Məktəbdə musiqi həftəsi

May gəldi. Mayda Takonun, Tokonun və Pakonun məktəbində musiqi həftəsi təşkil olunur. Mayın sonunda şagirdlərin hamısı sevimli mahnılarını və ya rəqslərini ifa edə bilərlər. Musiqi həftəsində uşaqlara valideynləri və müəllimlər köməklik göstərirlər. Musiqi həftəsi çox maraqlıdır. Musiqi həftəsi çox həvəsli olur.

Toko və Tako hər il musiqi həftəsində iştirak edirlər. Onlar yaxşı mahnı ifa edirlər. Ötən il mahnı hazırlamaqda uşaqlara ata və anaları yardım edirdilər. Takonun və Tokonun anası çox yaxşı mahnı ifa edir. O, gitarada da ifa etməyi bacarır. Vako da musiqi alətlərində yaxşı ifa edir və mahnı oxuyur. O, gitarada, fortepianoda və fleytada ifa edir.

Gəncliyində Vako dostları ilə birlikdə musiqi qrupu yaratmışdı. Vako və onun dostları 60-cı illərin musiqiçilərinin hitlərini ifa edirdilər. Vako və onun dostlarının qrupunun adı “Hörümçəklər” idi. Bu adı gənclər əfsanəvi “Bitlz” qrupunun şərəfinə seçmişdilər. “Bitlz” ingilis dilində “böcək” mənasını daşıyır.

- Əgər onlar böcəkdirlərsə, o zaman biz hörümçəklər olaq! - bir dəfə Vako zarafat edir. Dostlar bu ideyanı elə bəyənirlər ki, “Hörümçəklər” olmağı qərara alırlar. “Hörümçəklər” tez-tez konsertlər keçirir “Bitlz”-in mahnılarını ifa edirdilər, həm də uğurla.

- Çoxlu konsertlər keçirirdik, - Vako övladlarına söyləyir, - biz çıxış edəndə zal və zirzəmilər dolu olardı.

- Zirzəmilər? – Toko gülümsəyir.

- Hə, zirzəmilər. Gənclər tez-tez evlərin zirzəmilərində toplaşıb və orada mahnı oxuyardıq. Çünki belə qonşular az narahat olardılar, - Vako köhnə xatirələri yadına salıb gülümsəyir.

- Mahnını bitirdikdə, qızlar qışqırır və rəqs edirdilər. Bəzən mahnının ortasında qışqırmağa başlayırdılar. Bir sözlə, “Bitlz”-in konsertlərində olduğu kimi olurdu.

Toko və Tako gülümsəyirlər. Onlar “Bitlz”-in konsertlərində qızların rəqs etdiklərini görmüşdülər. Onlar atalarının və onun dostlarının fotoşəkillərini görmüşdülər. Şəkillərin birində atanın başında gülməli kepka, əlində isə elektrogitara var. İkinci şəkildə atası və onun dostları eyni gülməli maykalar geyinmiş və əllərində qalstuk tutmuşdular.

- Ata, necə də cavansan və sevimlisən bu şəkildə! – Tako atasını sığallayır.

Vako xoşbəxt idi. Vako çox istəyirdi ki, uşaqlara mahnı hazırlamaqda yardım etsin. Vako çox istəyirdi, amma vaxtı yox idi. Teatrın rejissoru yeni tamaşa üzərində işləyir. Qrup çox çalışır. Bu tamaşa teatr həftəsində Londonda oynanılacaqdır. Qrup qastrollar üçün hazırlaşır. Vako evdən tez çıxır və evə də gec qayıdır. Vika elə də məşğul deyil. O, uşaqlara böyük məmuniyyətlə yardım edir. Amma ana və əkizlər məktəbin səhnəsində nə oxuyacaqlarını tapa bilmirlər.

- Ata bizə kömək edəcəkdir! – çoxlu fikirləşdikdən sonra Toko deyir.

- Hə, ata kömək edər! – Tako da qardaşının səsinə səs verir.

- Yaxşı, uzanın! – Vika Takoya və Tokoya deyir. Ata gec gələcək və mən onunla danışaram. O, bizə yol göstərər. Ata dəqiq deyəcək ki, nəyi oxumaq daha yaxşı olar.

