Günəş, ay və külək nahara necə getdilər (Hind nağılı)

Bu əhvalat çox uzun müddət öncə baş vermişdir. Bir ulduzun üç balası var idi: günəş, ay və külək. Ana ulduzu siz gecə görə bilərsiniz. Bu ulduz çox uzaqdadır. Ana ulduz çox balaca görünür.

Günəş ana ulduzun böyük övladı idi. Külək ortancıl idi. Ay isə ana ulduzun kiçik övladı idi.

Günlərin birində şimşək və ildırım böyük bir şam yeməyi təşkil etdilər. Şimşək və ildırım günəşin, ayın və küləyin qohumları idilər. Onların əmi və xalaları idilər. Ana ulduzun övladları: günəş, ay və külək şam yeməyinə getdilər. Onların balaca ulduzları da şam yeməyinə getdi.

Ana ulduz evdə tək qaldı. Ana ulduz balalarını bütün gecəni evdə gözləyirdi.

Günəş və külək hər ikisi tamahkar və acgöz idilər. Onlar vaxtlarını xoş keçirir, çoxlu dostlarını gördülər. Günəş və külək çoxlu dadlı yemək yedilər. Onlar zövq alırdılar. Günəş və külək ana ulduzu heç xatırlamadılar. Onlar anaları haqqında düşünmürdülər.

Günəşdən və küləkdən fərqli olaraq ay həssas və diqqətli idi. Xeyirxah ay anasını unutmurdu.

Hər şirin yemək gətiriləndə ay az hissəsini öz dırnaqları altında saxlayırdı. Ayın gözəl uzun parlaq dırnaqları var idi. Kiçik ulduz hər şeyi görürdü.

Tezliklə nahar da bitdi və günəş, ay və külək evə qayıtdılar. Balaca ulduz da onların ardınca getdi.

Günəşin, ayın və küləyin anaları bütün gecəni öz balalarına baxırdı. Ana ulduzun balaca aydın gözləri var idi.

Ana ulduz hər şeyi görürdü. Balaları evə qayıdanda ana balalarından soruşdu: “Uşaqlar, ana üçün evə nə gətirmisiniz?”

Bacı-qardaşların arasında ən böyüyü günəş idi. Bunun üçün birinci günəş cavab verdi: “mən sənin üçün heç nə gətirməmişəm. Mən əylənməyə və dostlarımı görməyə getmişdim. Mən anam üçün yemək gətirməyə getməmişdim”.

Sonra ortancıl uşaq – külək cavab verdi: “ana, mən də sənin üçün heç nə gətirməmişəm. Mən də sadəcə əylənməyə və dostlarımı görməyə getmişdim. Bu zaman sən məndən hədiyyə gözləməməlisən”.

Sonda kiçik ay anasına dedi: “ana, bax, sənə boşqabda şirniyyat gətirmişəm”. Ay əllərini açdı və bir neçə saniyədə gözəl süfrə açdı. Süfrə şirniyyatlarla dolu idi. Onlar heç vaxt belə bir süfrə görməmişdilər.

Günəşlə, ayla və küləklə şam yeməyinə gedən kiçik ulduz günəşə söylədi: “sən yeməyə getdin, əyləndin, dostlarınla söhbət etdin, amma ananı yadına salmadın. Bunun üçün sən lənətlənirsən. Bu gündən sənin şüaların qaynar və yandıran olacaq. Sənin şüaların toxunduğu hər şeyi yandıracaqdır. Buna görə də insanlar səni sevməyəcəklər. Sən görünəndə insanlar başlarını və üzlərini gizlədəcəklər”.

Məhz bu gündən sonra günəş qızğın oldu.

Sonra balaca ulduz küləyə dönüb dedi: “sən də lənətlənirsən, çünki ananı unutdun. Sən də əylənirdin, yeyirdin və içirdin, amma ananı yadına salmırdın. Sən də öz lənətinə qulaq as: “Sən hər zaman quru və isti havada əsəcəksən. Sən bütün canlı varlıqları yandırıb qurudacaqsan. İnsanlar hər cür çalışacaqlar ki, səndən uzaqlaşsınlar”.

Bunun üçün də külək isti havada belə dəhşətli və xoşagəlməzdir...

Ulduz aya dönüb dedi: “qızcığaz, sən ananı xatırladığına və ona şirniyyat gətirdiyinə görə, sən bu gündən çox sərin, sakit və aydın olacaqsan. Sənin şüalarının parlaq işığı olmayacaq və insanlar səni hər zaman xeyirxah adlandıracaqlar”.

Bunun üçün də ayın şüaları hər zaman aydın, yumşaq və sərindir, bu günə qədər gözəldir.