Məktəbdə naməlum qəhrəmanlar günü

Tokonu, Pakonu və Takonu məktəbdə daha bir mühüm gün gözləyir. Məktəbdə Gürcüstanın naməlum qəhrəmanlarının günü keçirilir. Müəllim şagirdlərə tapşırdı ki, Gürcüstandan getmiş və dünyada şöhrət tapmış şəxslərin tərcümeyi-halını axtarıb tapsınlar.

Pako bu tapşırıqla çox maraqlandı; böyük maraqla işə başladı. Pako istəyir ki, çox mühüm insanların tərcümeyi-halını seçsin. Həm istedadlı və məşhur şəxs olsun, həm də ki onun dostları onun haqqında bilməsinlər.

Bu axşam Pako Toko və Takogilə qonaq oldu. Dostlarıgildə qonaq olsa da əylənə bilmədi. Tapşırıq haqqında düşünürdü. Əkizlərin atası da Pakonun bikef olduğunu gördü:

- Pako, fikirli görünürsən, Toko və Tako səni incitməyiblər ki? - Vako Pako ilə zarafatlaşdı və onu şənləndirməyə çalışdı.

- Yox, kefsiz deyiləm, məkəbin layihəsi haqqında düşünürəm, naməlum gürcülər haqqında yazmalıyam;

- Naməlum gürcülər haqqında? Bu necə olur?

- Bax, Gürcüstanda hamının tanımadığı, amma xaricdə və dünyada məşhur olan gürcülər haqqında. Fikirləşirəm, fikirləşirəm, oxuyuram, internetdə axtarıram, kitabxanada da oldum, amma heç kimi seçə bilməmişəm. İstəyirəm ki, xüsusi birini seçim.

- Düşünürəm, sənə kömək edə biləcəyəm. Qiorqi Papaşvilini tanıyırsanmı? Onu Gürcüstanda çoxları tanımır, amma Amerikada və dünyada məşhur yazıçı və heykəltəraşdır. Mən də onun haqqında bilmirdim, Amerikada olanda orada öyrəndim, universitetlərin arxivinin birində onun əsərləri ilə tanış oldum.

- Doğrudan da çox maraqlıdır, Qiorqi Papaşvili haqqında yazacağam, onun haqqında materiallar axtaracağam və uşaqları da tanış edəcəyəm. Mənə elə gəlir ki, hamını maraqlandıracaq və ən yaxşı layihə olacaqdır! – Pakonun kefi yaxşılaşdı.

Məktəbə gedən Pako həqiqətən də şagirdləri və müəllimləri Qiorqi Papaşvili ilə tanış etdi. Onun layihəsi çox maraqlı alındı. Onun layihəsi çox maraqlı alındı. Şagirdlərin hamısı onun layihəsinin yanında dayanırdı, oxuyurdu və gözdən keçirirdi:

Qiorqinin uşaqlığı

Qiorqi Papaşvili 1898-ci ilin avqustun 23-də dünyaya gəlmişdir, bir balaca Kobiantkari kəndində. Qiorqinin atasının adı Vano idi, anasının adı İamze idi. Balaca Qiorqinin anası tez dünyasını dəyişdi. Ailə olduqca kasıb yaşayırdı. Ehtiyac üzündən, atası balaca Qiorqini məktəbə də qoya bilmədi. Məktəbin əvəzinə Qiorqi evdə əl işini öyrənirdi. Evdə atası dəri üzərində işi və qılınc düzəltməyi öyrətdi. Qiorqi sənəti yaxşı öyrəndi və onun yaxşı işləri alınırdı..

Qiorqinin gəncliyi

Qiorqinin gəncliyi də asan keçməmişdir. Hərbi işi seçəndə, Birinci dünya müharibəsində döyüşəndə snayper idi. 1921-ci ildə Qırmızı Ordu Gürcüstana soxulanda və Gürcüstanı zəbt edəndə Qiorqi orduda xidmət edirdi. Qiorqi qaçmış hökümətlə birlikdə xaricə getdi və iki il Konstantinopolda yaşadı, Konstantinopolda Qiorqinin həyatı ağır keçirdi. Çoxlu iş yeri dəyişirdi, əsasən ağır işdə qara fəhlə işləyirdi. Nələr etmirdi? Quyular qazırdı, taksi sürücüsü işləyirdi və sairə.

