Maral

Giriş

Maral çöl heyvanıdır və meşədə yaşayır. O, marallar fəsiləsinin nümayəndəsidir. Marallar, əsasən, Avropada və Asiyada yaşayırlar, amma onlara Amerika Birləşmiş Ştatlarının bir hissəsində də təsadüf etmək olar. O, Gürcüstan dağlarında da yaşayır. Maral zərərsiz heyvandır, insana heç bir ziyan vurmur. Əksinə, özü insanlardan qorxur. Maral ovçulardan gizlənir ki, ona güllə atıb öldürməsinlər. Maral meşənin gözəlliyidir, onu öldürmək olmaz. Həm də maralın elə gözəl balası var ki, çox sevimlidir və onu öldürməyə adamın əli də gəlməz.

Maralın xarici görünüşü

Marallar müxtəlif olurlar. Marallardan bəziləri hündür olurlar, bəziləri – alçaq.Onlar dolu da olurlar və arıqları da var. Ən böyük və güclü maral növü – sığındır, ən balaca bədəni olan isə pududur. Erkək marallar daha böyük və kökdürlər, nəinki dişi marallar. Maralların formaları da fərqlidir. Onların bədən formaları yaşadıqları yerdən asılıdır. Maralların ayaqlarında dırnaqları var. Dırnaqları onlara meşədə tez qaçmağa kömək edir. Maralın quyruğu qısa və yumşaqdır. Onun tükləri çox qısadır. Bəzi maralların tükləri qara olur, bəzilərinin ki isə - boz. Xallı dəriləri olan marallar da var. Xallı marallar xüsusilə gözəldir.

Maralların buynuzları da var. Yalnız erkək maralların buynuzları olur. Bununla maralı tanımaq da olur. Dişi maralın buynuzu çıxmır. Maral balasının da buynuzları olmur, əgər erkək olarsa böyüyəndə buynuzları da çıxacaq.

Maralın yemi

Marallar bitkilərlə qidalanırlar. Onların dişləri çox itidir və otu çox yaxşı otlayırlar. Marallar yaşıl otu, təzə yarpaqları və ağacın tumurcuqlarını çox sevirlər. Erkək marallar bitkinin möhkəm budaqlarını da yeyirlər. Dişilər isə daha yumşaq qidanı seçirlər. Maral balası iki yaşına qədər anasının südünü əmir, sonra isə otlamağa başlayır.

Maral və insan

Maral insandan niyə qorxur? Çünki insanlar onunla düşmənçilik edir, onu ovlayırlar. Maralın ətini xörəkdə istifadə edirlər, çünki çox dadlıdır. İnsan maralın dərisindən istifadə edir. Bəzi ölkələrdə maralları ovlamaq qadağandır. Məsələn, Gürcüstanda marallara ov etmək qadağandır. Maralları ovlayanlar isə mühakimə olunurlar.

Maral və mədəniyyət

Marallar qədim xalq əfsanələrinin qəhrəmanlarıdır. Ən çox Yunanıstan mədəniyyətində maral yayılmışdır. Maral yunan mədəniyyətində allahların dostlarıdır. Yunan qadın ilahəsi Artemidanın heykəli hər zaman maralla birlikdə kitablarda və şəkillərdə göstərilir. İncildə də maral sevimli və xeyirxah heyvandır. Maral mifoloji heyvandır.