Qızıl iynəli dərzi

Şəhərlərdən birində bir dərzi yaşayırdı. Onun adı Qızıl iynə idi. Qızıl iynə ona görə adlanırdı ki, çox yaxşı paltar tikirdi. Bir dəfə Qızıl iynə çox qəribə bir yuxu gördü. Dərzi yuxusunda padşah oldu. Səhər yuxudan durduqda çoxlu güldü. Amma dərzi bu yuxunu ertəsi gün də gördü, üçüncü, dördüncü gün də... Dərzi səyahətə çıxmağı qərara aldı. O, başqa padşah olmağa qərara aldı.

Qızıl iynə ən yaxşı paltarını geyindi. Yüz iynə, yüz sap yumağı, üç qayçı, üskük və ütü götürdü. Qızıl iynə küləkdən “uzağa sovurmağı” xahiş etdi. Külək onu uçurdub geniş bir çəmənliyə atdı. Qızıl iynə yoluna davam etdi. Çox gəzib dolaşdı və bir ölkəyə gəlib çatdı. Bu ölkə çox günəşli və gözəl idi. Bu ölkədə bir şəhər vardı. Bu şəhərdə daim yağış yağırdı. Günəşli ölkənin yağışlı şəhərinin sakinləri daim ağlayırdılar. Qızıl iynə təəccübləndi: “bu ölkə belə günəşli və gözəl olduğu halda, bu şəhərdə bəs nə üçün hər zaman yağış yağır?”

„Bu şəhərin padşahı rəhmətə gedib. Şahzadə ağlayır və ağlayırdı. Nəhayət yorulub dayandı. Elə sevindik ki, atəş açmağa başladıq. Atəş atıldıqda yağış yağmağa başladı. Bundan sonra yağış kəsmir” – insanlar cavab verdilər.ş

Şəhəri su basmışdı. Yağış yağırdı ki, yağırdı. Uşaqları küçəyə buraxmırdılar. Hamının burnu axırdı. Camaatın göz yaşları kəsmirdi.

Dərzi Qızıl iynə ağıllı idi. O başa düşdü ki, atəş göyün üzünü cırmışdır. Cırılmış göyün üzündən isə yağış yağırdı.

“İndi mənə çoxlu nərdivanlar gətirin!” – Qızıl iynə ətrafdakılara dedi. Ona nərdivanlar gətirdilər və nərdivanı nərdivanın üstünə qoydular. Sonuncu nərdivan göyə çatdı. Göyün üzünün tikilməsinə yüz iynə, yüz sap yumağı və üç qayçı lazım gəldi. Sonda dərzi göyün üzünü ütülədi. Göyün üzü sanki təzələndi. Yağış kəsdi. Sevinmiş uşaqlar küçədə rəqs etməyə və oynamağa başladılar.

Şahzadə də eşitdi ki, yadelli dərzi göyün üzünü tikmişdir. Sevincək şahzadə Qızıl iynənin yanına gəlib onu qucaqladı. Şahzadə və Qızıl iynə evləndilər. Qızıl iynənin yuxusu çin çıxdı. O, həqiqətən də padşah oldu.