ალექსანდრე ქართველი

Aleksandre Kartveli

Aleksandre Kartveli nailiyyətli aviakonstruktor idi. Aleksandrın sözlərinə görə, yaxşı aviakon-struktor “mühəndis, riyaziyyatçı və xəyalpərəst olmalıdır. Onun səbri, fantaziyası da olmalıdır. Nə zaman dayanmağını bilməli və hər zaman gücünü artırmalıdır ki, irəli getsin”. Aleksandre Kartvelini müasir amerikalılar Amerika aviasiyasının atalarından biri adlandırırlar.

Aleksandre Kartvelinin həyatı

Aleksandr 1896-cı ildə Tbilisi şəhərində anadan olmuşdur. O, Tbilisi zadəganlar gimnaziyasında təhsil almışdır. Tezliklə Gürcüstanı tərk etməyə məcbur oldu. İlk dünya müharibəsində Rusiya ordusuna xidmətə getdi.

“Mən artilleriya zabiti idim, bu zaman aviasiya haqqında heç bir məlumatım yox idi. Ölkəmizdə müstəqillik elan edildikdə mən bolşeviklərə qarşı mübarizədə Gürcüstan Ordusuna qoşuldum, amma biz məğlub olduq. Gürcüstanı tərk edib Fransaya getmək məcburiyyətində idim. Məhz orada aviasiya təhsilimi aldım” – deyir Aleksandr Kartveli.

Fransada Aleksandr Kartveli Paris Aviasiya ali məktəbini bitirdi, sonra isə təyyarələrin sınaqçısı kimi işləməyə başladı. Bir az sonra qəzaya uğradı və onurğa sütununu zədələdi, buna görə də təyyarəni idarə edə bilmirdi. Məhz bu mərhələdən aviakonstruksiyanı daha dərindən öyrənməyə başladı.

Fransada Lui Blerionun aviasiya şirkətində işləyirdi, tezliklə isə amerikalı multmillionerin dəvəti ilə Amerikaya köçdü. Levins və Aleksandrın arasında bir müddətdən sonra narazılıq yarandı, Levin aviasiya işinə kobud şəkildə müdaxilə etmək istədi, bunu da gürcü aviakonstruktoru qəbul edə bilmədi və şirkətdən getdi.

Özünün xatırladığı kimi, məhz bu zaman onun həyatında ən çətin mərhələ oldu. Bu zaman Amerikada böyük depressiya mərhələsi yaşanırdı, bu dövrdə insanların işləri yox idi və özlərini dolandırmaq üçün hər iş görməli olurdular. “Özümü saxlamaq üçün çoxlu müsibətlər yaşamışam, amma yenə də bacara bildim, çünki Nyu-Yorkda yaşayırdım. Nyu-York isə elə bir şəhərdir ki, burada aclıqdan heç kim ölmür. Hər zaman nə isə iş tapmaq olar. Belə ki, maşınları yuyurdum, küçələri təmizləyirdim və başımı hərləyirdim”, - Aleksandre Kartveli xatırlayır.

Aleksandre Kartveli tərəfindən quraşdırılmış təyyarə

Birinci, tam olaraq poladdan hazırlanmış təyyarə Aleksandre Kartveli tərəfindən yaradılmışdı. Bu fakt böyük hay-küyə səbəb oldu. Onu dərhal Nyu-Cersidə yerləşən aviasiya zavoduna dəvət etdilər, burada ona yaxşı vəzifə və maaş təklif etdilər. Aleksandre dəvəti qəbul etdi.

p-47

Bir müddətdən sonra o, Tbilisidə doğulmuş və Gürcüstanı və gürcüləri çox sevən məşhur mühəndis Aleksandr Severski ilə görüşdü. Severski Kartveliyə onun şirkətinə keçməyi təklif etdi.

Severskinin şirkətində yaradılmış aviasiya layihələri Aleksandre Kartvelini bütün dünyada tanıtdı. Bu müddətdə düzəldilmiş təyyarələr P-35 və SEV-3-dür. 1936-cı ildə onların sürətləri dünya rekordlarını ötüb keçdi. İki ildən sonra Severskini vəzifəsindən kənarlaşdırdılar, şirkətin vitse-prezidenti isə Aleksandre Kartveli oldu. Bu müddətdə o, məşhur bombardmançı P-47 Thunderbolt-u yaratdı.

Sonra P-47-nin üzərində işə başladı. Hərbi aviasiya tarixində çox böyük iz buraxmış təyyarənin. Sonra İkinci dünya müharibəsi zamanı o, 546 000 hərbi əməliyyat həyata keçirdi, 12 000-ə qədər düşmən təyyarəsini, 86 000 maşın, 6000 tank və ya zirehli texnikanı məhv etdi və ya zərərsizləşdirdi. Aleksandre Kartvelinin şirkəti dünyada hərbi təyyarələrin ən böyük istehsalçısı oldu.

Aleksandre Kartveli bir çox aviasiya və döyüş təyyarəsini yaratdı. Bu təyyarələr aktiv şəkildə hava döyüşündə istifadə olunurdu. Aleksandrenin özü isə daha çox P-47 ilə fəxr edirdi.

Aleksandrenin şəxsi həyatı

Dostları Aleksandreni Saşa da çağırırdılar, həmkarları isə - mister Kartveli. Asudə vaxtı çox az olurdu, bunun üçün də hər zaman boş vaxtında evdə olmağa çalışırdı. Evdə olduğunda tez-tez gürcü mahnılarını oxuyurdu. O, olduqca istedadlı insan idi. Beş dil bilirdi. Aleksandrenin həyat yoldaşı amerikalı idi, Cin Robins. Onların övladları yox idi. Aleksandre həyatının son illərində həyat yoldaşı ilə birlikdə Nyu-Yorkda yaşayırdı. O, 1974-cü ildə vəfat etdi.

Son söz

Aleksandre Kartveli aviasiya işində böyük rol oynamışdır, amma onun haqqında məlumat uzun zaman əlçatan deyildi. 2007-ci ildə gürcü rejissoru Ramaz Bluaşvili Kolumbiyada Aleksandre Kartveli haqqında mühüm məlumatlar topladı və onu gürcü cəmiyyəti ilə daha yaxından tanış etdi.