Anime

“Anime” Yaponiyanın cizgi filmisidir. Animasiya filmi cizgi filmidir. Cizgi filmlərini uşaqlar xüsusilə sevirlər. Yaponiya animasiya filmləri Amerikanın animasiya filmlərindən fərqlənirlər.

Anime mürəkkəb cizgilərdən hazırlanır. Cizgini rəssam ya əllə çəkir ya da kompüterlə. Anime qəhrəmanlarının tez-tez böyük gözləri olur.

Anime qəhərəmanlarının müxtəlif rəngdə saçları olur. Qırmızı saçlı qəhrəmanlar fəal olurlar. Yaponiyalıların tünd rəngli saçları olur. Buna görə də qəhrəmanlar sarışın saçlı yaponiyalılar deyillər. Onla başqa ölkələrdəndir.

Anime yaradıcıları üçün musiqi çox vacibdir. Bunun üçün musiqini məşhur bəstəkarlar yaradırlar.

Anime qəhrəmanlarını aktyorlar səsləndirirlər. Bu aktyorlar “Seius” adlanırlar. “Seiu”-sun yaxşı səsi vardır. Tez-tez onlar ifaçı olurlar. “Seius” Yaponiyada xüsusi peşədir.

“Anime” müəllifləri acığı göstərmək üçün müxtəlif yollar seçirlər. Məsələn, acıqlanmış qəhrəmanın gözlərində od yarana bilər və ya alnından tər damlaları düşə bilər.

Məşhur animelərdən biri „İşıldaquşun məzarı“. Bu anime qardaş-bacının əhvalatıdır. Bu filmdə İkinci Dünya müharibəsi çəkilmişdir. Yetim bacı və qardaş: Seita və Sesuko tək yaşayırlar. Onlar gizli yerdə gizlənirlər. Bu animenin qəmli sonu vardır.