Mənim evim var

Mən Takoyam. Mənim kənddə evim var. Bu evin yanında həyətim var.

Bu evin yanında meyvə bağım var.

Bu evin yanında üzümlüyüm var.

Bu evin yanında zəmi var.

Bu evin yanında meydançam var.

Bu evdə yataq otağım var.

Bu evdə mətbəxim var.

Bu evdə qəbul otağım var. Mənim bu evdə buxarım var.

Bu evdə vanna otağım var. Bu evdə tualet var.

Mənim tutuquşum var. Tutuquşumun adı Şokodur.

Mənim pişiyim var. Pişiyimin adı Pepodur.

Şoko, Pepo, Tako və Toko mənim dostlarımdır.

Mən, Tako və Toko tez-tez bu evdə kitab oxuyuruq.

Mən, Pepo və Şoko tez-tez evdə oynayırıq.

Mən Toko və Tako tez-tez evdə dəftərdə yazırıq.

Mən, Şoko və Pepo tez-tez evdə musiqi dinləyirik.