READING.GE

Qeyri-adi şəkil

Bu gün Takonun, Tokonun və Pakonun sinfi ekskursiyaya gedir. Uşaqları ekskursiyaya aparmağı Kote müəllim qərara aldı. Kote müəllim sinif rəhbəridir. Onlarla birlikdə Paata müəllim gəlir. Paata müəllim rəsm və incəsənət müəllimidir. Uşaqlar Siğnağini gəzməyə getmişdilər. Onlar çox sevinirlər. Ekskursiya hər zaman maraqlı olur, amma Kote və Paata müəllimlərlə birlikdə ekskursiya, həm həvəsli, həm də maraqlıdır.

Kote müəllim uşaqlara tarixdən müxtəlif əhvalatlar danışır. Paata müəllim isə məşhur sənətkarlar, onların işləri, şəxsi əşyaları haqqında uşaqlara çoxlu maraqlı əhvalatlar danışırdı. Tako və Toko Siğnağidə heç vaxt olmamışdılar. Əkizlər bilirlər ki, Siğnaği bir müddət öncə təzələnmişdir. Uşaqlar çox maraqlanırlar ki, yeniləşdirilmiş şəhər necədir.

Tako qərara aldı ki, ekskursiyaya gedənə qədər şəhərin tarixi haqqında oxusun. O istəyirdi ki, ekskursiyaya hazır getsin.

- Toko, əgər Siğnaği haqqında maraqlı məlumatlar bilsək, ekskursiya daha xoşumuza gələcəkdir, - Tako qardaşına deyir. Tako istəyir ki, Siğnaği haqqında maraqlı əhvalatları qardaşı ilə birlikdə axtarsın. Tako eləcə də istəyir ki, Siğnağinin tarixini öyrənməkdə qardaşını cəlb etsin. Tokoya çox yalvarmaq lazım deyil. Toko da bilir ki, Siğnaği haqqında daha çox məlumat bilərsə, ekskursiya da daha çox xoşuna gələcəkdir.

Uşaqlar qərara aldılar ki, əvvəlcə internetdə maraqlı məlumat əldə etsinlər.

Əgər heç nə tapa bilməsək, sonra ata və anadan soruşarıq, - əkizlər razılaşdılar.

Məlum oldu ki, internetdə çoxlu yeni və maraqlı məlumat var imiş. Tako qərara aldı ki, yeni məlumatı qısaca qeyd etsin. Tako istəmir ki, maraqlı məlumat diqqətindən kənara qalsın və ya unutsun. Bax, Takonun qeydləri:

Siğnaği Kaxeti rayonunda, Kizixidə yerləşir. Siğnaği yüksək təpədədir. Siğnaği Alazani cölünə və Kavkasioni dağlarına baxır. Bu yer hər zaman Kaxeti üçün çox vacib idi. Düşmən hücumu zamanı kənd əhalisi asanlıqla yüksəkliklərdəki qalalarda gizlənirdilər. Məhz buna görə də onun adı Siğnağidir. Siğnaği türk sözü imiş və “sığınacaq” mənasını bildirir.

Amma şəhər çox qədimdir, Siğnaği adı ona on səkkizinci əsrdə verilmişdir. İkinci İrakli şəhərin ərazisində böyük hasar tikmişdi. Bu hasar 28 qüllədən ibarət idi. Hasar yerli əhalini ləzgilərdən qoruyurdu. Hasarın uzunluğu 4 kilometr idi. Hal-hazırkı hasar demək olar ki, İkinci İraklinin dövründə olduğu kimi qorunub saxlanmışdır.

Hal-hazırda Siğnağini sevgi şəhəri adlandırırlar. Siğnaği şəhər-muzey də adlanır. Qədim hasar və gözəl binalardan başqa, Siğnağidə çox maraqlı muzeylər yerləşir. Bu muzeydə Niko Pirosmaninin şəkilləri yerləşdirilmişdir.

- Tako, Niko Pirosmaninin şəkillərini görmüsənmi? –Vika qızından soruşur.

- Görmüşəm, - Tako anasına deyir, - bizim incəsənət kitabımızda onun iki əsəri var: “Şar əlində qız” və “Maral”. Çox gülməli şəkillərdir. Elə bil ki, uşaq çəkmişdir.

