Sel

Giriş

İsti yay günlərində leysan yağışın gəlişinə hamı sevinir, qışda da qarın ilk dənələrini sevinclə qarşılayırıq.

Hər iki hadisə çox gözəl və həvəslidir, nə zaman ki, az müddət davam edir. Amma tezliklə bezdirir, çünki leysan yağışı pis havaya keçə bilər, ağ qar dənələri isə çoxlu qara çevrilə bilər. Hər iki hadisə isə selə çevrilə bilər və bu da insanlar üçün çox qorxulu bir haldır.

Uzun müddət, dayanmadan yağış yağdıqda, küçələrə çoxlu su yığılır, insanlar bayıra çıxa bilmirlər, hər şey nəmli və çirkli olur. Çaylar olan yerlərdə isə sellər daha tez-tez baş verir, çay sahillərindən kənara çıxır və ətrafı su basır.

Sel nə üçün baş verir?

Sel də təbiətin yağış və qar kimi bir halıdır. Xüsusilə də sel məhz bu iki, sakit görünən hallardan yaranır.

Sel

Sel ilin hər bir fəslində olmur. O, daha tez-tez yazda gözlənilir, qar əriyəndə və suyun səviyyəsi artanda. Eləcə də yayda, bu zaman tez-tez və güclü yağışlar olur.

Sel zamanı evləri su basır, insanlar zərər çəkirlər, əşyalar itir, ev və çöl heyvanları məhv olurlar.

Sellərin hamısı eyni gücdə olmurlar, bəziləri əhəmiyyətsiz olur və onlar fiziki zərər gətirmirlər, belə bir sellər uzun müddət davam etmirlər.

Amma bəzən elə bir güclü və uzunmüddətli sel olur ki, insanlar onunla bacara bilmirlər. Belə bir hallar üçün hər bir ölkədə və o cümlədən, bizdə də yardım xidməti mövcuddur. Burada belə bir təbii fəlakətlər zamanı əhaliyə yardım edən insanlar çalışırlar, onlar camaatı daha təhlükəsiz yerlərə aparır, onların əmlakını qorumağa çalışırlar və s.

Bu hadisəni heç kim dayandıra bilməz, amma ondan özünü qorumaq və ehtiyatlanmaq isə mümkündür.