İmereti

İmereti Kartlidən qərbə tərəf yerləşir. Bu bölgə şimaldan Nakerala dağ silsiləsi ilə həmsərhəddir. Şərqdə Surami dağı, cənubda Acarıstanla həmsərhəddir Axalsixe dağı, qərbdə Quriya və Sameqrelo. İmeretidə 500.000 nəfər əhali yaşayır.

İmereti iki hissəyə bölünür: Zemo İmereti və Kvemo İmereti. Kutaisi şəhərinin yuxarısında şərqə tərəf Surami dağına qədər Zemo İmereti adlanır, Kutaisinin aşağısında cənub-qərbə tərəf Kvemo İmereti adlanır. Birinci Şorapani qəzasını əhatə edir, ikinci – Kutaisini.

Zemo İmereti: Zemo İmereti dağlıq-təpəlik ölkəsidir, açıq yeri çox azdır; təkcə Ğvirila çayının ensiz və düz düzənliyi uzanmışdır. Bu düzənlik Şorapanidən yuxarıda genişlənir və gözəl Ulevi düzənliklərini şərqdən əhatə edir və cənuba tərəf gedir. Yüksəkliyinə görə, Zemo İmeretidə iqlim daha sərindir, nəinki Kvemo İmeretidə. Çünki burada bataqlıqlar demək olar ki yoxdur, çox isti olmur və rütubət ölçüsünü keçmir, buna görə də əhalinin güzəranı nisbətən yaxşı vəziyyətdədir. İsti-soyuq bütün bizim ölkəmizin dərdidir və buna görə də əsasən qərb tərəfdə - Zemo İmeretidə nadir hallarda olur, Ğvirila çayının sahillərindən başqa.

Torpaq hər tərəfdə eyni şəkildə münbit deyil. Bəzi yerdə eyni torpaq ildə iki-üç dəfə məhsul gətirir; bəzi yerlərdə isə torpaq xeyirli məhsul verməkdə çətinlik çəkir. Ümumiyyətlə, Zemo İmeretidə torpağın Kvemo İmeretidə olduğu kimi gücü yoxdur. Bundan başqa, əkin-biçin sahəsi daha azdır və bu da sakinlərin vəziyyətini çətinləşdirir. Belə bir çətinlikdə əgər kəndli çalışmazsa, yaşaya bilməz. Buna görə də Zemo imereliləri təbiətin özü işləməyə öyrətmişdir. Onlar Kvemo imerelilərdən daha çox çalışqandırlar və buna da buranın sərin iqlimi şərait yaradır. Zemo İmeretidə buğda səpininə daha çox diqqət verir və çoxlu qarğıdalı da səpirlər. Bütün Qərbi Gürcüstanda əsasən yetişən darı burada nadir halda yetişdirilir; meyvə də yetişdirilir, şərab da çox süzülür. Zemo İmeretidə üzüm xəstəliyi yayılmadığından burada şərab daha çox və daha möhkəm olur. Üzümlüklər Zemo İmeretidə aşağıda yetişir, üzümlər də Kvemo İmeretidə olduğu kimi ağaclara bərkidilmir, payalara bağlanılır. Ev hey-vanlarına Zemo İme-retidə tamamilə bax-ılmır. Nə qoyun sürüsün və nə də ki at sürülərini burada görmək olmur. Bunu belə təsəvvür etmək olar ki, bu diyarda otlaq tamamilə yoxdur.

Zemo İmeretidə Çiatura qəsəbəsi çox gözəldir. Bu qəsəbə əvvəllər kiçik diqqəti cəlb etməyən bir kənd idi. İndi isə böyük bir qəsəbəni təqdim edir və uzaq ölkələrdə də məşhurdur. Buna səbəb odur ki, iyirmi il öncə burada bir növ metal mədəni tapılmışdır. Onu gürcülər qara daş adlandırırlar. Bu qara daşı əvvəllər heç kim saymırdı, diqqət yetirmirdi: onu sadə və faydasız bir daş hesab edirdilər. Amma bizim dahi yerlimiz Akaki bu qara daşa başqa gözlə baxıb onu metal adlandırdı və ölkəni məşhurlaşdırdı. Alimlər bu daşın xassəsini axtarıb tapdılar və o, manqan idi. Manqan elə bir metaldır ki, ondan ən yaxşı çuqun, ən yaxşı dəmir və çox yaxşı polad hazırlanır. Bu tapıntıdan sonra bir çox zəngin insanlar Çiaturaya gəlib burada işə başladılar, manqan çıxarmağa və xarici ölkələrə göndərib satmağa; araşdırma məlum etdi ki, manqan mədəni Çiaturada daha çox yer tutmuşdur,yüz iyirmi altı verst ətrafa və manqanın özü də dəyərinə görə ən yaxşısıdır. Belə ki, bu mədən indi bütün dünyada manqanın birinci mədəni hesab edilir. Bir çox gürcü işçisi hal-hazırda bu işlə məşğul olur və yaxşı pul qazanır. İldə Çiaturadan Rusiyaya,Avropaya və Amerikaya yüz minlərlə ton (ton 62 futdur) manqan aparılır. Manqanlı torpaqları hissə-hissə alan imkanlı insanlar çoxlu mənfəət götürürlər.

