Səhər yeməyinə nəyimiz var

- Səhər yeməyinə nəyimiz var?

– Taso anasından soruşur.

- Çay, çörək, yağ və pendir, - anası cavab verdi.

- Yağı nədən hazırlayırlar? – Taso anasından soruşur.

- Yağı süddən hazırlayırlar, - anası cavab verir.

- Pendiri nədən hazırlayırlar? – Taso anasından yenə də soruşur.

- Pendiri də süddən hazırlayırlar, - ana cavab verir.

- Çörəyi də süddən hazırlayırlar? – Taso anasından soruşur.

- Xeyr, Taso, çörəyi süddən hazırlamırlar. Çörəyi buğdadan və sudan hazırlayırlar.

- Çayı nədən hazırlayırlar?

- Çayı çay yarpaqlarından hazırlayırlar. Çay yarpaqlarını dərirlər, qurudurlar və sonra çay dəmləyirlər...

Taso, bəsdir danışdın! Gəl, qəlyanaltı edək!