Seçim

Uşaqlar müxtəlif işlər görməyi sevirlər.

Müxtəlif uşaqlar müxtəlif işləri görməyi sevirlər.

Nika futbolu sevir.

Nika futbol oynamağı sevir.

O, yoldaşları ilə birlikdə futbol oynamağı sevir.

1

1

2

2

Salome rəsm çəkməyi sevir.

Salome güllərin şəklini çəkməyi sevir.

O, ala-bəzək gülləri çəkməyi sevir.

O yoldaşları üçün şəkil çəkməyi sevir.

3

3

4

4

Tekla oxumağı çox sevir.

Tekla yeni kitbları oxumağı sevir.

Tekla böyük kitabları oxumağı sevir.

Tekla ucadan oxumağı sevir.

O, yoldaşları üçün oxumağı sevir.

5

5

6

6

Rati mahnı oxumağı sevir.

Rati şən mahnıları sevir.

O, ucadan mahnı oxumağı sevir.

Rati yaxşı mahnı oxuyur.

Dostları Ratini dinləməyi sevirlər.

7

7

8

8

Daçi qurmağı sevir.

Daçi kubiklərdən bina qurur.

O, hündür binaları qurmağı sevir.

Daçi hələ balacadır.

Daçi böyüyəcək və uca binalar tikəcəkdir.

Daçi uca binaları dostları üçün tikəcəkdir.

9

9

10

10

Lizi yazmağı sevir.

Lizi hekayələr yazmağı sevir.

O, öz əhvalatlarını yazmağı sevir.

Lizi yoldaşlarının əhvalatlarını yazmağı sevir.

Lizi hekayələrini yoldaşlarına oxuyur.

Yoldaşları Lizinin hekayələrini dinləməyi sevirlər.

Sən nəyi etməyi sevirsən?

11

11

12

12