Dərs ləvazimatları

Bax, qələm.

Bu, qələmdir.

Bu qələm uzundur.

Bax, qələm.

Bu da qələmdir.

Bu qələm uzun deyil, bu qələm qısadır.

Bax, xətkeş.

Bu, xətkeşdir.

Bu xətkeş uzundur.

Bu xətkeş uzun deyil, bu xətkeş qısadır.

Bax, kitab.

Bu, kitabdır.

Bu kitab böyükdür.

Bax, kitab. Bu da kitabdır.

Bu kitab böyük deyil.

Bu kitab balacadır.

Bax, dəftər.

Bu, dəftərdir.

Bu dəftər qalındır.

Bax, dəftər. Bu da dəftərdir.

Bu dəftər qalın deyil, bu dəftər nazikdir.

Bax, çanta.

Bu, çantadır.

Bu çanta ağırdır.

Bax, çanta. Bu da çantadır.

Bu çanta ağır deyil, bu çanta yüngüldür.

Bu qələm uzundur.

Bu qələm qısadır.

Bu kitab böyükdür.

Bu kitab balacadır.

Bu dəftər qalındır.

Bu dəftər nazikdir.

Bu çanta ağırdır.

Bu çanta yüngüldür.