Çiatura manqanının miqdarının çoxluğu belə görünür ki, bütün başqa ölkələr, birlikdə götürülərək, mədənlərdən o qədər manqan götürürlər, nə qədər ki, manqanı bir ildə təkcə Çiatura verir.

İkinci gözəl qəsəbə Saçxeredir, burada ildə bir dəfə Böyük Şənbə günündə böyük alış-veriş, yarmuka keçirilir...

Eləcə də Bağdad qəsəbəsini qeyd etmək lazımdır. O, ən yaxşı əkin-biçin torpaqları ilə və zəngin təbiəti ilə məşhurdur. Bu qəsəbənin yaxınlığında böyük məsafədə ən böyük Acameti meşəsi yerləşir. Hal-hazırda bu meşə gürcülər üçün təəssüfedici bir haldır ki, xaricilərin əmlakını təqdim edir.

Kvemo İmereti: Kvemo İmereti Rioninin hər iki tərəfində yerləşir və Rioni dərəsinin çox hissəsini tutmuşdur. Ümumiyyətlə, Kvemo İmereti dərədə və aşağıda olan bir yerdir. Buna görə burada iqlim istidir, nəinki Zemo İneretidə. Torpaq çox güclüdür. Rioninin hər iki sahilində torpağın münbitliyi o səbəbdən artır ki, bu çay hər zaman məcrasını aşanda sahillərindən kənara çıxır və burada daha çox münbit lil qoyur. Buna görə bəzi yerlərdə, Rioni sahilində bir suvarılan buğda yaxşı havada ildə qırx-qırx buğda verir. Amma Rioni çayının daşması sakinlərə daha çox zərər verir, nəinki faydası; tez-tez yazda Rioni sahilindən kənara çıxdığı zaman çox uzun məsafəyə keçir, əkin sahələrini altına alır və xarab edir. dağ və aranda insanların meşələri doğradıqlarından sonra Rioni daha zərərverici olmuşdur. İmeretidə tez-tez uzunmüddətli yağış yağır və bu zaman kiçik çayları sıx meşələr saxlaya bilmirlər, onlar birlikdə Rioni çayına axırlar. Çay isə sahillərindən kənara çıxır və İmereti dərəsini pis hala salır. Bəzən iyun ayında, qarğıdalı cücərəndə, darı hissələrə bölünəndə və buğda quruyanda uzunmüddətli yağışlara görə kənara dağılır.

Kvemo İmeretidə buğdanı çox az səpirlər. Bunun səbəbi əsasən odur ki, burada hava rütubətli və isti olur, buğda yaxşı quruya bilmir, istidən xarab olur, qurd düşür və kəpənəklərə çevrilir. Qarğıdalı və darı üçün belə bir hava faydalıdır; bol məhsul olur və insanların əsas yeməyini təqdim edir.