- Sevinirəm ki, Siğnağiyə Paata müəllim də gedəcəkdir. O, Niko Pirosmani və onun həyatı haqqında çoxlu maraqlı əhvalatlar danışacaq! – Vika deyir.

Baxın, uşaqlar artıq Siğnaği muzeyindədirlər.

- Bu şəkillər necə də gözəl imiş! – Tata deyir.

- Kitabda başqa cür görünürdülər…. – Aço deyir.

Siğnaği haqqında məlumat axtardıqları zaman uşaqlar Pirosmaninin şəkilləri haqqında bir çox maraqlı məlumatlar tapdılar. Qısa qeydlər etdikdə Tako və Toko da şəkillər haqqında məlumatlar topladılar. Başqa uşaqlar da Pirosmaninin şəkillərini gözdən keçirmək üçün hazır idilər.

Əkizlərə rəsm və incəsənət dərslərini keçən Paata müəllim sinfə Pirosmani və onun həyatı haqqında çoxlu maraqlı əhvalatlar danışdı.

- Baxın, maral! – sevinmiş Nika söyləyir.

- Baxın, çar İraklinin portreti! – Tata deyir.

- Bu isə gürcü qadınının portretidir, - Tako söyləyir.

Zalın axırında böyük kətan asılmışdır. Bu, Pirosmaninin “Qədim Gürcüstanda toy” əsəridir.

- Uşaqlar, bu şəkli Pirosmani 1916-cı ildə çəkmişdir. Şəkildə toy səhnəsidir və qədim gürcü ənənələri çox gözəl təsvir edilmişdir, - Paata müəllim söhbətə başladı.

Tako gözünü şəkildən çəkmir və müəllimi dinləyirdi.

“Bəylə-gəlinin valideynləri toy üçün hazırlaşırdılar. Evi təmizləyir, həyəti süpürürdülər. Onlar süfrə salır, şərab süzür, toy üçün çörək bişirirdilər. Bəy və onun dostları bir yerə toplaşmış və atlarını yəhərləyib silahlarını götürüb gəlin evinə üz tutmuşdular. Orada da qonaqları qarşılamaq üçün hazırlıq gedirdi. Süfrə salınmış, xeyir-dua verilir və bəylə-gəlinin kəbinin kəsilməsi üçün kilsəyə tərəf üz tutmuşdular. Kilsədə kəbin mərasimi böyük şənliklə qeyd edilirdi. Kəbin kəsildikdən sonra atlara yəhərlənmiş qonaqlar bəylə-gəlini bəy evinə gətirirdilər.

Birdən Takonun gözlərinin önündə əsərin qəhrəmanları canlandılar...

Bəy evində böyük süfrə açılmışdı. Bəyin qoca nənəsi gəncləri həyətdə qarşılayıb onlara xeyir-dua verir:

- Ömrünüzü şirinliklə keçirəsiniz!

- Eviniz bərəkətli olsun!

- Gürcüstan üçün çoxlu övladlar yetişdirəsiniz!

Bəylə-gəlini qılıncların altında aparır və evin qapısına qədər ötürürlər. Bəyin anası evin qapılarını geniş açır, girişdə boşqab qoyur. Bəylə-gəlin ayaqları ilə boşqabı sındırırlar. Bəyin dostlarından biri bəyin anasının baş örtüyünü götürüb iki hissəyə cırır. Cırıq örtük əlində gürcü rəqsinə başlayır və bəyin anası da rəqs edir. Baxın, böyük süfrə və rəqs-oyunlar keçirilir. Şənlik bütün gecəni davam edir. Səhər gəlin çələngi başından çıxarır və artıq gəlin ailənin üzvü olur”.

Paata müəllim söhbətini bitirir. Tako bir də şəklə nəzər salır. Xoşbəxt toy üzvləri yenə də şəklə çevrilirlər.

Qeyri-adi şəkildir... – öz-özünə Tako deyir.

- Evə gedən kimi, anama mütləq danışacağam ki, şəkil necə canlandı, - Tako fikirləşir.