Plastinkalar cihazı

Giriş

Əvvəllər, CD-pleyerin icad edilməsinə qədər, başqa elektrik-musiqi alətləri mövcud idi. Plastinkalar aləti və patefon da belə idi. Plastinkalar aləti, adından göründüyü kimi, plastinkaya yazılmış musiqini ifa edirdi. Patefon da plastinkaları ifa edirdi, amma onların arasında xarici görünüşü və texniki cəhətdən də fərq var idi. Patefona güləbənzər mikrofon bərkidilmişdir, bu da səsin gücləndirilməsi vasitəsidir. Bu gün demək olar ki, hər kəs musiqi dinləmək üçün pleyerdən və musiqi mərkəzindən istifadə edir, amma plastinkalar aləti yenə də mövcuddur. Bəzi musiqi həvəskarı plastinkaya yazılmış musiqini üstün tutur və patefon dinləyir.

Bu cür köhnə musiqi alətlərini eləcə də muzeylərdə və antikvar mağazalarda da görmək mümkündür.

Plastinkalar alətini və patefonu kim icad etmişdir?

İlk dəfə plastinkalar alətini 1887-ci ildə almaniyalı ixtiraçı Emil Berliner icad etmişdir. O, 1881-ci ildən Amerikada yaşayırdı və buradaca ilk qrammofonu və fonoqrafı icad etmişdir. Eləcə də onlar elektrik səsyazma aparatlarıdır. Qrammafon musiqi ifa edir. Fonoqraf isə səsi yaza bilir, yazılmış səsi sonralar fonoqrafla da dinləyə bilərsiniz.

Plastinkalar alətinə işləməsi üçün elektrik enerjisi lazımdır, plastinkanın qoyulduğu yer plastinkalar boşqabı adlanır. Plastinkanı qoyduqdan sonra ona əyri xüsusi iynə toxunmalıdır, hansı ki, plastinka hərləndiyi zaman onun kənarına qoyulur. Əks halda alət səs çıxarmayacaqdır.

Plastinka çox sürətlə hərəkət edir və musiqi ifa edir. Bir mahnı bir plastinkaya yazılmışdır. İkinci plastinkanı da dinləmək istəyirsinizsə, o zaman bu plastinkanı götürməli və ikincini plastinkalar boşqabına qoymaq lazımdır. Müəyyən müddətdən sonra elə bir alət icad etdilər, hansı bir neçə plastinkanı eyni zamanda ifa edirdi. Bu alətin daha uzun oxu var idi və üzərinə plastinkalar bərkidilirdi. Plastinkalardan biri ifasını bitirdikdən sonra ikinci plastinka oxdan plastinkalar boşqabına düşürdü. Amma bu icadın pis tərəfi də var idi. Düşdüyü zaman plastinkalar cızılır və tez xarab olurdular.

Patefona gəldikdə isə o, plastinkalar aləti kimi işləyir, amma bəzi patefonun daha yaxşı və güclü səsi var.

Dediyimiz kimi, plastinkanın üzərinə metaldan, yaqutdan və brilliantdan hazırlanmış əyri iynə qoyulur. Amma 1990-cı ildə yaponiyalılar artıq lazer plastinkalar icad etdilər və bu iynə ilə plastinkanı təsbih etmək vacib deyildi, bu işi lazer şüası edirdi. Maqnitofonlar və CD-pleyerlər yarandıqdan sonra plastinkalar aləti və patefonların satışı azaldı, bir müddətdən sonra isə ümumiyyətlə heç satılmadı. Bundan sonra onların istehsalı dayandırıldı.

Son söz

Plastinkalar aləti, patefon kimi köhnə, çox gözəl musiqi alətidir. Onlar qeyri-adi səs buraxır və eyni zamanda musiqi alətləri tarixinin bir hissəsini təşkil edirlər. Bunun üçün də hal-hazırda da onlar çox dəyərlidirlər.