Meşədə yaşayır

Maral meşədə yaşayır.

Maralın buynuzları var.

Maral gözəl heyvandır.

Canavar meşədə yaşayır.

Canavar itə oxşayır.

Canavar ulayır.

Canavar qorxulu heyvandır.

Ayı meşədə yaşayır.

Ayı şişmandır.

Ayı böyük heyvandır.

Siçan meşədə yaşayır.

Siçan yuvada yaşayır.

Siçan balacadır.

Dələ meşədə yaşayır.

Dələnin yumşaq tükləri var.

Dələ ağacda yaşayır.

Bayquş meşədə yaşayır.

Bayquş quşdur.

Bayquş gecələr yatmır.

Qiorqi meşədə yaşayır.

Onun balaca koması var.

Qiorqi meşə gözətçisidir.