Balaca qırmızı papaq
Nananın yuvası var.
Orda nə var? – anası Nanadan soruşur.
Bir... iki.... üç yumurta var yuvada.
Bu, yuva deyil! - anası dedi, - bu, mənim köhnə qırmızı papağımdır!
Mən bazarda yumurtaları satmağı düşünürəm, - Nana dedi.
1
2
Nana avtobusa oturub bazara getdi.
Bir oğlan Nananı avtobusda gördü.
Orda nə var? – oğlan soruşdu.
Bir... iki.... üç yumurta var yuvada, - Nana dedi.
Bu, yuva deyil! - oğlan dedi, - bu, köhnə qırmızı papaqdır!
Avtobusda bir qadın da Nananı gördü.
3
4
Olarmı baxım, orada nə var? – qadın soruşdu.
Bir... iki.... üç yumurtam var yuvada, - Nana dedi.
Mən yumurtalara üç lari verəcəyəm! – qadın dedi.
Avtobus Nananı bazara gətirdi.
Bazarda Nananı kişi gördü.
Orada nə var? – kişi soruşdu.
5
6
Bir... iki.... üç lari... – Nana dedi, - üç lariyə nə ala bilərəm?
Üç lariyə bunu verə bilərəm, - kişi deyib papağı göstərdi.
Nana yenə də avtobusa mindi.
Bir qız avtobusda Nananı gördü.
7
Orada nə var? – qız Nanadan soruşdu.Nana başını qaldırıb gülümsədi. O avtobusdan düşüb evə gəldi.
Anası Nananı gördü.
Orada nə var? – anası xəbər aldı.
Bu, sənin üçündür! – Nana anasına dedi, - yeni qırmızı papaqdır.
8
Sağ ol, Nana, - anası dedi və qızını qucaqladı.