İstedadlı Kato
Meqrellər gürcülərin bir qolunu təşkil edirlər. Başqa onlar gürcülərdən heç nə ilə seçilmirlər. Meqrel imereli və quruliyə elə bənzəyir ki, kartlili və kaxetili onları bir-birindən ayıra bilmir. Yalnız dilləri bir qədər fərqlidir, amma bu dil gürcü dilinin doğma qardaşıdır və bundan əlavə demək olar ki, hər bir meqrel gürcü dilini çox yaxşı bilir və gürcü dilini çox sevir. Onlar gürcü dilini ibadət dili hesab edir, çünki bütün Sameqreloda ibadət əvvəllər də gürcü dilində yerinə yetirilirdi və indi də elədir. On doqquzuncu əsrdə Rusiya hökuməti meqrel dilində ibadətin keçirilməsini qərara aldı, amma bütün Sameqreloda hamı yekdilliklə bu dəyişikliyə etiraz etdi və kilsədə gürcü dilinin əvəzinə meqrel dilinin istifadəsinə razılaşmadı..
Qeyd etmək lazımdır ki, gürcü dilinin mükəmməl biliciləri meqrellər arasında daha çoxdur, nəinki gürcülər arasında. Adi bir haldır ki, meqrellər hər zaman ürəkdən gürcü ədəbiyyatını sevir və bir çox meqrel onu gözəl əsərləri ilə zənginləşdirmişdir.
Sameqrelo İmeretinin qərbində yerləşir. Şimaldan bu diyar Svaneti ilə, şərqdən – İmereti ilə, cənubdan – Rioni ilə, qərbdən – Qara dənizlə və şimal-qərbdən Samurzağano ilə həmsərhəddir. Hal-hazırda Sameqreloda 8 rayon var: Zuqdidi, Senaki, Xobi, Abaşa, Poti, Çxorotsxu, Salenciği, Martvili.
Sameqrelonun qərbi bir böyük düzənlikdir, Sxenisxlidən Samurzağanoya qədər. Bu nəhəng düzənliyin bir hissəsi sıx və keçilməz meşədir. Təəccüblüdür ki, Sameqrelo meşələrində quşlar azdır və burada insan nadir halda quşların cikkiltisini və zümzüməsini eşidə bilər. Quşlar yəqin Sameqrelo meşələrindən oradakı bataqlıq havasının onlara pis təsir göstərdiyinə görə uzaq olurlar.
Sameqrelonun qərb hissəsində dağlar heç yoxdur və buna görə də Qara dənizdən küləyi yağış buludu asanlıqla Sameqreloya gətirir. Buna görə də bu bölgə daha yağışlıdır, nəinki İmereti. Bəzən ay elə keçir ki, günəşi görmək olmur..
Sameqreloda çoxlu çaylar var. Onlardan ən böyüyü Sxenissxali və Enquridir. Sxenissxali Pasi dağının cənubundan çıxır, əvvəlcə cənub-qərbə tərəf, sonra cənuba tərəf dönür,İmereti və Sameqrelonun ortasına gedir və Rioniyə birləşir. Enqurinin mənbəyi Zemo Svanetidədir, Yalbuz yaxınlığında, əvvəlcə Svanetidən keçir, sonra Sameqreloya düşür və cənub-qərbə tərəf Qara dənizlə birləşir. Sameqrelonun ortasında iki başqa kiçik çay da var: Texura və Xobi. Birinci Rioniyə birləşir, ikinci birbaşa Qara dənizə düşür.
Tez-tez yağan yağışlar bitkilər üçün faydalıdır, amma Sameqreloda soyuqlar və istilər tez-tez olur və bu da insan üçün zərərlidir...
Sameqreloda torpaq Kvemo İmeretidə olduğu kimi, Rioni sahilində münbitdir. Eyni torpağı ildə yeddi-səkkiz dəfə əkib becərirlər və çoxlu məhsul yetişdirirlər. Meqrellər qarğıdalı, darı, taxıl, buğda səpirlər. Taxıl çox az yetişdirilir. Buna səbəb odur ki, Kvemo İmeretidə olduğu kimi, çox istilərə və rütubətə görə taxıl yaxşı məhsul vermir və eləcə də rütubətə görə buğdanı saxlamaq çox çətin olur: dənlərdə balaca qurdlar əmələ gəlir və onlar da buğdanın ortasını yeyir və sonra kəpənəklərə çevrilib uçurlar. Bunun üçün də taxılı buğda kimi saxlamırlar: əzən kimi dərhal üyüdüb un edirlər. Taxıl burada tez yetişir, çünki yaz Sameqreloda daha erkən olur. Mayın sonunda, amma Kartlidə bu zaman hələ zəmidə sünbül də olmur..