Tako və Tokoya ümid verildi. Ata hər zaman dəqiq bilir ki, harada və nəyi etmək yaxşı olar və əkizlər nəyi ifa etsinlər. Tako və Toko musiqini çox sevirlər və hər şeyi ürəkdən ifa edirlər. Dostlarla birlikdə uşaq mahnılarını oxuyurlar. Valideynləri və onların dostları ilə birlikdə isə xalq mahnılarını və gürcü mahnılarını ifa etməkdə ata və analarına kömək edirlər. Karaoke-barda sevimli ifaçıların mahnılarını zövqlə yerinə yetirirlər. Uşaqlar mahnıları əzbər bilirlər. Tako və Toko “Bitlz”-i dinləməyi və onun mahnılarını çox sevirlər. Bəzən axşamlar Vako evdə olanda gitara çalır. Tako və Toko ataları ilə birlikdə “Bitlz”-in mahnılarını ifa edirlər. Tako və Toko “Bitlz”-in çoxlu mahnılarını əzbər bilirlər.

Səhər tezdən ana uşaqlara yaxşı xəbər verdi. Vako uşaqlara musiqi həftəsi üçün iki müxtəlif mahnını təklif etdi. Hətta uşaqlara mahnını hazırlamaqda kömək edəcəyini söz verdi.

- Ata dedi ki, bir yox, iki mahnı hazırlamaq lazımdır! – Vika uşaqlara təbəssümlə söylədi.

Həmin gün Tako və Toko məktəbə sevinclə getdilər. Onlar dəqiq bilirlər ki, musiqi həftəsində nəyi ifa edəcəklər. Müəllim uşaqları iştirak qaydaları ilə tanış etdi.

- Yenə də 2 həftəniz var. Dəqiq qərara aldıq ki, kim nəyi ifa etmək istəyir. Seçiminizlə məni tanış edin. İndi, siz bilirsiniz! Hamınız yaxşı mahnı oxuyursunuz, rəqs edirsiniz. Əsas odur ki, utanmayasınız və tənbəllik etməyəsiniz!

Tako və Toko müəllimi öz proqramları ilə tanış etdilər. Müəllim proqramı çox bəyəndi. Müəllim uşaqlara yekun konsertində iştirak etməyi də təklif etdi.

- Qoçaqsınız siz! Çox sevinirəm ki, ananız sizə kömək edir. Çox gözəl mahnılar seçmisiniz. Hər iki konsertdə mütləq mahnı oxumalısınız.

Pako da hansı rəqsi edəcəyini bilir. Pakonun yeni çuxası da var. Pakoya yeni çuxa çox yaraşır. Pako Tata ilə birlikdə rəqs edəcəkdir. Tata gürcü rəqsində Pakonun cütlük yoldaşıdır. Tata və Pako birlikdə gözəl rəqs edirlər. Konsertdə onlar “Kartuli” rəqsini ifa edəcəklər.

Həftənin sonunda sinifdə hamı bilirdi ki, konsetdə kim nəyi ifa edəcəkdir. Sinfin konsert proqramı çox rəngarəng alınırdı.

Bax, konsert günü də yetişdi. Konsertdə uşaqlar xalq və estrada, uşaq mahnılarını, gürcü və latın rəqslərini və pop-qruplarının hitlərini ifa edirdilər. Leli isə royalda Şopenin gözəl pyesini ifa etdi. Nika fleytada ifa etdi. Tako və Toko Vika ilə birlikdə “Misiqi hanqları” myüziklindən mahnı ifa etdilər. Mahnı çox gözəl və şən alındı.Məktəbin zalı dolu idi. Auditoriya isə alqışlarını əsirgəmirdi. İfaçıların hamısı razı və xoşbəxt qaldı.

Müəllim də məmnun idi. Konsert uğurla keçdi.

İkinci gün Takonun və Tokonun sinif yoldaşları auditoriyada əyləşdilər. Takonun və Tokonun musiqi həftəsi hələ də davam edirdi. Onlar yekun konsertdə mahnı ifa etdilər. Tako və Toko yekun konsertində Vika və Vako ilə birlikdə “Bitlz”-in mahnısını ifa etdilər.