Dinozavrlar

Dinozavrlar dünyada uzun müddət öncə yaşayırdılar. İnsanlar və başqa heyvanlar yaranana qədər çox əvvəllər. Onlar 230 milyon il öncə yaranmış və 165 milyon il yaşamışlar. 65 milyon il öncə isə onların nəsli kəsilmişdir.

Bu gün heç kim bilmir ki, onların nəsillərinin kəsilməsinə səbəb nə olmuşdur. Bəziləri onu da söyləyirlər ki, dinozavrların nəsli kəsilməmişdir, onlar inkişaf etmiş və şəkillərini dəyişmişlər.

Alimlər xüsusilə də onların xarici görünüşləri, həyat qaydası ilə maraqlanmağa başladılar. Bunun üçün də torpaqda məzarlıqları qazmağa başladılar ki, maraqlı faktlar tapsınlar. 1824-cü ildə britaniyalı alim Uilyam Baklend

ilk dəfə dinozavrın məzarını aşkar etmiş, burada çənə sümüyü tapılmışdır. Bu sümüyü Baklend nəhəng heyvana aid etdi və bu heyvanı meqalozavr adlandırmışdır.

Bu da “Böyük kərtənkələ” mənasını daşıyır. “Dinozavr” adı isə ilk dəfə 1842-ci ildə

yaranmış və onu britaniyalı alim Riçard Ouen daxil etmişdir.

Ən, ən, ən....

Ən böyük dino-zavr – seysmo-zavria, onun uzu-nluğu 50 metr olmalı idi.

Ən böyük yırtıcı – qiqantozavr idi. Onun uzunluğu – 12,5 metrdir. Çəkisi – 8 ton.

Ən uzun yırtıcı – spinozavr idi. Onun uzunluğu 17 metr, çəkisi isə məlum deyil.

Ən balaca dinozavr Kuba arıyabənzər kolibri idi, onun çəkisi 1,6 qram idi.

Ən məşhuru isə dəhşətli tiranozavr idi.