Qraf Drakula

Qraf Drakula kim idi?

15-ci əsrdə Rumıniyada qraf Vlad yaşayırdı. O, çox cəsur və güclü bir qraf idi. İnsanlar qraf Vlada çox hörmət bəsləyirdilər. Vladın oğlu oldu. Qraf onu Drakula adlandırdı. Drakula “əjdaha övladı” mənasını bildirirdi. Qraf istəyirdi ki, onun övladı güclü və məşhur bir qraf olsun, camaatın hörmətini qazansın. Drakula böyüyəndə həqiqətən də çox məşhur oldu. Amma drakulanı xalq sevmirdi. Hamı ondan çox qorxurdu. Drakula çox təhlükəli və zalım bir qraf idi. Drakula bütün dünyada tanınırdı. Onun haqqında danışırdılar ki, vampir idi. Vampir insanları öldürür və onların qanını içirdi.

Drakula insanlara amansızcasına cəza verirdi. Rumıniyalı qraf Drakulanı “qanlı qraf” adlandırırdılar. Drakulanın Rumıniyada nəhəng sarayı var idi. Bu saray bu günə qədər saxlanılmışdır.

Drakulanın sarayı

Drakulanın sarayı Rumıniyada, Transilvaniya meşəsindədir. Bu saraya çoxlu turist qonaq olur. Nə üçün turistlər sarayla maraqlanırlar? Sarayda qraf Drakulanın şəkilləri var. Burada onun insanları boğub öldürdüyü yataq otağını da görmək olar.

Rumıniyada deyirlər ki, hava pis olanda sarayın bacasından qrafın gülüş səsi və başqa qəribə səslər eşidilir. Bəzi turistlər təsdiq edirlər ki, bu səsləri onlar doğrudan da eşidiblər. Amma heç kim bunun doğru və ya yalan olduğunu bilmir. Ən maraqlı mənzərə sarayda vampirlə birlikdə şam yeməyidir! Drakulanın yemək otağında turistlər üçün masalar hazırlayırlar. Şam yeməyi zamanı yemək otağında qəribə səslər eşidilir. Otaq da qəribə işıqlandırılmışdır. Ən maraqlısı isə şam yeməyinin özüdür. Şam yeməyinə qonaqlar üçün Drakulanın sevimli yeməyini, qızardılmış qoyun ətini təklif edirlər. Qoyun ətini əvvəlcədən qırmızı gilə büküb bir neçə saat qaranlıq quyuda saxlayırlar. Yeməyin hazırlanmasını qonaq mütləq görə bilməlidir. Yemək hazırlanana qədər qonağa Drakula haqqında dəhşətli əhvalatlar danışırlar.

Drakulanın yemək otağında çoxlu turist şam etmək istəyir. Burada masalar çox əvvəlcədən sifariş edilir. Bunun üçün də bir çox turist masanı əvvəlcədən sifariş edir. İnsanları qraf Drakulanın həyatı maraqlandırır. Bəziləri inanırlar ki, o həqiqətən də vampir idi, bəziləri isə amansız bir qraf olduğunu düşünürlər. Əsas odur ki, qraf Drakula bu günə qədər çox məşhur tarixi şəxsiyyətdir.