Pako və Toko həyətdə

Toko və Pako tez-tez həyətdə birlikdə olurlar. Axı onlar qonuşdurlar. Oğlanlar həyətdə oynamağı çox sevirlər. Xüsusilə də futbol oyununu həmyaşıdlar sevinclə oynayırlar.

Bu gün də oğlanlar həyətdədirlər. Dərslərini hazırladılar və həyətdə çoxlu oynaya bilərlər. Basketbol topunu da düşürmüşlər həyətə. Toko və Pako birlikdə basketbol oynayırlar. Qonşu oğlan onların oyununa baxır:

-Mən də oynayım, - oğlan Toko və Pakodan xahiş etdi.

-Sən artıqsan, üçümüz oynaya bilmərik, biz bir-birimizlə oynayacağıq, - Toko və Pako düşünmədən cavab verib oyunlarını davam etdirirlər.

Tokonun və Pakonun davranışı açıqca qonşu oğlanı incitdi. Gözləri yaşla dolmuş oğlan həyətdən getmək istəyirdi. Oğlanlar bunu gördülər. Öz səhvlərini başa düşdülər:

-Bir dəqiqə gözlə, sıra ilə oynayaq: sən qaliblə oyna, sonra uduzan dincəlsin və s. Hər üçümüz oynayaq! – Toko oğlanı səslədi.

Həqiqətən də, Toko, Pako və oğlan xeyli basketbol oynadılar. Hər üçü çox xoşbəxt və razı idi. Toko və Pako xoşbəxt idilər ki, səhvlərini düzəldə bildilər.

Oğlanlar həyətdə oynayarkən başqa uşaqlar da bura toplaşdılar. Bəziləri böyük idilər, bəziləri – balaca. Uşaqlar qərara aldılar ki, futbol oynasınlar. Hamımız oynayaq, hamımız oynamaq istəyirik! – uşaqlar səsləndilər.

Həqiqətən də uşaqlar iki dəstəyə bölündülər. Hamı futbol oynadı. Böyüklər də, Toko və Pakonun yaşında olan uşaqlar da və daha balacalar da. Demək olar ki, hamı razı qalmadı. Hamının oyunda bəxti gətirmədi. Top əsas böyüklərdə olurdu, balacalar isə topsuz yalan yerə qaçırdılar. Böyüklərin böyük marağı yox idi, balacalar da onların normal oyunlarına daha çox mane olurdular. Bir sözlə, hamının oynamaq ideyası açıqca özünü doğrultmadı. Demək olar ki, hamı zərər çəkdi. Heç kim oyundan razı qalmadı.

-Necə də maraqlıdır, hamımız oynadıq və ədalətlə davrandıq, amma yenə də razı qalmadıq və hamı narazı aldı…. – Toko öz-özünə danışırdı. Pako da fikirli idi və dostunun söhbətini eşitmirdi, - bu balacalar bizə mane olurdular, oyuna imkan vermədilər! – böyük oğlanlardan biri dayanmırdı.

-Bu böyük oğlanlar öz-özlərinə oynayırdılar, bizə pas vermirdilər, yalan yerə qaçırdıq! - bu tərəfdə də balacalar gileylənirdilər…

-Mən ümumiyytətlə futbol oynamaq istəmirdim, basketbol yaxşıdır, amma bütöv meydanı tutdular və nə etmək olardı, mən də futbol oynadım, yalandan durub başqalarına baxmaqdansa oynamaq yaxşıdır! – bir az öncə basketbol oynayan qonşu oğlan Pako və Tokoya deyirdi.

Uşaqlar yavaş-yavaş dağılmağa başladılar. Toko və Pako hələ də həyətdə idilər. Bir neçə qonşu oğlan orada hərlənirdi və danışırdılar.

-Maraqlı nə isə oynamaq istəyirsinizmi? – Pako dedi.

-Nə oynayaq? – orada outran balaca oğlan soruşur.

-Məsələn, „tapmaca“...

-Tapmaca? O nədir?

-Mən fikirləşmişəm, sadə oyundur: iki dəstəyə bölünək. Bir dəstə hər hansı bir məşhur insanı fikirləşsin, ikinci dəstəyə 10 sual vermək hüququ var, o biri dəstə isə həmin insanı tapmalıdır. Əgər birinci sualdan sonra tapsaq, o zaman 10 xalımız olacaqdır, əgər ikinci sualdan sonra – 9 xal, əgər üçüncü sualdan sonra – 8 xalımız, dördüncü sualdan sonra – 7 xal və s. Sonra rolları dəyişərik, - ikinci dəstə fikirləşəcək və birinci dəstə tapacaqdır….

-Vay, necə də maraqlıdır! Amma dəstələr necə fikirləşirlər, birlikdə fikirləşməliyik….

-Bir dəqiqə, hələ fikrimi bitirməmişəm! Dəstələr xalları topladıqdan sonra, həmin xallarına uyğun baskatbol topunu ata bilərlər. Yəni, əgər birinci dəstə 100 xal yığarsa, yüz dəfə topu səbətə ata bilər. Əgər ikinci dəstə 80 xal toplayarsa, yalnız 80 dəfə top ata bilər. Səbətə dəstənin bütün üzvləri sıra ilə top ata bilərlər. Qalib səbətə daha çox top atan dəstə olacaq. Məsələn, kimin 100 xalı varsa yüz dəfə top atıb 50-si düşərsə və 80 balı olub amma 60 topu səbətə ata bilərsə, qalib həmin dəstə olacaqdır.

Dəstələrə gəldikdə isə hər dəstədə müxtəlif yaşlı uşaqlar seçiləcəklər. Dəstə toplanacaq, müzakirə edəcək və məşhur insanı düşünüb tapacaqdır. Sonra ikinci dəstə toplanacaq, birinci sual üzrə razılaşacaq, cavabdan sonra yenə də müzakirə edəcəklər. Əgər cavabları yoxdursa, ikinci sual üzrə razılaşacaqlar və s.

-Çox maraqlıdır, yəni hamı oyuna qoşulacaq və nə qədər tez tapsaq məşhur insanı, bir o qədər də çox xal toplayacağıq və daha çox top atmaq imkanımız olacaqdır.

-Hə, doğrudan da belədir, yaxşı, gəlin oynayaq!

Uşaqlar xeyli “tapmaca” oynadılar. Çoxlu fikirləşir, mübahisə edirdilər. Hamı oyunda fəal iştirak edirdi. Toplanmış xallara uyğun olaraq səbətə də o qədər top atırdılar. Hamı çox yaxşı əylənirdi, hamı fəal iştirak edir və oynayırdı. Sonda bu oyunda kimin qalib gəldiyini ertəsi gün heç kim xatırlamırdı. Yalnız onu xatırlayırdılar ki, çox yaxşı əyləndilər, hamı oynayırdı və yarışma da ədalətli idi…

Həmin gündən sonra uşaqlar həyətdə “tapmacanı” tez-tez oynayırdılar. Amma oyunun adını bəyənmirdilər və düşünürdülər ki, bu oyuna daha dəqiq ad versinlər…