Pepo Çikonu xilas etdi

Vika və Vako qayıtdıqdan sonra ailə yenə də birlikdədir. Yenə də adi qaydada yaşayırlar. Uşaqlar hər səhər məktəbə gedirlər, valideynlər isə - işə. Pepo və Çiko da ailəyə qayıtdılar. Axşamlar mütaliə axşamının təşkili ailədə ənənəyə çevrildi. Oxu axşamları fərqlidir. Bəzən valideynlər uşaqlara kitab oxuyurlar, bəzən ailənin bütün üzvləri ayrı-ayrılıqda kitab oxuyurlar. Bəzən uşaqlar valideynlərinə maraqlı əhvalatlar oxuyurlar.

Mütaliə axşamında ailədə Pepo və Çiko da iştirak edirlər. Ailə üzvləri hamı ayrı-ayrılıqda oxuyanda Pepo və Çiko darıxmağa başlayırlar. Amma buna da adət edirlər. Bu zaman bir-biri ilə oynayırlar, daha doğrusu, bir-birini incidirlər.. Təsəvvür edin ki, Çiko Peponu daha çox incidir, nəinki əksinə…

Bu gün Tokonun günüdür. Bu gün axşam Toko ailə üzvlərinə maraqlı bir əhvalat oxumalıdır. O, tutuquşu və pişik haqqında maraqlı bir əhvalatı tapmağı qərara aldı. Məktəbdən sonra Toko kitabxanaya getdi, burada çoxlu tutuquşu və pişiklərin əhvalatları haqqında çoxlu məlumat tapdı. Maraqlı əhvalatlardan biri, hind folkloru haqqında ailə üzvlərinə də oxudu:

Pişik tutuquşu

Bir dəfə pişik və tutuquşu birlikdə torpağı əkib-becərməyi qərara aldılar.

Pişik tutuquşuna söylədi: gəl, dostum, birlikdə çölə gedək.

Tutuquşu etiraz etdi: “indi gedə bilmərəm, çünki manqo ağacına su verməliyəm”. Pişik təkbaşına torpağı şumlamağa getdi.

Torpağı şumladıqdan sonra tutuquşunun yanına gəlib söylədi: “gəl, dostum, birlikdə buğda səpək”. Tutuquşu yenə də imtina etdi.

Pişik tək gedib buğda səpdi. Səpilən buğda yetişəndə və məhsul yığmaq vaxtı çatanda, pişik yenə də tutuquşunun yanına gedib məhsulu yığmaqda ona kömək etməsini istədi. Tutuquşu yenə də pişiyə yox dedi.

Pişik yenə də tək getdi.Məhsulu yığdı və samanlıqda saxladı. Buğda dənələrinin əzməyin vaxtı da çatdı. Tutuquşu pişiyə məhsulun əzilməsində və sovrulmasında kömək etməyə imtina etdi. Pişik buğdanı təkbaşına əzdi, sovurdu və üyütdü…

Sonra yenə də tutuquşunun yanına gəlib xahiş etdi: “Gəl, dostum, məhsul artıq hazırdır və gəl bölüşdürək”.

„Əlbəttə ki!“ – tutuquşu söylədi və pişiklə getdi…

Bir müddətdən sonra pişik və tutuquşu qərara aldılar ki, bir-birinə növbə ilə qonaq getsinlər. Birinci dəfə pişik tutuquşunu qonaq çağırdı.

Acıqlanmış pişik nahara demək olar ki, tutuquşu üçün heç nə hazırlamadı. Tutuquşunun ev sahibliyinə növbə çatdı və dadlı nahar hazırladı: qızardılmış ət, çay, səbət dolu meyvə və çoxlu şirniyyatlar.

Pişik ət yedi, çay içdi, meyvə və şirniyyatlar da yedi. Bundan sonra ətrafına baxıb dedi:

„İştahım indi açıldı, yeməyə başqa bir şeyin varmı?“ Tutuquşu acıqlanıb dedi: “”özümnən başqa heç nə görmürəm, məni də yemək istəyirsən?

