Qaranquşlar isti ölkələrdən qayıdırlar

Qış gəldi. Qaranquşlar isti ölkələrə uçub getdilər.

Qaranquşlar istiliyi sevirlər.

Yaz gəldi. Qaranquşlar isti ölkələrdən geri qayıtdılar.

Qaranquşlar istiliyi sevirlər.

Qaranquşlar birlikdə qayıdırlar. Qaranquşlar dəstələrlə uçurlar.

Yazda və yayda qaranquşlar Gürcüstanda olurlar.

Qaranquşlar yuvalarını evin eyvanında düzəldirlər.

Qaranquşlar yuvalarında yumurta qoyurlar. Yayda yumurtadan bala çıxır.

Qaranquş qara olur və sinəsi ağ olur. Qaranquşun quyruğu ikiyə bölünmüşdür. Buna görə də “qayçı” adlanır.

Qaranquşlar hündürdən uçurlar.

Sabah yaxşı hava olacaqdır.

Qaranquşlar alçaqdan uçurlar.

Sabah pis hava olacaqdır.