Qarğıdalını Sameqreloda mayın sonunda səpirlər və daha çox taxıl yetişdirilən torpaqda; belə ki, eyni torpaqda ildə iki dəfə məhsul yetişdirilir. Qarğıdalının yetişdirilməsi daha çox zəhmət tələb edir, nəinki taxılın. Quriyada və İmeretidə olduğu kimi, Sameqreloda da kəndli üç dəfə qarğıdalını toxalamazsa, alaq otları qarğıdalını böyüməyə qoymaz.
Meqrellər qarğıda-lını ev heyvanlarına və toyuqlara yedizdirirlər. Onların özləri cadları sevmirlər; buna görə də qarğıdalının çoxunu satırlar. Meqrellərin sevimli yeməkləri darıdır, onu Sameqreloda İmeretidə olduğu kimi yetişdirirlər. Əkin-səpin torpağı burada azdır, çünki Sameqrelonun çox hissəsini meşələr və bataqlıqlar tutur. Buna görə də meqrellər Abxaziyaya və digər bölgələrə köçməyə məcbur olmuşlar...
Sameqreloda hər yerdə üzümlüklər var, buna görə də burada çoxlu şərab süzülür, nəinki İmeretidə. Amma havanın çox rütubətli olmasına görə buranın şərabı duru və suludur. Yalnız bəzi yerlərdə möhkəm və dadlı şərab olur. Texura və Xobi çayının ortasında qərbə tərəf qırx kilometr məsafədə təpəciklər yerləşir. Bu təpəciklər Salxino yaxınlığında Şxepi çayı yaxınlığında qurtarır. Burada olan üzümlüklərdən yaxşı şərab hazırlanır. Burada məşhur Ocaleşi şərabı hazırlanır. O, dadı ilə yaxşı Kaxeti şərabından heç də geri qalmır. Ocaleşi şərabı meqrellərin “Svanuri” adlandırdıqları bir növ üzüm növündən hazırlanır.
Sameqreloda rtveli (üzüm yığımı) çox gec olur; noyabrdan tez burada üzümü yığmırlar. Üzüm nə qədər gec dərilərsə, ondan bir o qədər də yaxşı şərab hazırlanır. Ocaleşi üzümləri bəzən dekabrda da dərilir. Bəzən qar dərilməmiş üzümlükləri örtür.
Şərab hazırlamaqdan başqa, Sameqreloda ipəkçilik də yayılmışdır. Sameqreloda demək olar ki, bütün ailələr ipəkçiliklə məşğul olurlar. İpək qurdunu yetişdirmək qadınların işidir. Qurd toxumdan apreldə çıxır. Altı həftəsində körpə qurda tut yarpağını yedizdirirlər. Bir çox hallarda tut ağaclarından yarpaq dərirlər. Hər evdə tut ağacı çox olur. Qurd yaxşı irilənib ağaranda barama hazırlamaq üçün qozalara çıxır. Bu zaman ipək qurdunun hərəkəti çox maraqlı bir görüntü olur: hər bir qurd öz ətrafında müxtəlif rəngdə tor qurur: bəzi ağ, bəzi sarı. Qozanı hörüb qurtardıqdan sonra içərisində qalan qurdlar demək olur ki, ölürlər. Bundan sonra qozalar dərilir və seçilirlər; iri və dolu qozaları toxumluq saxlayırlar. Bu toxumluq qozaları günəşli yerə düzür və istilik qurdları yuxudan oyadır. Oyanmış qurdlar qozanı kəsir və kəpənəklərə çevrilib çölə çıxırlar. Onlar pırıldayıb uçmaq istəyirlər, amma uça bilmirlər. Üç-dörd gün ərzində bu kəpənəklər toxum səpir, sahibləri bu toxumları qış ərzində soyuq yerdə saxlamışdılar. Əgər isti yerdə saxlanılsaydı, toxumdan qurd vaxtsız çıxar və aclıqdan ölə bilərdi. Yazda tut yarpağı çıxanda, toxumu odun yaxınlığında açırlar: burada istidən qurd qozadan çıxır və dərhal tutun körpə yarpağını yeməyə başlayır.