Yaxınlarda imeretililər pambıq əkib-becərməyə başladılar və bu sahə zaman keçdikdə daha da artır. Hava da pambıq məhsuluna dəstək verir. İmeretinin isti və quru küləyi başqa bitkilər üçün çox zərərli olsa da pambıq üçün faydalıdır; pambıq bu küləyin əsdiyi zaman sürətlə yetişir, quruyur və ağ qar kimi gözəl açılır. İmeretililər barama qurdunu da saxlayırlar və bu sahə ili-ildən artır. Kvemo İmereti çox rütubətli olduğundan üzüm tənəkləri yuxarıda olurlar, yəni üzüm tənəkləri payalara deyil, hündür ağaclara bağlanılır. Üzüm tənəyi nə qədər yuxarı bağlanarsa və yerdən aralı olarsa, bir o qədər üzüm yaxşı yetişir, şirəsində su az olur və daha yaxşı şərab alınır. Kvemo İmeretidə də qaramal az saxlanılır, çünki Kvemo İmereti alçaqda yerləşir, iqlim rütubətli və istidir və torpaq çox bataqlıqdır, bunun üçün də heyvanlar tez-tez xəstələnirlər. Rioni yaxınlığında, hər iki sahildə yayda güclü çor olur və bu xəstəlik çoxlu zərər gətirir; toyuqları da xəstələndirir. Soyuqlamış və yazıq-yazıq titrəyən toyuqları görəndə özündən ixtiyarsız gülmək istəyirsən. Kvemo imeretililər çox istedadlı xalqdır, amma xasiyyətləri yaxşı deyil; ikiüzlülük, narazıçılıq, qisas almaq, qeybəti sevmək, dava etmək onların arasında çox yayılmışdır, nəinki Zemo İmereti və Qərbin digər və əhalisi arasında.

Kvemo İmeretidə Kutaisi şəhəri yerləşir, Rioni sahilində. Şəhərin yerləşdiyi ərazi gözəldir. Şimaldan bitkilərlə dolu dağlar əhatə edir. Cənubdan geniş çəmənləri ilə Rioni meşəliyi uzanır. Bu tərəfdən Acarıstan, Axalsixenin yüksək dağları görünür. Kutaisinin özündə çoxlu bağçalar var və bu da ona daha gözəllik verir. Kutaisi təhsil müəssisələri ilə zəngindir. Burada oğlanlar üçün gimnaziya, real gimnaziya, Alovlar gimnaziyası, Gürcü zadəganlar gimnaziyası, dördsinifli ruhanilər müəssisəsi və onlarla aşağı məktəblər vardır. Bu şəhərdə 50 000 əhali yaşayır. Onlar demək olar ki, tam gürcülərdir və buna görə də Kutaisi həqiqi gürcü şəhəri sayılmalıdır və sayılır da.

Kutaisi qədimlərdə Kutatisi adlanırdı. Onun əsası səkkizinci əsrdə Abxaziya çarı Leon tərəfindən qoyulmuşdur. O, eləcə də Gürcüstanın çarı idi. Tezliklə çar Kutaisini paytaxt etdi. Dağda qala tikdi, Rionidə əhəngdən körpü saldı və möhtəşəm saray tikdi. Sonra III çar Baqrat on üçüncü əsrdə möhtəşəm məbəd ucaltdı, Müqəddəs Ananın adına. Amma osmanlılar on yeddinci əsrdə Kutaisini ələ aldılar, onun qalasını uçurdular, şəhəri xarabalığa çevirdilər, Baqrat məbədini taladılar və onun mərmər sütunlarını və döşəməni də özləri ilə apardılar. Bundan sonra bu möhtəşəm məbədi imkansızlığa görə bərpa edə bilmədilər.

Kvemo İmeretidə Xoni qəsəbəsi çox gözəldir. O, Kutaisidən şimal-qərbə tərəf yerləşir, Sameqrelonun sərhədinə yaxın, hələ şəhər sayılmadığına baxmayaraq, Xoni alış-verişlə və təhsil müəssisələrinin sayı ilə bir çox şəhərləri ötüb keçir. Burada ustadlar seminariyasının əsası qoyulmuşdur, hansı ki xalq məktəbləri üçün müəllimlər hazırlayır, oğlanlar üçün progimnaziya, qızlar üçün progimnaziya və bir neçə aşağı məktəblər.

Kiçik kənd Tğibula tamamilə başqa bir gözəllikdədir. O, Kutaisinin şimalında qırx verst aralıda yerləşir. Burada, Nakerala dağının ətəyində böyük daş kömür mədəni var. Bu daş kömürün çıxarılması üçün iyirmi il öncə Kutaisidən dəmiryolu salındı, onunla hər il milyon futdan artıq daş kömür çıxarılır. Tğibuli daş kömürünün keyfiyyəti aşağı olmasaydı, daha çox çıxarardılar.

Orpiri qəsəbəsi adına layiqdir. O, Sxenissxalinin Rioni ilə birləşdiyi və Rioninin gəmilər daşınan çay olduğu yerdə yerləşir.