4. Möhkəm sap və ya kəndir

5. Çərpələngin rənglənməsi və bəzənməsi üçün rəngli karandaşlar və ya boyalar

6. Çərpələngin ucunun lentləri üçün rəngbərəng qaytanlar

7. Qayçı

Çərpələngin düzəlməsi qaydası

1. İki taxta çubuq götürək. Qısa çubuqları elə çarpazlaşdıraq ki, uzun çubuğun üçdə biri, qısa tərəfi isə dəqiq iki bərabərinə qatlansın.

2. Çubuqlar üçün sap çərçivəsini hazırlayaq. Çərçivə göstərir ki, çubuqlar nə qədər düzgün bucaqlar qururlar. Eləcə də çərçivəyə kağız “paltar” geyindirməliyik.

3. Kağızın üzərinə çərçivə qoyun və karandaşla ehtiyatla dairəyə alın. Kağızın “paltarı” dəqiq çərçivə formasını təkrarlamalıdır. İndi qayçını götürün və kağız paltarı kəsin.

Skoç və ya yapışqan götürün və kağız “paltarı” çərçivəyə ehtiyatla və səylə yapışdırın.

Yoxlayın ki, kağız tam uzunluğuna və bütün tərəflərə yaxşı bərkidilmişdir. Yadınızdadırsa, çərpələng möhkəm olmalıdır. Hər şey elə bərkidilməlidir ki, çərpələng havada açılmasın.

İndi isə düyünlərin və ilgəklərin düzəldilməsinin vaxtı çatdı. Düyünlər kəndirin və ya sapın çox bərk bağladığımız hissələridir. Möhkəm düyün elə bərk bağlanmışdır ki, heç bir vaxt açmaq olmaz. İlgək isə düyünün xüsusilə bağlandığı zaman alınır. İlgək çərpələngin başından əl tutulması üçün lazımdır. İkinci ilgək isə çərpələngin ucu üçün lazımdır. Şəkildə göründüyü kimidir.

İndi isə çərpələngin başında düzəldilmiş ilgəyə dəstək yeri bağlayın. Dəstək üçün də möhkəm kəndirdən istifadə etmək lazımdır. Kəndirin dolaşıq düşməməsi üçün taxta parçasına dolaya bilərsiniz. Şəkildə göründüyü kimi.

Çərpələngin ucu kəndirdir. Çərpələngin ucunu rəngli lentlərlə bəzəyin. Bir-birindən 10 sm aralıda bərkidin. İndi isə ucu çərpələngin kənarına bərkidin.

8. Rəngləyin və bəzəyin

Burada mənim köməkliyim sizə lazım olmayacaqdır. Axı siz bunu məndən də yaxşı bilirsiniz!

Hazırdır!

Daha bir neçə məsləhət:

1. Düzgün bərkidilmiş dəstək orta nöqtədə bir az irəli çıxır. Bu, çərpələngin tarazlıq nöqtəsidir.

2. Çərpələngin ucu tarazlığın saxlanılması üçün çox vacibdir.

3. Neçə çərpələng düzəltsəniz də, hamısı müxtəlif olur. Düzəltdiyiniz çərpələnglərə düzəlişlər də lazım ola bilər. Qorxmayın və tənbəllik də etməyin. Çərpələnglə yaxşı əylənəcəksiniz.