Araba

Giriş

Arabaya şəhərin küçələrində avtomobillər kimi tez-tez rast gəlmək olmur. Şəhərin küçələrində araba nadir hallarda gəzir.

Şəhərin küçələrində arabaya yalnız bayramlarda təsadüf edilir. Arabada xalq əşyaları sərilmişdir. Araba – nəqliyyat vasitəsidir. Kəndlərdə arabaya bu gün də təsadüf etmək olar. Kəndli yükü araba ilə daşıyır. Araba ilə kəndli əsasən məhsul daşıyır. Gürcüstanda bir neçə növ araba vardır. Amma əgər birini görmüsünüzsə, onu ikinci dəfə tanıyacaqsan.

İlk araba

İlk arabanı kimin düzəltdiyini heç kim bilmir. Onun çoxlu sayda ixtiraçıları var. Arabanı xalq nəqliyyatı adlandırırlar. Gürcüstanda arabanı mala qoşurlar. Mal arabanı aparır. Bu mal öküz və ya at ola bilər.

Bəzən arabaya iki öküz qoşulur. Öküzlərin boynuna halqa keçirirlər. Halqa öküzləra arabanı dartmaqda köməklik edir. Bəzən arabanı bir öküz dartır. Belə bir arabanı “təkhalqalı” araba adlandırırlar.

Arabaya Fransada da təsadüf edilir. Fransada arabanın təyinatı başqadır. Bu araba başqa cür görünür. Fransada araba 1769-cu ildə görünür. Onu Nikola Kunyo icad etmişdir. Bu arabanı Kunyo arabası adlandırırlar. Kunyo arabası buxarda işləyirdi. Konyo arabasının hərbi təyinatı var idi. Bu araba ilə hərbi silahları daşıyırdılar.

Arabanın təsviri

Gürcüstanın müxtəlif bölgələrində çoxlu növdə araba vardır. Arabalardan bəzisi “şumlama” arabası adlanır, bəzisini – dartıcı araba adlandırırlar.

Bu arabaların ümumi hissələri var. Bu hissələrdir: arabanın yəhəri, ox-təkər və halqa. Arabanın yəhərinə yük qoyulur. Arabanın yəhərində insan da oturur. Arabanı idarə edənə arabaçı deyirlər. Arabaçı yəhərin irəli hissəsində oturur. Arabanın ön hissəsinin xüsusi çubuqları var. Çubuqlar möhkəm kəndirlə bağlanmışlar. Kəndirlə yükü bərkidirlər. Bərkidilmiş yük yolda səpələnmir. Beləliklə yük itmir.

Arabanın təkəri

Arabanın təkəri dairəvi olur. Arabaya iki təkər lazım olur. Təkərlər hərəkət edirlər və öküzlərə arabanı dartmaqda kömək edirlər. Arabanın halqası uzun və qalın ağacdandır, halqanın ilgəcləri var. İlgəci malın boynuna bərkidirlər.

Halqa ilə öküzlər birlikdə gəzirlər. Halqa arabaçıya arabanı aparmaqda yardım edir.

Son söz

Araba çətin düzələn deyil. Araba yüngüldür. Qədimlərdə Gürcüstabda araba məşhur nəqliyyat vasitəsi idi. O dövrdə avtomobillər yox idilər. Sonra avtomobilləri icad etdilər, amma arabadan yenə də istifadə edilir. Sən bu gün də Gürcüstanda araba görə bilərsən. Bəzi kənddə araba ilə gəzmək olar.