Ələddin və sehrli lampa

Ələddin kasıb oğlan idi. O, anası ilə birlikdə Çində yaşayırdı. Günlərin birində naməlum bir kişi onların qonağı oldu. Naməlum kişi onlara ərəb taciri olduğunu söylədi. O, Ələddini Ərəbistana aparmaq istəyirdi, əvəzinə isə var-dövlət vəd edirdi. Naməlum kişi yalan söylədi, əslində o, cadugər idi.

İkinci gün Ələddin pal-paltarını yığışdırıb naməlum kişi ilə getdi. Onlar yola düşdülər. Çox getdilər və sonda səhraya çatdılar. Səhra kimsəsiz bir yer idi. Tacir dayandı. O, cibindən rəngli tozu götürüb yerə səpdi. Ələddin təəccübləndi. Toz quma qarışdı. Həmin dəqiqə ətrafı duman bürüdü və yer aralandı. Duman dağıldıqda, Ələddin yerdə nəhəng bir mağara gördü.

Tacir mağaradan lampanın çıxarılmasını istəyirdi. O, Ələddindən xahiş etdi ki, lampanı çıxarsın. Ələddin mağaraya endi. Mağara qızıl və bahalı daşlarla dolu idi. Ələddin ciblərini qızılla doldurdu. Bundan sonra lampanı axtarmağa başladı.

Ələddin küncdə lampanı gördü. Lampa toz və hörümçək torları ilə örtülü idi. Ələddin lampanı götürüb mağaranın girişinə tərəf getdi. Girişə köməksiz çıxmaq çətin idi. Tacir Ələddindən lampanı istədi və ona çıxmağa kömək etmədi.

Ələddinin köməyinə ağlı gəldi. O, lampanı tacirə vermədi. Tacir qəzəbləndi. Rəngli qumu götürüb mağaranın girişinə səpdi. Giriş bağlandı və Ələddin mağarada qaldı. Ələddin başa düşdü ki, naməlum kişi tacir deyildi. O, cadugərə çox bənzəyirdi. Ələddin fikirləşməyə başladı ki, bu lampa nə üçün cadugərə belə vacibdir. Ələddin əlini lampaya sürtdü. Birdən ətrafı duman bürüdü. Lampadan cin çıxdı. Cin lampada yaşayırdı. O, arzuları yerinə yetirə bilirdi. Ələddin evə dönmək istədi. Cin dərhal onun arzusunu yerinə yetirdi. Ələddin evə, anasının yanına düşdü.

5

İllər keçdi. Cin Ələddinin bütün arzularını yerinə yetirirdi. O, Ələddini zəngin, güclü və xoşbəxt etdi. Ələddin gözəl bir şahzadə ilə evləndi. Onların övladları oldu. Ələddin ailəsi ilə birlikdə xoşbəxt yaşayırdı.