Məktəbdə kitabların yaradılması həftəsi

Bu gün sentyabrın 7-dir, Beynəlxalq kitab günü. Toko, Tako və Pako mütaliənin nə olduğunu bilmirlər. Yalnız onu bilirlər ki, bu söz kitabla və oxumaqla əlaqədar olmalıdır. Kote müəllim axı bu həftəni “kitablar həftəsi” elan etmişdir. Uşaqlar inanırlar ki, “kitblar həftəsində” onları maraqlı çox şey gözləyir…

Kote müəllim uşaqlara kitablar haqqında çoxlu maraqlı məlumat verəcəkdir.

“Uşaqlar, siz, yəqin düşünürsünüz ki, bütün uşaqların yazmağı, oxumağı, hesablamağı öyrənmək, məktəbdə təhsil almaq imkanları var. Əslində belə deyil. Dünyada və o cümlədən, Gürcüstanda elə uşaqlar var ki, oxuyub yaza bilmirlər.

Dünyada yazıb-oxumağı bacarmayan 793 milyon insan var. Dünyada 67 milyondan çox uşaq məktəbə getmir. Dünyada 100 milyona qədər uşaq var ki, məktəbə gedirdi, amma məktəb onlara yazıb oxumağı öyrətmədi. Təsəvvür edirsinizmi, siz məktəbə gedə bilmirsiniz və yazıb oxumağı bacarmırsınız? Məktəbə gedə bilməyən uşaqların gələcəyi necə ola bilər? ”

Uşaqlar dərhal fikrə getdilər.Onlarda elə bil ki, nə isə dəyişdi. Sanki bilmədikləri və ya təsəvvür edə bilmədikləri nəyisə başa düşdülər. Bəlkə də bilirdilər, amma fikirləşməmişdilər. Onlar axı bütün uşaqları özləri kimi bilirdilər… Elə bilirdilər ki, hamı təhsil ala, oxuya və yaza bilərdilər; elə bilirdilər ki, bütün uşaqların çoxlu kitabları və oyuncaqları var idi… Amma….

Pako, Toko və Tako düşünməyə başladılar ki, yazıb-oxumağı öyrənməkdə, məktəbə getməkdə, təhsil almaqda başqa uşaqlara necə köməklik edə bilərlər. Kote müəllim şagirdlərə layihələri həyata keçirməyi tapşırdı. “Mütaliə həftəsində” layihələr hazırlanmalı idi.

-Toko, Pako, nə edək, hansı layihəni hazırlayaq? Elə bir şey fikirləşək ki, bütün dostlarımız cəlb olunsunlar. Həmyaşıdlarımıza necə köməklik edək? – Tako rahat dura bilmir.

-Ən asanı odur ki, pul yığaq və məktəbə gedə bilməyən və ya kitab oxuya bilməyənlərə verək, - Pako söhbətə qoşuldu.

-Bu, çox asandır, bizim pulumuz yoxdur, valideynlərimizdən götürməliyik. Biz elə bir şey düşünməliyik ki, bizim özümüz yardım edə bilək, - Tako dayanmır. O, çox istəyir ki, nə isə bir mühüm iş görsün və həmyaşıdlarına yardım etsin.

-Biz bu yolla razılaşa bilməyəcəyik, yaxşı olardı ki, hər birimiz ayrı-ayrılıqda fikirləşək və layihə hazırlayaq, görək kim daha yaxşı layihə fikirləşəcəkdir, - Toko dedi və dostları da razılaşdılar ki, ayrı-ayrılıqda işləsinlər və həmyaşıdlarına necə köməklik edəcəklərini tapsınlar.

İkinci gün Pako artıq öz ideyasını həyata keçirdi. Pako bir neçə pul daxıllarını almışdı. Pul daxıllarını məktəbin dəhlizində dərs otaqlarının qarşısına qoydu. Pul daxıllarının üzərinə yazdı: „ Həmyaşıdlarımıza yazıb-oxumaqda kömək edək”.

Pul daxıllarının hamısına birinci pulu özü atdı. Pulu atasından və anasından almışdı. Pul daxılları “mütaliə həftəsi” boyunca dəhlizdə qalacaqdı və şagirdlərin hamısı ona pul ata bilərdi. Pako qərara aldı ki, yığılan pulla məktəbə gedən, amma kitabları olmayan və yazıb-oxumağı bilməyən uşaqlar üçün kitablar alınsın.

Toko da Pako kimi ideya fikirləşdi: pul daxıllarının əvəzinə Toko məktəbdə “kitab guşələri” açdı. Şagirdlərin hamısı “mütaliə həftəsində” məktəbə kitablar gətirib, kitabları olmayan uşaqlara onları hədiyyə edə bilərdilər. Toko istəyirdi ki, bu yolla çoxlu kitab yığılsın və bu kitablar kitab almaq imkanı olmayan uşaqlara verilsin.

Toko və Pakonun ideyası Takonun çox xoşuna gəldi. Amma Tako istəyirdi ki, fərqli nə isə düşünsün, həmyaşıdlarına yardım etmək istəyirdi, amma bir az fərqli şəkildə. Tako istəyirdi ki, köməklik olunanlar özlərini təhqir olunmuş hesab etməsinlər ki, onlar ehtiyac içində yaşayırlar və xoşbəxt həmyaşıdları onlara köməklik edir. Elə bir şey fikirləşmək istəyirdi ki, həmin uşaqlarla birlikdə nə isə mühüm iş görsünlər. Buna görə də Tako demək olar ki, bir həftə düşündü. Az qala layihədən geri qalırdı, çünki “Mütaliə həftəsi” bitirdi, amma sonda fikirləşib tapdı…

Tako bir neçə uşaqla dostlaşdı. Uşaqlardan tamaşa qurmağını istədiyini və bunda ona kömək etmələrini xahiş etdi…. Uşaqlar məmuniyyətlə razılaşdılar. Tako hər bir uşağa rol verdi.

“Kitabın gücü” tamaşası kitab və təhsillə uğur qazanan insanlar haqqında idi. Tamaşa göstərirdi ki, kitaba olan sevgi insanlara necə uğur gətirdi, amma bu insanlar əvvəlcədən çox ehtiyac içində yaşayırdılar. Bu tamaşada 20 şagird iştirak edirdi. Bu uşaqlar məktəbə gedə bilmirdilər…

Tamaşadan sonra uşaqlar “Kitabın yaradılması” saatını təşkil etdilər. Takonun yazıb-oxumağı bacarmayan yeni dostları şəkillər çəkirdilər. Bu şəkillərdə onlar müxtəlif əhvalatlar, öz tarixçələri, arzuları, istəkləri haqqında danışırdılar…

Sonra Tako sinif yoldaşlarına şəkilləri payladı. Sinif yoldaşlarından xahiş etdi ki, öz fikirlərini şəklə yazsınlar ki, şəkildə nə təsvir edilmişdir. Sinif yoldaşları sevinclə işə qatıldılar. Sonda şəkillərin hamısını və bu şəklə uyğun əhvalatı bir yerə yığdılar. Böyük bir kitab alındı, hansını uşaqlar birlikdə düzəltmişdilər…

Takonun layihəsi hamının çox xoşuna gəldi.

- Bununla hər şey bitmir. Bu tamaşanı hamıya göstərəcəyik, bütün uşaqlara, valideynlərə, hamıya, hamıya… - Tako həvəslə danışırdı, danışırdı…