Pepi Uzuncorab

Pepi Uzuncorab“ uşaq hekayəsidir. “Pepi Uzuncorab”-ı Astrid Lindqren yazmışdır.

Pepi isveçli qızdır. O, böyük evdə tək yaşayırdı. Pepinin anası yoxdur. Pepinin atası dənizçidir. Dənizçilər dənizdə üzürlər. Pepinin atası dənizçilərin böyüyüdür.

Pepinin iki dostu var: Tomi və Anika. Tom və Anika onun qonşularıdır. Tomi oğlandır, Anika isə - qızdır. Onlar tərbiyəli və sevimli uşaqlardır. Tomi və Anika məktəbə gedirlər. Pepi məktəbə getmək istəmir. O fikirləşir ki, artıq çox şeyləri bilir. Pepidən soruşsalar: “iki dəfə üç neçədir?” – o sevinclə cavab verəcəkdir: “bu boydasan və heç nə bilmirsən? Əlbəttə ki, dörd!”

Pepinin qırmızı saçları var. Onun saçları oda bənzəyir. Pepi iki gülməli hörük gəzdirir. Pepi hər zaman qısa donlar və uzun corablar geyinir. “Uzuncorab” bunun üçün adlandırmışdılar. Pepinin bir corabı bir rəngdədir, o birisi başqa rəngdə. Ayağına çox böyük ayaqqabılar geyinir. Pepi deyir: “dənizçilərin qızları beləsi ayaqqabılar geyinməlidirlər”.

Pepinin evində meymun və at var. Meymun Pepinin otağında yatır, onun adı Cənab Nelsondur. Pepi çox güclü qızdır. Bilirsinizmi, evdən atı necə çıxarır? Əlinə götürüb həyətdə oturdur.

Bir dəfə Pepinin evinə oğrular girdilər. İki güclü kişi idi. Pepi elə bildi ki, onunla oynamağa gəliblər. Onları sevinclə qarşıladı və hədiyyələr də verdi. Tezliklə başa düşdü ki, onlar oğrudurlar. Hər ikisini tutub kəndirlə bir-birinə bağladı. Onları bir-birinə bağlamış bütün gecəni saxladı. Oğrular yalvarırdılar: “burax bizi, daha oğurlamayacağıq”. Pepi onlara inandı və evdən buraxdı. Oğrular bir də onun evinə gəlmədilər.

Pepinin çoxlu pulu var idi. Pulu atası ona əyləmişdi. Evdə tək yaşayırdı və ona çoxlu pul lazım deyildi. O Tomi və Anika üçün tez-tez konfet və şokoladlar alırdı. Başqa hədiyyələr də edirdi. Hədiyyələri öz həyətində, ağacın koğuşlarında gizlədirdi. Tomi və Arnika koğuşlarda hədiyyələri tapır və çox sevinirdilər. Onlar Pepigilə qonaq getməyi sevirdilər.

Bax, Pepi Uzuncorab belə bir qəribə və mehriban qızdır. Onunla birlikdə uşaqlar hər zaman şənlənərdilər. Pepi haqqında çoxlu cizgi filmləri çəkilmişdir. Düşünürəm ki, cizgi filmləri xoşunuza gələcək və Pepiyə çoxlu güləcəksiniz.