Pişik dərhal tullanıb tutuquşunu bir anın içərisində yedi!

Sonra pişik küçə boyunca getməyə başladı. Qarşısına qoca qadın çıxdı. Qadın öz gözləri ilə pişiyin dostu tutuquşunu necə yediyini görmüşdü.

„Sənin tərəfindən dəhşətdir ki, öz dostunu, tutuquşunu yemisən!” – qadın pişiyə dedi.

„Tutuquşu?“ – pişik dedi, „mənim üçün tutuquşu heç nədir, səni də yemək istərdim!” – pişik atılıb qoca qadını da qapdı.

Pişik yolunu davam etdirməyə başladı, birdən ulaqda sürətlə gedən bir kişi ilə qarşılaşdı. Kişi pişiyi görüb qışqırdı ki, kənara çəkil ya da ulaq səni basıb keçər.

“Ulaq?” Necə bəyəm ulaqdan qorxuram?! Mən artıq xeyli şirniyyat, dostum tutuquşunu və bir qoca qadını yedim və bir zavallı kişi ilə ulağı yemək mənim üçün nədir ki?” – pişik dedi, tullanıb kişini və ulağı qapdı, hər ikisini uddu. Sonra kefi kök yolunu davam etdirdi.

Bir müddətdən sonra kral və təzə evləndiyi həyat yoldaşı ilə qarşılaşdı. Kral və kraliçanı nökərlər və çoxlu qoşa-qoşa fillər müşayiət edirdilər.

„Uf, uf, mən artıq xeyli şirniyyat, tutuquşunu, qoca qadını və kişini ulağı ilə yemişəm. Bir kralı yemək mənim üçün nədir ki?” ….. Hoppanıb kralı və kraliçanı nökərləri ilə birlikdə uddu. Onların fillərini də yedi.

Pişik sonra yenə də yoluna davam etdi. Bir azdan qarşısına iki xərçəng çıxdı. “Yolumuzdan kənara çəkil” – xərçənglər cırıldadılar.

„Oh, oh!“ – nərildədi pişik. „Mən artıq şirniyyat, tutuquşunu, qoca qadını və ulağı ilə kişini yemişəm. Kral və kraliçanı da yedim, onların nökərlərini və fillərini. İndi sizi də yeyəcəyəm!”

Pişik tullanıb hər iki xərçəngi uddu.

Xərçənglər onun qarnına düşən kimi, ətrafa baxdılar. Ora çox qaranlıq idi.

„Gəl, işləyək!“ – xərçənglər dedilər və balaca deşik açmağa başladılar. Caynaqları deşik aça bildilər və pişiyin qarnından çölə çıxdılar. Onların ardınca kral və kraliça da çıxdılar, öz nökərləri və filləri ilə. Ulağı ilə bərabər kişi də çıxdı. Onun ardınca qoca qadın və sonda tutuquşu çıxdı. Yazıq pişik isə bütün günü qarnındakı iri deşiyi tikməyə çalışdı!”

Toko nağılını oxuyub bitirdi….

-Sənin nağılından xoşum gəlmədi. Pepo Çikoya heç vaxt zərər verməz. Çiko hər zaman Pepoya yardım edər! – Tako etiraz etdi.

-Tako, bilirəm ki,Pepo Çikoya zərər verməz. Onu da bilirəm ki, Çiko hər işdə Pepoya yardım edəcəkdir. Bu nağılı onun üçün seçməmişəm. Bu nağılı oxuduqdan sonra çox şeylər haqqında düşündüm. Dostluq, sədaqət, nifrət, vəhdət, əvəzinin qaytarılması, xeyirxahlıq, pislik və s. haqqında. İstəyirdim ki, bütün bunları birlikdə müzakirə edək. Bunun üçün də bu nağılı oxudum! – Toko özünü doğruldur…

Həmin axşamı mübahisədə keçirdilər. Pepo və Çiko təəccüblə sahiblərinə baxırdılar və başa düşmürdülər ki, nə üçün belə qızğın mübahisə gedir…