READING.GE

Toko və Takonun ad günü

Toko və Takonun ad günü

1

Pako Tokonun və Takonun dostudur. Toko və Takonun başqa dostları da var.

2

Tutuquşu Şoko Tokonun və Takonun dostudur. Pişik Pepo da Tokonun və Takonun dostudur.

3

Şokonu Tako və Tokoya ataları ad günlərində hədiyyə etmişdir. Peponu anaları Tako və Tokoya ad günlərində hədiyyə etmişdir.

4

Axı, Toko və Tako əkizdirlər! Onların ad günləri eyni gündədir.

5

Tako və Tokoya Şokonu hədiyyə etdikdə tutuquşu balaca idi. Pepo da balaca idi, Toko və Takonun yanına gətiriləndə.

6

Şoko artıq bir çox sözlər bilir:

“To-ko, Ta-ko, Va-ko, Vi-ka, Pe-po” – səslənir tutuquşu.

7

Pepo bir söz bilir: “myau”. Pepo və Şoko da dostdurlar. Onlar bir-biri ilə tez-tez danışırlar.

8

“Myauuuuuuuuuu” – deyir Pepo.

“Myauuuuuuuuuu” – təkrarlayır Şoko.

Tako, Toko, Vako, Vika, Şoko və Pepo bir balaca və səmimi ailədirlər.