Ğabaxi

“Ğabaxi” qədim gürcü at oyunudur. Gürcüstanın bütün ərazilərində bu oyunu tanıyırdılar. Ğabaxi bayramlarda keçirilirdi. Atsürən kişilər hər zaman böyük səylə bu oyun üçün hazırlaşırdılar.Atsürənlərdən başqa, ğabaxi oyunçuları silahdan yaxşı istifadə etməli və hədəfi yaxşı bilməli idilər.

“Ğabaxi” hündür qovşağı, dirəyi bildirir. Dirək 6 metr uzunluğundadır. Ona top və ya kubok bərkidilirdi. Atsürən oyunçu yaxşı atmağı və topu yerə düşürməli idi.

Yarışmada eyni vaxtda bir neçə atsürən iştirak edirdi. Onlar kuboku həm yay-oxla, eləcə də oyun tapançası ilə yerə endirə bilərdilər.

Atlılar başlanğıc xətdə birlikdə sıraya düzülür və hakimin verdiyi işarədə atlarını çapırdılar. Dirəyə yaxınlaşanda kuboka atir

və finiş xəttinə tərəf gedirdilər. Bir qalib təyin olunmayana qədər atışma davam edirdi. Dirəkdən kuboku daha çox yerə salan şəxs qalib elan olunurdu. Qalibə hədiyyə olaraq endirdiyi kubok verilirdi.

“Ğabaxi” oyunu Gürcüstanın hər yerində keçirilirdi. Qədim Tbilisidə ğabaxi üçün xüsusi olaraq meydan da düzəldilmişdi və bura çoxlu tamaşaçı gəlirdi. Gürcü xalq idmanının bu növü artıq unudulmuşdur və heç yerdə keçirilmir.