İlk avtomobillər

İlk avtomobili fransız Nikolas Kaqnot quraşdırmışdır. Avtomobil buxar gücü ilə hərəkət edirdi. Bu avtomobildən Fransa ordusu istifadə edirdi. Onlar avtomobillə silah daşıyırdılar. Nikolas Kaqnot avtomobili 1769-cu ildə quraşdırdı.

Nikolas Kaqnotun qurduğu avtomobil buxarla işləyirdi. İlk benzinlə işləyən avtomobili Karl Bents 1885-ci ildə icad etdi.

Su ilə işləyən ilk avtomobili yaponiyalılar icad etmişlər. Bu avtomobil son ixtiradır. Avtomobili Cenepaks firması 2012-ci ildə istehsal etmişdir.

Limuzin uzun avtomobilin adıdır. İlk limuzin 1908-ci ildə icad edilmişdir. Bu avtomobilin sürücüsü açıq salonda otururdu. Sərnişinlər isə örtülü salonda otururdular.

Müasir limuzinlər ən son texnologiya ilə düzəldilmişlər.Müasir limuzinlərin zəngin salonu vardır.

Kadillak maşınların məşhur istehsalçısıdır. Yeni limuzini istehsal etmişdir. Bu, kadillak limuzininin salonudur. Salonda dəri oturacaqlar, televizor, mini-bar və başqa əşyalar vardır.

Avtomobillərin istehsalçısı Folksvaqen liliputlar üçün ilk avtomobili istehsal etmişdir. Avtomobilin aşağı sürəti və gücü var. O, çox balaca insanlar üçün – liliputlar üçün nəzərdə tutulmuşdur.

İlk avtomobillərdən sonra çoxlu avtomobillər istehsal edilmişdir. Onlar sürəti, gücü, eskizi ilə bir-birindən fərqlənirlər.

Bu gün çoxlu məşhur firmalar avtomobillər istehsal edirlər. Onların arasında Mersedes, Porşe, Yaquar, Folksvaqen, Lendrover və sairədir.