Asteklər

Asteklər köçəri tayfalar idi. Onlar şimaldan gəlmiş və 12-ci əsrdə Amerika qitəsinin cənubuna çatdılar. Asteklər müasir Meksika ərazisində məskunlaşdılar. Asteklərin allah Uistilopoçtlun bütləri var idi. Rəvayətə əsasən allah asteklərə qartalın kaktusun üzərində oturduğu yeri gördükdə orada məskunlaşmalarına əmr etdi. Rəvayətə əsasən bu qartalın caynaqlarında ilan olmalı idi. Asteklər belə bir qartalı Meksika ərazisində gördülər. Asteklər burada məskunlaşdılar. Asteklər Tenoçtitlan şəhərini tikdilər. Tenoçtitlan tezliklə asteklərin paytaxtı oldu. Bu yerdə hal-hazırda Meksikanın paytaxtı Mexikodur. Asteklər isə zamanla çox inkişaf etdilər. Onların Meksika torpağında çox maraqlı tarixləri var.

Asteklər üçün dinin əhəmiyyəti çox böyük idi. Onlar Uitsilopoçtlun çox güclü allah olmağına inanırdılar. O, asteklərə güc və xoşbəxtlik verirdi. Asteklər Uitsilopoçtla qurban gətirirdilər. Zamanla asteklərin çoxlu allahları oldu. Onların torpaq, ay və günəş allahları vardı. Asteklər allahlara insanları qurban gətirirdilər. Qurban gətirilməsi dəhşətli mənzərə idi. Kahinlər qurbanın ürəyini kəsirdilər. Onlar bəzən qurbanın ürəyini yeyirdilər. Kahinlər bu yolla gücləndiklərinə inanırdılar. Asteklər fikirləşirdilər ki, qurban öldükdən sonra allahın yanında yaşamağa başlayırdı.

Allahların sayı artdıqca asteklərin də qurbanlarının sayı artdı. Asteklər döyüşdən sonra qurban verirdilər. Qurbanlar asteklərin əsirləri olurdu.

Qurbanın gətirilməsi uzun zaman davam edirdi. Sonralar astekləri ispanlar istila etdilər. İspanlar mənzərədən dəhşətə gəldilər. Onlar asteklərin məbədlərini uçurmağa başladılar. Asteklərin məbədlərinin yerində onlar katolik kilsələrini tikməyə başladılar. Beləliklə, yavaş-yavaş asteklərin qurban gətirmələri sönüb getdi.

Asteklərin cəmiyyəti üç hissəyə bölünürdü: zənginlər, kahinlər və kəndlilər. Asteklərin qulları da var idi. Qulların heç bir hüquqları yox idi. Zənginlər və kahinlər işləmirdilər. Əsasən kəndlilər işləyirdilər. Onlar əkir, səpir, ticarətlə məşğul olurdular. Qullar məbədlər və saraylar inşa edir, zinət əşyaları hazırlayırdılar.

Asteklər natiqliyi çox sevirdilər. Zənginlər övladlarına natiqliyi öyrədirdilər. Kəndlilər isə ticarət meydanları haqqında danışırdılar. Asteklərin paytaxtlarında Tenoçtitlanda iki böyük ticarət meydanı var idi. Meydanlar qayda-qanun və təmizliklə seçilirdilər. Asteklərin pulları yox idi. Onlar mallarını dəyişir, xırda əvəzinə isə kakao dənələrindən istifadə edirdilər.

Paytaxtda çoxlu bağlar var idi. Bağlar meyvələr və gözəl-gözəl güllərlə dolu idi. Bağlarda çoxlu soyuq bulaq və şəlalər var idi. Bağlar səliqəlikləri ilə seçilirdi.

Asteklər əsasən bitki mənşəli qida ilə qidalanırdılar. Onlar maldarlıqla məşğul olmurdular. Zənginlər bəzən ət də yeyirdilər. Kəndlilər yalnız bayramlarda hinduşka ətini yeyirdilər. Ovçular isə dovşanlara, qırqovullara və qabanlara ov edirdilər. Asteklərin əsas qida məhsulları idi: qarğıdalı, pomidor, kartof, hnduşka və acı bibər.

Asteklər poeziya və musiqini çox sevirdilər. Onlar şairlərə çox hörmət edirdilər. Şairlərin şeirlərini asteklər bayramlarda ifa edirdilər. Asteklər müharibə zamanı da mahnı oxuyurdular. Asteklər gil üzərində də işləməyi bacarırdılar. Onlar şəkil də çəkə bilirdilər. Onlar çox gözəl zinət əşyalarını hazırlayırdılar. Bu zinət əşyaları indi də incəsənət nümunələridir.

Asteklərin sivilizasiyası bizə yaxşı məlum deyil. Asteklər ölüləri yandırırdılar, başqa xalqlar kimi torpağa dəfn etmirdilər. Buna görə də bir çox əşyalar məhv olmuşdu. Bunun üçün də asteklərin mədəniyyətləri haqqında az məlumat vardır.

1519-cu ildə ispan qəsbkarları astekləri zəbt etdilər. Bu zamandan asteklərin mədəniyyətləri məhv olmağa başladı. İspanlar ilk növbədə asteklərin məbədlərini dağıdıb qurban gətirilməsini qadağan etdilər, sonralar isə onların ənənələrini də dəyişdilər. Bu gün Meksikada yenə də asteklər yaşayırlar, onlar ispanların istila etdikləri asteklərin nəslindəndirlər.