Pepo Çikonu xilas etdi

Toko və Tako məktəbdə elə məşğul olurlar ki, Çiko və Peponu tam unudurlar. Axşamlar Çiko və Pepo ilə oynaya bilmirirlər. Hər zaman nə isə etməli və ya harasa getməli, dərslərini hazırlamalı, layihələr yerinə yetirməli, dostlarına baş çəkməli və ya da qonaq gedir, qonaq qarşılamalı olurlar. Bir sözlə, Çiko və Pepo darıxmağa başlayır, bir-birləri ilə oynayır və ya əylənirlər…

-Pepo, çox yoruldum, bütün günü qəfəsdə və evdə olmaq istəmirəm. Toko və Takonu çox sevirəm, Vika və Vako da yaxşı insanlardır, amma….

-Amma nə, indi nə fikirləşmisən?

-Heç nə, yenə də çöldə olmaq və yaşamaq istəyirəm, çoxlu uçmaq, quşlarla və başqa heyvanlarla oynamaq istəyirəm. Evdə olmaq istəmirəm, qəfəsdə olmaq istəmirəm, mən də xoşbəxt ola bilmərəmmi?!

-İndi xoşbəxt deyilsən? Mənə elə gəlir ki, bir qədər nankorsan. Hamı səni sevir, sənə yaxşı yedizdirib-içizdirirlər, səninlə çoxlu oynayırlar, səni əzizləyirlər, sənə soyuq meh də toxunmur, amma yenə də başqa nə isə istəyirsən, harasa uçmaq, meşəyə.

-Eh, Pepo sən bunu başa düşməyəcəksən, yəqin heç başa da düşməməlisən. Sən bilmirsən ki, çöldə sərbəst uçmaq nə deməkdir, müstəqil olmaq nədir… Bunu sənə heç kim izah edə bilməz, bunu öyrənə bilməzsən. Bunu, sadəcə, hiss etməlisən və bunu sevməlisən. Sən isə heç vaxt hiss etməmisən bunu. Sənin üçün əsas dərdsiz-qəmsiz yaşamaq, evdən çıxmamaqdır. Evdə qalmaqla da xoşbəxtsən. Belə ki, sən məni başa düşə bilməzsən:

-Bəsdir indi, sənə artıq gəlir, azadlıq tərəfdaşı! Əgər azadlıqda uçmağı belə sevirsənsə, get və uç, səni tutan kimdir?! Sənə qədər evdə Şoko var idi. O, həqiqətən də uçmaq istəyirdi, evdə qala bilmirdi, günlərin birində uçub getdi. Sən də uçub gedə bilərsən və özün görə bilərsən ki, başına nə gələcək! Pişiklərdən biri üstünə düşüb səni udub yeyəcəkdir!

Necə düşünürsən, pişiklər tutuquşlarını yemirlərmi?! Yeyirlər, yeyirlər və çox ləzzətlə yeyirlər…. Amma bu onu bildirmir ki, onlarla dostluq etmək olmaz. Buna görə də mən səninlə dostluq edirəm. Amma pişiklərin hamısı Pepo deyil. Pişiklərin hamısının Pepo olmadığı üçün onlardan biri səni ləzzətlə parçalayıb yeyəcək və sənin də azadlığının sonu yetişəcəkdir….

-İndi də sən çox danışırsan! Pişiklərin də qorxusu ilə heç kim yaşamır. Bax, quşlar ortada görünürlər, pişiklər yığılırlar bir araya! Amma nə olsun?! Quşlar özləri üçün uçurlar və pişik də heç nə edə bilmir. Pişiyin qorxusundan uçmaqdan boyun qaçırası deyiləm ki? Necə də ağılsız sözlərdir. Sən də pişiksən, mənim isə azadlığım yoxdur! Mənə elə gəlir ki, getməliyəm…

-Göründüyü kimi, səni inandıra bilmədim… Mən öz sözümü dedim, özün bildiyini et….

