Gürcüstanın çayları

Qafqaz sıra dağları ölkəmiz üçün çox faydalıdır. Əriyən qar və eləcə də tez-tez dağdan enən yağış çoxlu çaylar yaradır, onlar Gürcüstanın torpağını suvarır və münbitləşdirirlər.

Qafqaz sıra dağlarının bu tərəfində çıxan su iki çayda yığılır: Rionidə və Kürdə. Lixe sıra dağlarının o biri tərəfindən mənbəsini götürən kiçik çaylar Rioniyə tökülürlər. Lixenin bu tərəfindən axan çaylar isə Kürə tökülürlər. Rioni öz mənbəyini Yuxarı Raçada götürür. Bu çayın üst hissəsi Şimal-qərbdən gəlir, sonra cənuba tərəf qayıdır, Raçanı keçir və sonra İmeretiyə düşür. Kutaisiyə qədər Rioni sürətlə gəlir, sonra isə yavaş-yavaş axır. Kutaisinin aşağısında Rioniyə Ğvirila birləşir. Ğvirilaya birləşdikdən sonra Rioni qərbə tərəf dönür. Sonra Rioniyə Sxenisxali birləşir. O, əvvəlcə Svanetidən cənuba tərəf keçir və sonra İmereti və Sameqrelo sərhədinə axır. Sxenisxali birləşdikdən sonra Rioni yenə də qərbə tərəf axır və Qara dənizə birləşir.

Rioni Gürcüstanın bütüb çaylarından faydalıdır, çünki gəmilər bu çaya daxil ola bilirlər; əvvəllər dəmiryolu tikilənə qədər Qara dənizdən demək olar ki, Kutaisiyə qədər gəmi asanlıqda gələ bilirdi….

Kür Gürcüstanın cənub sərhədinə çıxır. Axalsixeyə qədər şimala tərəf gedir, buradan isə üzü şimal-şərqə tərəf dönür və Borjomi dərəsinə enir; Suramiyə yaxınlaşdıqda şərqə tərəf dönür. Qori yaxınlığında Kürə Liaxvi birləşir, daha aşağıda – Ksani, Msxeta yaxınlığında – Araqvi bə sonra cənub-qərbə tərəf çevrilir. Kaxetinin sonunda Kürə Alazani birləşir. Sonda Kür Xəzər dənizinə tökülür.

Kür Gürcüstan üçün demək olar ki, istifadə olunmayan çaydır. Onda gəmilər üzə bilmirlər, çünki çox iti axır və onun dibi və sahilləri qayalarla doludur. Qədim zamanlarda isə Kür gəmilər üçün açıq imiş; Xəzər dənizindən Suramiyə qədər sən demə balaca gəmilər gedirlərmiş. Amma Kür başqa tərəfdən də faydalıdır: Kürdə çoxlu balıq tuturlar.

Acarıstanda üçüncü gözəl bir çay var – Çoroxi, hansı ki, Türkiyədə Soğanlıq dağlarından əvvəlini götürür, şimal-qərblə gəlib Batumi yaxınlığında Qara dənizə axır.