Mürəkkəb gölü

Dünyada çoxlu göllər vardır. Onların arasında qeyri-adi göllər də var. Qeyri-adi göllərdən biri də Mürəkkəb gölüdür. Mürəkkəb – göy rəngli mayedir. Mürəkkəblə vərəqdə yazırıq. Mürəkkəb yazı qələminə tökülür. Mürəkkəb gölü Əlcəzairdədir. Bu qeyri-adi gölün hekayəsi ilə çoxları heyrətə gəlir.

1

1

Əlcəzair

2

2

Əlcəzair dövlətdir. Əlcəzair Afrika qitəsində yerləşir. O, Afrikanın şimalındadır. Əlcəzairdə çoxlu səhralar var. Səhra qumlu və isti yerdir. Səhranın yanında çox gözəl göl vardır: bu,

məşhur Mürəkkəb gölüdür. Nə üçün bu göl Mürəkkəb gölü adlanır? Bildiyiniz kimi göllərin hamısında su olur. Bu göldə isə su əvəzinə mürəkkəb vardır...

3

3

Qeyri-adi mürəkkəb gölü

Yəqin təəccüblənirsiniz ki, göldə suyun əvəzinə mürəkkəb necə ola bilər. İnsanlar heyrətlənir və başa düşə blmirdilər ki, nə üçün bu cür baş vermişdir. Bəziləri onu şeytan gölü adlandırır və gölə yaxınlaşmağa qorxurdular.

4

4

Alimlər də Mürəkkəb gölü ilə maraqlanmağa başladılar. Onlar uzun müddət gölü müşahidə etdilər. Mürəkkəb gölünə iki çay axır. Alimlər hər iki çaydan su götürüb laboratoriyaya gətirdilər. Laboratoriyada su yoxlanışdan keçdi.

5

5

6

6

Çayın suyunda çoxlu dəmir duzu var idi. İkinci çayın suyunda isə elə bir maddə var idi ki, dəmir duzu ilə birləşdikdə mürəkkəb rəngi alınırdı...

Hər iki çayın suyunu birləşdirdikdə mürəkkəb alındı. Sən demə, göldə mürəkkəb iki çayın birləşməsi ilə yaranırmış.

7

7

Bu göldə heç bir bitki yetişmir. Burada balıqlar da yoxdur. Göldə yalnız mürəkkəb var. İnsanlar ondan yazı üçün də istifadə edirlər. Bu

gün göldən daha qorxmurlar. Əlcəzairə gələn turistlər tez-tez qəribə Mürəkkəb gölünə baş çəkirlər.

8

8