Aeroportda valideynləri qarşılamaq üçün
Səhər açıldı. Vika və Vako səhərdən hazırlaşmağa başladılar. Onlar hava limanına getməyə hazırlaşırdılar. Bu gün Tbilisiyə uçurdular. Toko və Tako səbirsizliklə valideynlərini gözləyirlər.
-Vika, taksi çağırdınmı?
-Hə, 10 dəqiqəyə burada olacaqdır!
-Çox yaxşı, biz də hazırıq və 10 dəqiqəyə aşağıda olacağıq. Aeroporta qədər isə 30 dəqiqə lazım gələcəkdir.
-Çox yaxşı, belə ki gecikməyəcəyik, pasport yoxlanışını keçməyə, yükü verməyə, təhlükəsizlik zonasını keçməyə və minik biletini götürməyə də vaxtımız çatacaqdır. Uçuşa iki saat qalmış ora çatacağıq – Vika özünü sakitləşdirir və həyat yoldaşına da təsəlli verir, hansı ki, həmişəki kimi təyyarəyə yubanmamağa görə əsəbləşir.
Taksi də tez gəldi. Vika və Vako yükü taksinin yük yerinə qoydular və taksinin arxa oturacaqlarında əyləşdilər:
-Dallas beynəlxalq hava limanına, uçuş terminalına…. “Delta” avia-xətlərinin uçuş terminalına götürün bizi, zəhmət olmasa! – Vako taksi sürücüsündən xahiş etdi.
-Yaxşı ki, van taksinini çağırdıq. Adi maşınla yəqin ki, bu qədər yük yığılmazdı, - Vika öz qərarından razı qalmışdı.
-Hə, sən hər şeyi almısan, Vaşinqton mağazalarını boşaltdın, necə sığışardı ki maşına? - Vako həyat yoldaşı ilə zarafatlaşır.
Düz yarım saata hava limanına da gəlib çatdılar. Vika və Vako Delta hava xətlərinin uçuş terminalına yaxınlaşdılar. Terminalda məlumat lövhəsini gördülər, Vaşinqton – Tbilisi reysi doqquzuncu çıxışda həyata keçirilirdi.
Vako və Vika yükü təhvil verdilər və minik kartını götürdülər. Yükü təhvil vermək üçün növbədə xeyli dayanmalı oldular. Yük 22 kiloqramı keçmirdi və buna görə də “Delta” əməkdaşı problemsiz yükü götürür və Vika və Vakoya minik biletlərini verir:
Neçənci yerlərdir? – Vika həyat yoldaşından soruşur.
-41 B və 41 C. Elə də yaxşı yerlər deyil. Yaxşı olardı ki, biletləri əvvəlcədən internetlə götürəydik, daha yaxşı yerlər seçə bilərdik! – Vako narazıçılığını gizlətmir…
Yükü təhvil verməklə və minik biletlərini götürməklə yanaşı, imiqrasiya ximətini də keçdilər və Vika və Vako təhlükəsizlik nəzarət məntəqəsində dayandılar:
-Təhlükəsizlik nəzarət mətəqəsində də xeyli adam var, növbədə xeyli dayanmalıyıq, ümid edirəm ki gecəikməyəcəyik…. – Vako yenə də əsəbləşir.
-Vaxtımız çoxdur, əsəbləşmə. Amma təhlükəsizlik nəzarət məntəqəsini mən də sevmirəm. Bilirəm, bizim təhlükəsizliyimizin qayğısına qalırlar, amma yenə də çox yorucudur və tez-tez çox prosedurlar aparırlar: kəməri açmaq, metal əşyaları çıxarmaq, ayaqqabıları çıxarmaq, elektrik aparatlarının rentgen aparatında yoxlamaq, əl çantasının yoxlanılması, metal detektorunun altından keçmək… Vika deyinməyə başlayır…
Nəhayət, təhlükəsizlik yoxlama məntəqəsini də keçib qatara tərəf tərpəndilər. Qatar onları başqa terminal çıxışa gətirdi. Vika və Vako qatardan endikdən sonra hərəkətli cığırla doqquzuncu çıxışa tərəf getdilər. Doqquzuncu çıxışdan onların təyyarələri uçacaqdır.
Təyyarəyə minik çıxışında sərnişinlərin biletlərini bir də yoxlayırlar. Biletlər yoxlanıldıqdan sonra Vika və Vako təyyarəyə trapla qalxırlar və öz yerlərini tuturlar. Yüklərini rəflərə yerləşdirirlər.
Təyyarədə stüardessalar sərnişinlərə xidmət edirlər, onlar çox nəzakətli qızlardır. Stüardessalar çalışırlar ki, sərnişinlərə uçuş zamanı maksimum köməklik göstərsinlər. Pilot da buradadır. Pilot təyyarənin ön kabinəsində əyləşir və təyyarəni idarə edir.
Vika və Vako kəmərlərini bərkidirlər, kürsülərini düzəldib uçuşa hazırlaşırlar. Təyyarə uçuş cığırına yaxınlaşır, uçuş cığırında sürətini artırır və havaya qalxır.
Uçuş zamanı Vako və Vika iki dəfə yemək yedilər. Vika təyyarədə yeməyi çox sevir, Vako - əksinə, sevmir, amma yenə də hər zaman ləzzətlə yeyir.
Yeməkdən başqa Vika iki filmə baxdılar və musiqini dinlədilər. Vako isə oxumaqla məşğul idi. Vako öz “kindle”-sini götürüb oradan kitablar oxuyur. Bilirsinizmi, “kindle” nədir? Balaca kompüterdir, hansında kitablar yazılmışdır və oxunulur. Göründüyü kimi, “kindle” təyyarə sərnişinləri arasında çox məşhurdur. Sərnişinlərin çoxunun “kindle”-si var və kitablar oxuyurlar.
-“Kindle” oxumağı necə də sevmirəm, filmə baxmaq daha yaxşıdır! – Vika deyir.
-Çox sevinirəm ki, sevmirsən. Sevsəydin, mən bu qədər kitabları oxuya bilməzdim. İndi isə heç kim mane olmur, nə qədər istəyirəm, o qədər də oxuyruam! – Vika həyat yoldaşı ilə zarafatlaşır.
Kitab oxuduqdan və filmə baxdıqdan sonra Vika və Vako yata da bildilər. Axı uçuş on iki saat davam edir! Bir az istirahət etmək lazımdır. Bu zaman bütün sərnişinlər təyyarədə yatırdılar. Tezliklə ekipaj sərnişinlərə bildirdi ki, təyyarə Tbilisiyə yaxınlaşır və bir neçə dəqiqədən sonra Tbilisi hava limanına enəcəklər. Vika, Vako və başqa sərnişinlər yenə də kəmərlərini bağladılar, kürsülərinin arxasını düzəldib təyyarənin enişinə hazırlandılar.
On iki saatlıq uçuşdan sonra Vika və Vakonun təyyarəsi Tbilisi hava limanına endi. Vika və Vako Gürcüstana düşən kimi passport nəzarət məntəqəsindən keçdilər və yük karuselindən öz çamadanlarını götürdülər:
-Çox sevinirəm ki, çamadanlar problemsiz gəldilər. Yükün itməsini heç sevmirəm! – Vika Tbilisidə də deyinir. Uşaqlar valideynlərini görüb çox sevinirlər. Uzun ayrılıqdan sonra ailə yenə birlikdədir…