Meqrellər pambıq da yetişdirirdilər. Amma sonra pambıq ucuzlaşdı.
Meqrellər ev heyvanlarını da saxlayırlar. İl ərzində, qış-yay qaramal çöldə olur, açıq səma altında. Yalnız bəzi sahibləri iki ay, dekabr və yanvar aylarında, heyvanı evdə saxlayırlar. Qoyun və at saxlamaq Sameqrelonun şimal hissəsində daha çox yayılmışdır, burada dağlarda yaxşı otlaq sahələri var. Yayda qoyun və atları Leçxumiyə aparırlar, burada dağlarda yaxşı otlaqlar var.
Sameqreloda kənd camaatının yaxşı adəti var: kənd bazarı... Kartli və Kaxetidə kəndli məhsulunu satmaq üçün evdən çıxmır və yerindəcə alverçilərə satır. Sameqreloda demək olar ki, hər böyük kənddə həftədə bir dəfə, cümə və ya bazar günləri bazarlar təşkil edilir: qəsəbələrdə, həftəlik bazarlardan başqa, ildə bir neçə dəfə “yarmukoba” keçirilir. Meqrel malını bazara və ya “yarmukaya” gətirir və yaxşı qiymətə satır və ya özü üçün lazımi əşyalara dəyişir....
Meqrellər ipəyi, tütünü, taxılı, meyvəni, toxunma əşyalarını, taxta və gil qabları, arı pətəklərini, balı, şərabı, qoyunu, atı və bir çox başqa əşyaları birlikdə yığıb satır və ya duza, alətlərə, tikilmiş paltara və sairəyə dəyişirlər. Alverçilər burada meqrellərin özləri olurlar.
Meqrellər kimi istedadlı, oxumuş, cəsarətli və sağlam düşüncəli camaat çətin tapılar. Bir çox yaxşı xüsusiyyətləri ilə birlikdə meqrellərin müəyyən nöqsanları da var.
Əvvəllər Sameqreloda at oğurluğu çox yayılmışdır. At oğurluğu Sameqreloda elə tez-tez baş verirdi ki, qonşu bölgələr – İmereti, Leçxumi, Quriya camaatı onlardan çox əziyyət çəkirdi. Acıq çıxmaq üçün imeretililər meqrellər haqqında gülməli əhvalat danışırdılar: “meqrel hər necə olsa cənnətə düşür; ora-bura baxır və otlaqda gözəl bir dayça görür. Dayça Müqəddəs Qiorqinin idi; meqrel dözmür, dayçanı oğurlayır və .... cənnətdən qaçır”... Xoşbəxtlikdən, indi at oğurluğu Sameqreloda baş vermir.
Sameqreloda yalnız iki böyük şəhər var: Sameqrelonun əsas şəhəri olan Zuqdidi və Qara dənizin sahilində yerləşən Poti. Eləcə də Martvili, Senaki, Xobi, Salencixa, Çxorotsğu Sameqrelonun şəhərləridir...
Martvilidə çox gözəl monastr var, onu Çxondidi adlandırırlar. Çxondidi Martvilinin keçmiş adı idi və buranın baş yepiskopu da buna görə Çxondideli adlanırdı. Çxondidi meqrelcə “Böyük palıd ağacı” mənasını bildirir. Bu ad Martviliyə yəqin ona görə verilmişdir ki, burada qədimlərdə böyük və qoca palıd ağacı dururdu. Keçmiş Gürcüstanda Çxondidelinin böyük hörməti və hüququ var idi. O, katolikosdan sonra birinci baş yepiskop idi.
Çxondideli eləcə də bütün Gürcüstanda təhsil naziri idi. Gürcü ordusu müharibəyə gedəndə Çxondideli onların önündə əlində xaç gedirdi...
Sameqreloda Teklati qadınlar monastrı çox gözəldir. Monastr Senaka yaxın, şimalda yerləşir. Xobidə ən qədim monastrdır. Salencixi kilsəsi də çox qədim və gözəldir.