Qiorqi Amerikada

Qiorqi Konstantinopolda iki il yaşadıqdan sonra Amerikaya köçməyi bacardı. Amerikaya köçmüş Qiorqi bir neçə gecə Simon Sidamonieristavinin ailəsi ilə birlikdə Nyu-Yorkda, kirayə tutulmuş evdə qaldı və sonra Kaliforniyaya yaşamağa köçdü. Qiorqinin həyatı Amerikada da olduqca ağır keçirdi. Əvvəllər çox çətinlik çəkdi. Qabyuyan, aşpaz, polad emalatxanasında və sairədə işləyirdi…

Onbeşillik səfillikdən sonra Qiorqi Papaşvili amerikalı qadın yazıçı Helen Uaytla evləndi. Helenin sayəsində cütlük Pensilvaniya ştatında kiçik ferma ala bildi, Qiorqi kənd təsərrüfatı ilə məşğul olmağa başladı, əkirdi, becərirdi, məhsul yığırdı, ev heyvanlarına və quşlara baxırdı.

Yazıçı Qiorqi Papaşvili

1938-ci ildə Qiorqi Papaşvili və Helen Uayt “Hər şey ola bilər” novellalar toplusunu yazdılar. Kitab 1945-ci ildə dərc olundu. Kitab tezliklə 20 müxtəlif dillərə tərcümə olundu. Qiorqi Papaşvilinin kitabı tezliklə bestsellerə çevrildi. Bütün dünyada 1,5 milyon kitab satıldı.

Qiorqi Papaşvilinin kitabı Gürcüstanda da nəşr olundu. Tezliklə “Hər şey ola bilər” kitabının əsasında Hollivudda film çəkildi. Filmdə əsas rolları Hollivud ulduzları oynayırdılar. Filmdə gürcü musiqisindən , melodiyasından, rəqslərindən istifadə edilmişdi. Filmdə Qiorqi kiçik rolda çəkilmişdir. Tezliklə film Los-Anceles kinofestivalında Qızıl qlobus mükafatını aldı.

Qiorqi Papaşvili və Helen Uayts başqa kitablar da yazdılar. Ən məşhuru isə “Hər şey ola bilər” idi. İnsanlar üçün başqa kitablar da maraqlı idi, o cümlədən “Hə və yox”, “Evə tərəf, yenə də evə tərəf”, “Gürcü-rus kulinariyası”, “Nuha təşəkkür”, “İt və insan”.

Heykəltəraş Qiorqi Papaşvili

Yazıçılıqdan başqa Qiorqi Papaşvili həm də heykəltəraş idi. O öz-özünə ağac və daş üzərində işləməyi öyrənmişdi. Qiorqi Papaşvilinin 600-dən artıq işi var. Hər işdə Qiorqinin istedadı, zəhmətsevərliyi və zövqü hiss edilir. Qiorqinin nağıl qəhrəmanlarının çoxlu heykəlləri var. Nağıllar və onların qəhrəmanları gürcü folklorundandır. Qiorqi Papaşvilinin işlərinin əksəriyyəti Amerikada, Pensilvaniya ştatındadır. Onun heykəllərinin bir hissəsi Gürcüstanda da müxtəlif muzeylərdə saxlanılır. Gürcüstanda saxlanılan əsərlərdə “Raşi” heykəli seçilir. Bu əsəri Dövlət İncəsənət muzeyində görmək olar.

Qiorqi Papaşvilinin ölümü

Qiorqi Papaşvili Amerikada məşhur insane idi. Onu Gürcüstanda çox az tanıyırlar. Papaşvili “Amerika incəsənətində kim kimdir” və “XX əsrin Amerika ədəbiyyatında kim kimdir” kitablarına daxil edilmişdir. Qiorqi Papaşvili Gürcüstanda da həyat yoldaşı ilə birlikdə qonaq olmuşdu. O, doğma kəndinə, yaxınlarına, gürcü yazıçılarına baş çəkmişdir. Qiorqi Papaşvili Amerikaya qayıtmağı qərara aldı və həyatının sonuna qədər orada yaşayırdı…. Papaşvili 80 yaşında Amerikada dünyasını dəyişdi.

Pakonun layihəsi müəllimin də xoşuna gəldi. Pakonun işindən razı qaldı, həm də qürurlandı:

- Pako, məni çox sevindirdin, mənim üçün də belə bir məşhur gürcü naməlum idi, bunun üçün çox sağ ol! - günün sonunda müəllim Pakoya dedi. Pako məktəbdən evə xoşbəxt qayıtdı.