Pepo Çikodan əl çəkdi. Düşünürdü ki, kefi yoxdur, keçib gedər və sonra birlikdə oynayarlar. Çikodan uzaqlaşdı, kürsünün altına uzanıb başını qoydu. Əslində Çikoya baxırdı. Qorxurdu ki, doğrudan da uçub getməsin. Qəfəs daim açıq idi, pəncərədən də uçub getmək çətin deyildi. “Həqiqətən də uçub getsə, mən nə edərəm?” – Pepo düşünürdü.

Peponun başı fikirləri ilə qarışmışdı ki, Çiko gözlənilmədən pəncərəyə tərəf getdi. Bir az açıq olan pəncərəyə yaxınlaşıb və xoşbəxtliklə havada yox oldu. Həyəcanlı Pepo Çikonun arxasınca getdi. Özü də başa düşmədi ki, azca açılmış pəncərədən necə çıxa bildi. Tezliklə Çiko gözdən itdi, elə sürətlə uçub uzaqlaşmışdı. “Yenə də yoluna düşəcəm, meşəyə gedə bilər, orada quşlar çoxdurlar, ora getmək istərdi ki, onu meşədə heç kim yeməsin. Mən tələsməliyəm!”. Pepo meşəyə üz tutdu.

Pepo meşəyə qədər tez-tez qaçdı. Əmindir ki, Çiko oradadır. Bu meşədə çoxlu quşlar cikkildəyirlər. “Doğrudan da burada quşların xoşbəxtliyi və azadlığı hiss olunur, amma Çikoya çətin olacaq, azadlığa da öyrəşmək lazımdır. Azad olmaq və təklikdə yaşamağı da bilmək və bacarmaq lazımdır, Çikonu burada qoymaq olmaz!” – Pepo özü üçün düşünür və dostunu axtarırdı…

Fikirli Pepo pişiklərin səsini eşitdi. “yəqin bu pişiklər də azaddırlar, mən isə bağlıyam, onlar xoşbəxtdirlər, mən isə - bədbəxtəm? Nə bilim, bilmirəm, bəlkə də Çiko haqlıdır, bunu hiss etmək lazımdır, yoxsa başa düşməzsən, mən həqiqətən də anlaya bilmədim ki, nə üçün bu yiyəsiz pişiklər məndən xoşbəxt ola bilərlər”….

Öz-özünə danışan Pepo pişiklərə yaxınlaşdı, onlar öz aralarında dalaşırdılar, açıq-aydın nəyi isə bölüşdürə bilmirdilər. Pepo dərhal başa düşdü: “Yəqin Çikonu tutmuşlar…. Deyirdim axı, azadlıq hamı üçün deyil! Çikonu xilas etməliyəm!”

– Pepo birdən tüklərini qaldırıb pələngə bənzədi, dəhşətli səs buraxıb pişiklərə tərəf atıldı. Qorxmuş pişiklər pərən-pərən olub Çikonu buraxdılar. Pepo dostuna yaxınlaşıb pəncəsəi ilə onu sığalladı və gülümsədi…

- Çiko, evə gedək, Toko və Tako bizi gözləyirlər, bizi görmədikdə narahat olacaqlar…

- Çox sağ ol, Pepo, sən məni xilas etdin. Sən olmasaydın, pişiklərə yem olacaqdım. Necə olur ki, pişiklər bir-birindən belə fərqlənsinlər. Sən də pişiksən və mənim dostumsan, onlar da pişiklərdir və mənim və tutuquşularının düşmənləridir. Sən pişiksən və mənə həyatımı hədiyyə etdin, onlar da pişikdirlər və həyatımı əlimdən almaq istəyirdilər. Necə də qəribədir!

- Qəribə deyil, Çiko, qəribə olardı ki, pişiklərin hamısı bir olsun və ya tutuquşların hamısı. Bizim hamımız fərqliyik və yəqin ki, belə yaxşıdır…..

- Haqlısan, hamımız fərqliyik, yəqin mən də başqa quşlardan fərqliyəm. Göründüyü kimi, azad uçmaq üçün doğulmamışam!