İnək

İnək çölə otlamağa getmişdir. Onun uzun və iti onurğası yuxarı qalxmışdır, qulaqları o tərəf-bu tərəfə əyilmiş, yekə başını hündür otların arasına soxmuş və iştahla otu qoparır. Amma at kimi yerdə otlaya bilmir, çünki çənəsinin yuxarı dişləri yoxdur; onların əvəzinə damağında bərk qırmızı dəri var.

Bax, inək öz enli qarnını otla doldurub və yerə uzanıb. Çənəsini dayanmadan əsdirir və ağzından ağ köpük çıxır. Nə baş verir? Otladığı otu qarnından yenə də yuxarı qaytarır, hamar dişləri ilə onu təkrarən çeynəyir və sonda, yaxşı çeynədikdən sonra yenə də udur… Bütün gününü otlamaqla və çeynəməklə keçirdi… Axşam düşdü və inək evə tərəf getdi.

Qarnı şişmiş inək öz ikidırnaqlı ayaqları ilə arxayın, asta addımlar atır, uzun quyruğunu əsdirir və milçəkləri qovurdu. Birdən kəndlinin evindən it çıxdı və hürə-hürə inəyə tərəf qaçdı. İnək iri gözləri ilə baxdı, itə tərəf döndü, başını aşağı saldı və iti buynuzları göründü. “Bu qorxunc buynuzları ilə məni əzəcək və ya yuxarı havaya atacaq”, - it fikirləşdi və qorxub geri qaçdı… İnək yenə də öz yolu ilə sakitcə gedirdi. Arxayınlıqla gedir və çalışırdı ki, arxa ayaqlarını geniş açsın ki, qıçları dolu məmələrinə dəyməsin və dörd məmələrindən dadlı süd tökülməsin. Amma öz evini görən və sevimli buzovunun səsini eşidən kimi inək dözmədi. Qaça-qaça gedib tövləyə girdi. Ev sahibəsi inəyin gəldiyini görüb süd vedrəsini gətirdi, inəyin yanında oturub süd sağmağa başladı. Tezliklə inək vedrəni doldurub öz balasını da dadlı südü ilə doyuzdurdu.