Göyqurşağı

May gəldi. Göyün üzünü qara buludlar aldı və xeyli yağış yağdı. Bu zaman Soso və Dimitri çardağın altında dayanıb yağışın şırıltısına məmuniyyətlə qulaq asırdılar. Sonra buludlar yavaş-yavaş şərqə tərəf yığılmağa başladılar. Bir az sonra qərb tərəfdə göyün üzü tam açıldı və şərqə tərəfdə isə yenə də yağış yağırdı… Günəş ətrafa işıq saçan kimi, şərq tərəfdə göyün üzünü gözəl rəngli qövs aldı. Oğlanlar böyük həvəslə təbiətin bu gözəl hadisəsinə tamaşa etməyə başladılar.

- Bu rəngli göyqurşağı necə yaranır? – birdən Soso Dimitridən xəbər aldı.

- Əzizim Soso, göyqurşağı günəş şüalarından yaranır. Günəşin ağ şüası sadə deyil; ağ rəng mürəkkəb rəngdir və yeddi rəngdən ibarətdir: qırmızı, narıncı, sarı, yaşıl, göy, göyərçin rəngi və bənövşəyi rəngdən. Bu yeddi rəng birləşdiyində o zaman günəşin şüası ağ rəngdə olur. Amma su damcıları göydən aşağı çox düşürlər və bu zaman günəş onları işıqlandırır və günəş şüası su damcılarında islandığında yeddi hissəyə ayrılır. Hər bir rəngi ayrı-ayrılıqda görürük və göyqurşağına bənzər hadisə alınır. Bu əsasən çayın dərəyə şəlalə kimi düşdüyü yerdə olur; eləcə də fəvvarədən suyun yuxarı qalxdığında və günəşin onun başının üzərində olduğunda. Soso, sənin üçün evdə dəfələrlə göyqurşağı halını göstərmişəm: pəncərəyə su ilə dolu şüşə kuzəni dəfələrlə günəşin qarşısına qoymuşam və sən də izləmisən ki, günəş şüası su dolu şüşəyə keçdikdən sonra yeddi rəngə keçir və kuzənin ikinci tərəfinə rəngli qurşaq kimi uzanır. Göyün üzərində də məhz bu cür göyqurşağı yaranır. Göyqurşağı o zaman yaranır, nə zaman bir tərəfdə yağış yağır, məsələn, indi olduğu kimi və ikinci tərəfdə günəş işıq saçır; günəş şüaları yağışın damcıları ilə islandıqda yeddi rəng ayrılır və rəngli qurşaq göyün üzərində görünür. Bunu göyqurşağı adlandırırıq. Göyün üzərində iki göyqurşağı da yarana bilər.