Vika və Vakonun pişik və tutuquşu haqqında nağılları

Oxu axşamları davam edir. Bu gün Vika və Vakonun günüdür. Onlar Toko və Takoya iki nağıl oxuyacaqlar. Bu nağılları da uşaqlarla müzakirə edəcəklər. Mövzu yenə də tutuquşu və pişiyin əhvalatıdır.

Hər axşam Pepo və Çiko nağıllara qulaq asırlar. Pepo son iki gündür ki, kefsizdir. Sanki pişik haqqında xoşagəlməz nağılların oxunduğunu hiss edir. Toko və Tako ona heç nə hiss etdirmirlər, amma hər şeyi duyur….

Vika və Vako qərara alırlar ki, uşaqlar üçün iki nağıl seçsin. Çoxlu seçdilər, çoxlu axtardılar və sonda ayrıca tutuquşu və ayrıca pişik haqqında iki maraqlı nağıl tapdılar. Hind nağılları “Müdrik tutuquşu” və “Krişnanın pişiyi”. Vako müdrik tutuquşunun nağılını seçdi.

Vako da bu nağılı seçəndə çoxlu düşündü. Uşaqların reaksiyasından qorxurdu, uşaqların pis başa düşməsindən qorxurdu, amma hesab etdi ki, müzakirə və analiz üçün yaxşı mövzu olar və axşam da yaxşı keçər. Buna görə də sonda qərara aldı ki, bu nağılı Toko və Tako üçün oxusun. Vika, Toko və tako böyük maraqla Vakonun oxuduğunu dinləyirdilər...

Müdrik tutuquşu

(Topçişvilinin tərcüməsinin adaptasiya olunmuş variantı)

Bir tacirin bir tutuquşu var idi. Günlərin birində tacir alış-verişə getməyi qərara aldı. Yola düşəndə ailə üzvləri toplaşdı və hamıdan soruşdu:

-Mən alış-verişə gedirəm. Deyin görüm, kimə hansı hədiyyəni gətirim? – heç kim hədiyyədən boyun qaçırmadı. Tacir ailəsi ilə sağollaşdı və yola düşəndə birdən tutuquşu yadına düşdü.

- Sənə nə gətirim? – tacir tutuquşundan soruşdu.

-Mənə heç nə lazım deyil, sadəcə mənim bir arzumu yerinə yetir, - tutuquşu söylədi, - alış-verişə getdiyin şəhərdə bir çəmənlik var, çəmənlikdə bir ağac durub, onun üzərində tutuquşularının yuvaları var. O tutuquşularını gör, onlara mənim salamlarımı çatdır və de ki, mənim tutuquşum qəfəsdə bağlıdır və sizə söyləyir ki, azad uçursunuz və ehtiyac içində olanları düşünmürsünüz, ürəyiniz daşdandır. Uçun gəlin, əsirlikdən azad edin, yoxsa qəlbləriniz qəfəsə bağlanacaq. Görün sizə nə deyəcəklər. Əgər bu istəyimi yerinə yetirsən, böyük xidmət görərsən.

-Yaxşı, belə edərəm, - tacir dedi və tutuquşunun sözlərini yadında saxladı.

Tacir şəhərə getdi, hədiyyələr aldı və tutuquşuların yuva saldıqları çəmənliyə tərəf getdi.Görür ki, çəmənlikdə nəhəng qoca bir ağac durur, üzərində tutuquşuları oturmuşlar.

-Hey, tutuquşular! – tacir səslənir. - Mənim tutuquşum sizə salam söyləyir, - və sözbəsöz tutuquşunun tapşırığını təkrarladı. Sözünü deyib qurtarmamış birdən tutuquşular ağacdan cansız vəziyyətdə yerə yıxıldılar.

Tacir təəccübləndi, fikirləşdi, yəqin bu çöl tutuquşuları əvvəllər mənim tutuquşumun dostları imişlər və onun vəziyyətini bilib öldülər.

Tacir ölmüş tutuquşulara baxdı. Sonda şəhərə dönüb və yola düşməyə hazırlaşdı.

Evə sağ-salamat qayıtdı, hamıya hədiyyələr gətirdi, amma tutuquşuna heç nə demədi. Dostlarının ölümü ilə onu kədərləndirmək istəmirdi.

Tutuquşu özü soruşdu:

-Ağa, mənim salamımı çatdırdınmı, cavabı niyə demirsən mənə?

-Sənin salamını söylədim, - tacir cavab verdi, - amma cavab almadım.

Tutuquşu çox fikirləşdi.

- O zaman çəmənlikdə nə gördüyünü söylə mənə.

Tacirin ayrı nə yolu var idi ki, hər şeyi danışdı.

- Mənə dediyin kimi həmin çəmənliyə getdim. Görürəm ki, ağacda tutuquşular oturmuşlar. Sənin salamını söyləyən kimi dərhal cansız halda yerə yıxıldılar.

Tacir bunu deyən kimi tutuquşu yerə yıxıldı.

Tacir narahat oldu. Dostların ölümlərini deyəsi deyildim, fikirləşdi.

Sonra qəfəsi açdı, əli ilə tutuquşunun ayaqlarından tutdu və şüşədən atdı. Tutuquşu çırpındı və uçub getdi.

Tacir başa düşdü ki, çöl tutuquşuları da diri idilər, onlar öz dostlarına öyrədirdilər ki, əsirlikdən necə azad olsun..

Vakonun nağılından sonra uşaqlar bir müddət sakit oldular. Sonda Toko anasından xahiş etdi:

Ana, indi sən öz nağılını oxu və sonra söhbət edək, hələ bu haqqında danışmaq istəmirəm.

Vika da uşaqların xahişini yerinə yetirdi və Krişnanın pişiyinin əhvalatını oxumağa başladı. Vika Krişnanın pişiyinin əhvalatını oxuyurdu, amma görürdü ki, uşaqlar qulaq asmırlar. Toko və Tako fikirlərə dalmışdılar və açıq-aydın görünürdü ki, Vakonun oxuduğu tutuquşunun əhvalatı haqqında fikirləşirlər. Gözlənilmədən Vika oxumağı dayandırdı. Uşaqların reaksiyası olmadı da. Analarından soruşmadılar ki, niyə oxumur. Heç görmədilər də heç kim kitab oxumur. Toko və Tako öz-özlərində fikirləşir və Vika və Vakonu heç görmürdülər də.

Tako və Toko səslərini çıxarmadan fikirli halda oturmuşdular. Sonda yenə də Tako cəsarət etdi:

-Yəni nə demək istəyirsiniz, Çikonu buraxaq, qəfəsdə qalmasın?

Vako bütün gecəni fikirləşirdi, fikirləşirdi ki, kitab seçimində səhv etməmişdir ki, uşaqlarla birlikdə kitabı müzakirə etmək istəyirdi. Müzakirə əvəzinə isə….

Toko və Tako isə bütün gecəni Çikonu fikirləşirdilər, uşaqlar heç yata bilmədilər. Ertəsi gün məktəbə də gecikdilər, çünki yenicə yatmışdılar ki, məktəbə getmək vaxtı yetişdi.

Məktəbdə Tokonu və Takonu Pako, başqa dostlar və yeni müəllimlər gözləyirdilər…