READING.GE

Yolüstü Vaşinqtonda

Vika və Vako Amerikada yaşamağa öyrəşdilər. Amma onlar Gürcüstan üçün çox darıxırdılar. Xüsusilə də Toko və Tako ilə ayrılıq valideynlər üçün çətin idi. Buna görə də Vika və Vako qərara aldılar ki, altı aylıq Gürcüstana qayıtsınlar. Altı aydan sonra isə Toko və Tako ilə birlikdə geri Amerikaya qayıtsınlar və bütün ailə bir neçə il Amerikada yaşasınlar. Vakoya Brodvey şousunda 3 illik müqavilə təklif etmişdilər, belə ki, ailə 3 il Amerikada keçirməlidir. Ona qədər isə Gürcüstana gəlib burada olacaqlar.

Vika və Vako qərara aldılar ki, Vaşinqtondan Gürcüstana uçsunlar. Buna görə də bir neçə günlük Nyu-Yorkdan Vaşinqtona gəldilər və sakit, dinc Vaşinqtonda qaldılar.

Vaşinqton Amerikanın paytaxtıdır və hər zaman Vika və Vako maraqlanırdı ki, nə üçün Vaşinqton Amerikanın paytaxtı idi. Nə üçün məsələn Nyu-York və ya başqa böyük Amerika şəhəri deyildi paytaxt. Vaşinqton axı başqa şəhərlərlə müqayisədə sakit və balaca şəhərdir.

Vaşinqtonun paytaxt olaraq yaranması haqqında Vika və Vako Vaşinqtonda, muzeyi gəzəndə maraqlı əhvalat eşitdilər:

“Amerika inqilabından sonra Birləşmiş Ştatlarda ölkənin paytaxtının hansı şəhər olması haqqında düşünməyə başladılar. Bir neçə şəhər və bölgələr paytaxt olmaq istəyirdilər. Amerikanın paytaxtı həmin dövrdə Filadelfiya imiş. Bir il ərzində Amerikanın paytaxtı Nyu-York da olmuşdur. Bir sözlə Filadelfiya da və Nyu-Yorkda paytaxt olmaq istəyirdilər. Amma belə qərara alındı ki, yeni şəhər tikilsin və 1790-cı ildə konqres qərara aldı ki, Potomaki çayının sahilində yeni şəhər salınsın. Bu ərazinin adı Kolumbiya ərazisi idi, Xristofor Kolumba hörmət əlaməti olaraq, şəhərin özünü isə Vaşinqton adlandırmışdılar – Amerika Birləşmiş Ştatlarının ilk prezidenti Corc Vaşinqtonun şərəfinə.

1791-ci ildə məhz Corc Vaşinqton şəhər üçün yer seçmişdir. Məhz bu yerdə Vaşinqton şəhəri tikildi. Deyirlər ki, bu yerdə Potomaki çayı çox dərindir və müvafiq olaraq qayıqçılıq üçün əlverişlidir. Qayıqçılıq üçün əlverişli olması məhz bu yerin seçiminin əsas səbəblərindən biri oldu”.

Yer seçimindən sonra president Corc Vaşinqton məşhur fransız mühəndisi və memarını, Pyer Şarl Lenfanı dəvət etdi ki, yeni şəhərin planını hazırlasın və inşa etsin.

Şəhərin planı Parisə bənzər olmalı idi. O, geniş prospektlərin salınmasını, yaşıllaşdırılmasını, hökumət binasının tikintsini, məşhur insanların monumentlərinin qoyulmasını və s. nəzərdə tuturdu.

1800-cü ildə Amerika prezidentinin iqamətgahının tikintisi başa çatdı. Prezident sarayını Ağ Ev adlandırdılar. Bu zaman üçün Kapitoliumun inşası bitdi. Kapitolium Amerika konqresinin, yəni parlamentinin yerləşdiyi binadır. Kapitolium Vaşinqtonda ən hündür binadır. Kapitoliumdan hündür binanın tikintisi bu şəhərdə qadağan edilmişdir.

Məhz bunun üçün də Vaşinqton Amerikanın digər şəhərlərinə bənzəmir. Məhz bunun üçün də Vaşinqtonda Çikaqoda, Nyu-Yorkda və Amerikanın digər iri şəhərlərində olduğu kimi hündür göydələnlərə təsadüf edilmir.

1800-cü ildə prezident Con Adams, hökumət və parlament Vaşinqtona köçdülər və orada əmək fəaliyyətlərini davam etdirməyə başladılar.

Vaşinqtonun əsasının qoyulması tarixini dinlədikdən sonra Vika və Vakoda Vaşinqtonu gəzmək istəyi yarandı. Onların Gürcüstana gəlişlərinə qədər 3 günləri qalmışdır. 3 gün isə yəqin ki, Vaşinqtonun diqqətəlayiq yerlərinin gəzintisi üçün kifayət edər:

-Vika, bu gün Potomaki çayından qayıqla keçək, qayıqçılıq üçün yaxşı yer imiş, sonra çayın kənarında şam yeməyini yeyərik, sabahdan isə Vaşinqtonu gəzərik, - Vako həyat yoldaşını öz planı ilə tanış etdi.

-Mütləq, Vako, yəqin ki hər şeyi görmək üçün 3 gün kifayət edəcəkdir, həm də mağazaları gəzmək istəyirəm, uşaqlara pal-paltar almalıyam, ailə üzvlərimiz və dostlarımız üçün suvenirlər də almaq lazımdır....

-Alış-veriş və mağazalar heç vaxt yadından çıxmaz! – Vako Vika ilə zarafatlaşır.

-Fikir eləmə, mağazalara baş çəkməyi də çatdırarsan.

-Sabah Ağ Evə, Kapitoliuma, Dövlət Departamentinə, Pentaqona, Linkolnun memorialına, Vaşinqtno sütununa, Martin Lüter Kinqin yeni memorialına və başqa yerlərə gedək.

- Vaşinqtonda Martin Lüter Kinqind memorial da var? Heç bilmirdim! – Vika təəccübünü gizlətmədi.

-Hə, ötən il açılmışdır, çox gözəl və maraqlı bir memorialdır, yenidir və çoxlu turistlər onun qonağı olur. Onu hələ bir çox vaşinqtonlu da görməmişdir… Amerikalılar hələ məşğuldurlar və onu görməyə macal tapmamışlar, biz isə onu görmüş olarıq!- zarafatla və qürurla Vako söhbətini davam etdirirdi.

-Çox yaxşı, hər şeyi yaxşı planlaşdırdıq, amma bir şeyi unutduq. Toko və Takoya zəng vurmağı, uşaqları görmək arzusundayam, mehmanxanaya çatan kimi onlara zəng vuraq və Vaşinqton haqqında təəssüratlarımızla bölüşək. Ailəliklə geri dönəndə, Toko və Takonu da Vaşinqtona gətirək, əminəm ki, çox bəyənəcəklər.

-Hə, əlbəttə ki gətirək və hələ çox görməli yerlərimiz olacaqdır: Amerikada 51 ştat var və hər biri çox maraqlıdır…

-Çalışaq uşaqlarla birlikdə bütün Amerikanı gəzək, həqiqətən də çox maraqlı olar, - Vika və Vako planlarını qurmağı davam etdirirlər.

Söhbət arasında axşam da düşdü, Vika və Vako çayda qayıqla gəzintiyə də çıxdılar. Vaşinqtonun köhnə məhəlləsində balaca bir restoranda ləzzətli şam yeməyi də yedilər, dincəlməyə isə öz mehmanxanalarına döndülər.