it dost
Gürcü xalq nağılı
Bir it meşədə tək yaşayırdı. Günlərin birində it tənhalıqdan bezdi. İt dost axtarmağa başladı. İt hamıdan güclü və qorxmaz dost axtarmaq istəyirdi. İt fikirləşirdi ki, ən güclü və qorxmaz canavar idi. Gedib canavarla dostlaşdı. İt və canavar bir yerdə yaşamağa başladılar.
1
1
2
2
Gecələrin birində it meşədə səs eşitdi. İt hürməyə başladı.
– Hürmə, it, - acıqlandı ona canavar, - yoxsa ayı eşidər, gəlib bizi yeyər.
– Sən demə ayı hamıdan güclü və qorxmaz imiş! – fikirləşdi it. İt ayının yanına gedib onunla dostlaşdı.
Gecələrin birində meşədə səs-küy eşidildi. İt hürməyə başladı.
3
3
4
4
– Hürmə, it, - acıqlandı ona ayı, - yoxsa şir eşidər, gəlib bizi yeyər.
Sən demə, şir hamıdan güclü və qorxmaz imiş! – it düşündü, şirin yanına gedib onunla dostlaşdı.
Gecələrin birində meşədə səs eşidildi. İt hürməyə başladı.
– Hürmə, it, - acıqlandı ona şir, - yoxsa insan eşidər, gəlib ikimizi də öldürər.
5
5
6
6
Onda insan hamıdan güclü və qorxmazdır! – it fikirləşməyə başladı. İt insanın yanına gəlib dedi: - insan, gəl birlikdə yaşayaq!
Çox yaxşı! – insan söylədi, - birlikdə yaşayaq!
Birlikdə yaşamağa başladılar. Bir dəfə it səs eşitdi. It hürməyə başladı. Səsə insan oyandı və səsləndi:
– İt, tut, tut, buraxma!
It başa düşdü ki, insan heç nədən qorxmur. İnsan hamıdan güclü və qorxmazdır....
Bundan sonra it insanla yaşamağa başladı.
7
7
8
8