Ata memardır

Ata memardır.

Ata şəkil çəkir.

Ata evlər çəkir.

Ata böyük ağ kağızda çəkir.

Ata sağ əlində qara karandaş tutmuşdur.

Qara karandaşın başında ağ pozan vardır.

Atanın sol əlində xətkeş var.

Xətkeş də ağdır.

Ata xətkeşlə karandaşı götürür.

Ata düz xətlər çəkir.

Ata düz xətt çəkə bilmədi.

Ata pozanı götürüb və xətti pozdu.

Ata düz xətti yenidən çəkdi.

Ata ev çəkdi.

Evin üç mərtəbəsi var.

Ata hər gün evlər çəkir.

Ata memardır.