Tarçia
Tarçia qədim gürcü oyunudur. Oyunda atsürən dörd nəfər oynayır. Oyunun qaydalarına əsasən, tamaşaçılardan qız seçirlər, hansı ki, dörd atlıdan birinin əlinə yaylıq bağlamalıdır.
Qız hakim rolunu yerinə yetirir. Yaylıq bağlanmış atlı “Tarçia” adlanır, qalan üç atlı isə onu təqib edir. Tarçia atını bərk sürür, o birilər ona çatmağa çalışırlar ki, yaylığı əlindən alsınlar. Tarçia qıza yaxınlaşıb yaylığı ona qaytararsa, qalib hesab ediləcəkdir. Amma əgər yaylığı onun əlindən alarlarsa, Tarçia yaylığı alan olur.
Bu oyunu əvvəllər Sameqrelo və Abxaziyada oynayırdılar. Tarçia qədim meqrel sözüdür və bayraq mənasını bildirir, ağ bayraq. Oyun zamanı oyunçular ağ yaylıqdan istifadə edirdilər, buna görə də meqrellər oyunu Tarçia – ağ bayraq adlandırdılar...
Tarçia Orta əsrlərin Avropa cəngavərlərinin oyununa çox bənzəyir. Onların oyunlarında da hər hansı bir cəngavər gözəl xanıma öz yaylığı-
nı və ya əlcəyini verir və oyunun sonunda onun qaytarılmasını gözləyir.
Tarçiaya oxşar olaraq avropalıların oyununda xanıma yaxınlaşa bilən və əlcəyi yaxud yaylığı qaytara bilən qalib elan edilir.
Bu cür oyunlar həvəsli və çox maraqlı olurlar. Oyun üçün o da vacibdir ki, oğlanlar özlərini yaylığı verən gözəl xanımlara bəyəndirə bilsinlər. Tarçia hamı üçün sevimli oyundur, ona baxmaq üçün Sameqrelo və Abxaziyaya çoxlu insan gəlirdi. Bu gün bir çox başqa oyunlar kimi Tarçia da camaatın yadından çıxmışdır...